Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Dekabr

2012
14:42
Rusiyanın silahları Suriyanı regional gücə çevirib
Artıq Rusiyanınn ən müasir silahları Suriyadadır

FaktXeber.com-un verdiyi məlumata görə, Rusiya dövləti Suriyanı daha yeni və müasir silah və avadanlıqlarla təchiz edib. Bu barədə Suriya və İran mediası məlumat yayıb. Hərbi sahədə əvvəllər də regionun güclü ölkələrindən hesab olunan Suriya dövləti, yeni silahlarla daha da qüvvətlənib. “Patriot” silahlarının Türkiyədə yerləşdirilməsindən sonra Rusiya strateji raket hesab olunan “İsgəndər”ləri Suriyaya göndərib. Yeni məlumatlara əsasən, Rusiya tərəfi Suriyaya 4-cü nəsil "MİQ-35" təyyarələri, “Nebo” və “Kasta” radar sistemləri, həmçinin dünyada analoqu olmayan və yüksək texnologiya əsasında hazırlanmış gəmi əleyhinə “Yaxont-4” tipli raketlər təhvil verib.

Bundan əlavə rəsmi Moskva bu ölkəyə "S-400", "S-300" orta və uzaq mənzilli hava müdafiə sistemləri də göndərib.  Bu arada Suriya ordusunun son 2 həftə ərzində nəaliyyətləri və on minlərlə terrorçunu məhv etməsi, istər əhali arasında, istərsə də siyasi baxımdan rəsmi Dəməşqin mövqeyini bir daha gücləndirib. Müxalif qüvvələri həvəsləndirmək üçün Avropa və ABŞ-ın tələm-tələsik “Suriya Milli Şurası”nı rəsmən tanıması isə məhz bu məğlubiyyətin nəticəsidir.

Artıq Suriya xalqı da ölkədə müxalifət adı ilə döyüşənlərin cinayətkar qruplaşmalar olduqlarını tam olaraq anlayıb. Elə buna görə, xalq hökumətə yardım məqsədi ilə “Lican əş-şəbiyə” yəni “Xalq Dəstləri” adlı konüllü batalyonlar yaradaraq, əksəriyyətinin xaricdən olan muzdurlara qarşı mübarizəyə başlayıb. Daim zor gücünə müxaliflərini sıradan çıxarmaq istəyən ABŞ və müttəfiqlərinin Suriyaya qarşı hərbi hücum barədə qərar verə bilməmələrinin əsas səbəbi isə məhz bu amillərdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
140

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
125

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
130
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 18:13





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru