Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2012
13:25
Rusiya-İran kəşfiyyatı ABŞ və müttəfiqlərinə ağır zərbə endirib
Son 10 gündə on minlərlə terrorçu necə öldürüldü?

FaktXeber.com-un İranın “Tabnak” saytına istinadən verdiyi məlumata görə, Rusiya və İran kəşfiyyatı ABŞ, Fransa, Türkiyə və ərəb ölkələrinin birgə hazırladığı məxfi əməliyyat planından xəbər tutaraq Suriyadakı terrorçu qruplaşmalara ağır zərbə endiriblər. “Kəlbətin” adlanan bu əməliyyat Putin İstanbulu tərk etdikdən dərhal sonra həyata keçirilib.

Belə ki, ABŞ, Fransa, Türkiyə və ərəb kəşfiyyatı digər ölkələrdən, o cümlədən Suriyadan olan döyüşçüləri səfərbər edərək paytaxt Dəməşqə sonuncu hücuma hazırlaşıblarmış. Təxminən 10 gün öncə də Azad Suriya Ordusunun komandanı Riyad əl-Əsəd "əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə yaxın günlərdə paytaxt Dəməşqi ələ keçirmək üçün geniş əməliyyatın olacağını açıqlamışdı. Amma Rusiya və İran kəşfiyyatının birgə səyi nəticəsində bu plan tamamilə ifşa edilib. Əməliyyatlar zamanı əsasən əl-Qaidə terror təşkilatının “ən-Nusrə” qruplaşmasına ümid bəsləyən Bəşər Əsəd əleyhdarları onlara vurulan qabaqlayıcı zərbədən şoka düşüblər. Hətta bu məsələ Amerikanı o qədər qəzəbləndirib ki, “ən-Nusrə” qruplaşmasını terrorçuların siyahısına salacağı ilə hədələyib.

Hazırlanan əməliyyat planına əsasən 50 minlik döyüşcü ilk öncə paytaxt Dəməşq ətrafında olan 4 hava limanını ələ keçirməli və daha sonra müxtəlif istiqamətlərdən şəhərə daxil olacaqlarmış. Amma öncədən əldə olunan məlumatlar əsasında terrorçuların toplaşdığı yerləri və onların məxfi silah anbarlarını müəyyənləşdirən Suriya ordusu, qarşı tərəfi demək olar ki, tamamilə məhv edib. Saytın yazdığına görə, ordunun keçirdiyi əməliyyatlar zamanı 50 minə yaxın terrorçu öldürülüb, minlərlə döyüşçü isə ölkənin şərqindəki çöllərə qaçmağa məcbur olublar. Suriya və müttəfiqlərinin bu nailiyyəti qarşı tərəfi elə çətin duruma salıb ki, bununla bağlı olan xəbərləri tam şəkildə senzura etmək məcburiyyətində qalıblar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
241

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
254

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
257

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
332

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
262

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
299

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
501

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
417
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 05:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru