
DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XXIII HİSSƏ)
Oktyabr əməliyyatı
Ronald Reyqan 1980-ci ildə Cim Karterə qarşı prezidentliyə namizədliyini irəli sürdükdə, İranda 52 amerikalı girov saxlanılırdı. Reyqan-Buş cütlüyü girovların noyabrdakı seçkilərdən əvvəl azad ediləcəyi halda, bu "oktyabr sürprizi"nin Karterin qələbəsinə yardım edəcəyindən narahat idi.
Reyqanın adamları 1980-ci ilin oktyabrında Parisdə İranın eks-prezidenti Bəni Sədrin nümayəndələri ilə görüşdülər və əsirlərin seçkidən sonra qaytarılması üçün 40 milyon dollar verdilər. Bəzi mənbələr bu toplantıya keçmiş MKİ rəhbəri ata Corc Buş və sonradan MKİ Başçısı olan Vilyam Keysin də qatıldığını bildirirlər.
![]() |
“Oktyabr sürprizi” Reyqanın seçki kampaniyasında iştirak edən keçmiş və ya hələ də xidmət başında olan MKİ agentlərinin yaratdığı şəbəkənin də adıdır. Şəbəkənin vəzifəsi Karterin rəhbərliyində olduğu Ağ Evdən kəşfiyyat məlumatları yığmaq idi. Bu, Karter rəhbərliyini zərərsizləşdirmək üçün aparılan kompleks və uğurlu bir iş idi.
"Oktyabr sürprizi" qrupu Ağ Evdən toplantı protokollarını və o biri sənədləri oğurladı. Həmçinin mətbuata Karterin iranlılarla görüşlər keçirdiyinə və girovları xilas üçün planlar hazırladığına dair silsilə yalan xəbərlər sızdırıldı. Beləliklə, həm görüşlər, həm də xilasetmə əməliyyatlarına problemlər yaradıldı.
Nəticədə Karter bir xilasetmə əməliyyatı həyata keçirdikdə, bəziləri İranlılara və Vilyam Keysə planın detallarını verdi. Əməliyyat 8 amerikalının ölümünə səbəb olan fəlakətlə nəticələndi.
![]() |
"Oktyabr sürprizi" qrupunun təsirli yalan xəbər yayma kampaniyasına qarşı Karter iranlılarla girovları silahla dəyişdirməyi nəzərdə tutan bazarlığa baş vurdu. Lakin Parisdəki toplantıdan sonra iranlılar razılaşmadan imtina etdilər. Bəni Sədr verdiyi söz əməl etdi. Girovlar Reyqan and içib rəsmi şəkildə vəzifəyə başladığı günə qədər azad edilmədi. Bu tarixdən dərhal sonra İrana milyonlarla dollarlıq silah və sursat axmağa başladı. Bəni Sədr isə toplanan bu silahları istifadəyə imkan tapmadı. Onun şahdan sonra yeni qurulmuş hökumətdəki addımları, ABŞ-la məsləhətləşmələri və İslam əleyhinə qərarları impiçmentə səbəb oldu və 1982-ci ilin ikinci yarısında ölkədən qadın paltarında qaçmağı ilə nəticələndi.
"Oktyabr sürprizi" Kennedi sui-qəsdindən sonra MKİ-nin həyata keçirdiyi ən böyük manipulyasiya və dezinformasiya əməliyyatı oldu. Əməliyyatın əhəmiyyətli şahidləri naməlum şəkildə öldü.
Haiti əməliyyatları
ABŞ Haitini beş dəfə işğal etdi və 20 il (1915-1935) qaldı. Dirəniş göstərməyə cəsarət edən minlərlə haitilinin öldürüldüyü bu uzun səfərin sonunda, ABŞ ölkəni verdiyi tapşırıqları edəcəyindən əmin olduğu yerli Milli Müqavimətçilərə tapşırdı.
Bu tapşırığı həyata keçirən Duvalier ailəsi xanədanı və onların nəzarətində olan xüsusi terror qruplaşması Tontons Masoutelər idi. Xanədanın başçısı Papa Dos (həkimi idi) voodoo cadularına arxalanırdı. 1959-cu ildəki xalq qiyam zamanı imdadına ABŞ ordusu çatdı. 1971-ci ildə Papa Dos öldükdə isə 19 yaşlı oğulu Baby Dos ömürlük rəhbər oldu.
![]() |
Yalnız Tontons Masoutelərin 100 min nəfəri öldürdüyü Duvalierlərin qanlı iqtidarı dövründə, ABŞ insan haqları pozuntuları mövzusunda səsini belə çıxarmadı. Buna baxmayaraq, 1986-ci ildə Baby Dosun rəhbərliyinin uzun sürməyəcəyi aydın olduqda, Reyqan onu Fransadakı bir villaya göndərdi və "demokratik müddətdən" danışmağa başladı. Ancaq bundan əvvəl Haiti ordusunun daha da güclənməsi şərt idi. Reyqanın hakimiyyəti illərində ABŞ yardımlarının iki dəfə artırıldığı Haitiyə Mərkəzi Kəşfiyyat İdarəsinin də pulu axmağa başladı. MKİ SİN (Milli Kəşfiyyat Xidməti. SİN İngiliscə günah deməkdir və bu ad təşkilata çox uyğun gəlir) adlı narkotiklə mübarizə təşkilatı yaratdı. Bir MKİ agentinin etiraf etdiyi kimi SİN ABŞ kəşfiyyatından aldığı milyonları xalq hərəkatını işgəncə və cinayətlərlə yatırtmağa istifadə etdi. Narkotiklə mübarizə bir yana, əksər SİN rəsmisi narkotik ticarətinə girişdi.
Nəhayət, 1990-cı ildə seçkilərə icazə verildi. Haitililər ABŞ-ın namizədini seçməyərək, Vaşinqtonu bir daha çaş-baş saldı. Solçu Rahib Jan-Bertrand Aristid seçki qutusundan zəfərlə çıxdı. ABŞ-ın təhsilindən keçmiş Haiti ordusu 8 ay sonra Aristideni devirdikdə Buş rəhbərliyi sevincini gizlətməmişdi.
Bill Klinton prezident olduqda, vəziyyətdən çıxmaq üçün Aristidenin iqtidara qayıtması vədini verdi. Bu ikiüzlülük belə MKİ-nin ürəyinə yatmadı, öz qərarından dönməyən və cəsur olan Aristideni "psixi xəstə" kimi göstərən "psixoloji hesabat" sızdırdı.
Aramsız köç dalğası və MKİ-nin nəzarəti altında olan Haiti təhlükəsizlik qüvvələrinin 4 min nəfəri öldürməsi ABŞ-ı çətin vəziyyətə salmışdı. Amerika rəhbərliyi vəziyyətdən çıxış üçün səylərini daha da artırdı. Lakin tarixdən dərs çıxarsaq, Haiti xalqının ehtiyaclarını ödəyəcək bir hökumətin iqtidara gəlmək şansı yox deyiləcək qədər azdır.
Davamı var

Lavrov Aİ-nin İrana qarşı yeni sanksiyaları haqda: Cinayətdən betərdir
13
Aprel
İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
13
Aprel
Peskov: “Rusiya və Azərbaycan hərbçiləri “İsgəndər” məsələsini sıx müzakirə edir”
13
Aprel
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
13
Aprel
Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçi nə etməlidir? - AÇIQLAMA
13
Aprel- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq