Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2011
16:09
`XAÇLI SƏFƏRİ` ÇEVRİLİŞİ
DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XII HİSSƏ)

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XI HİSSƏ)

Soyuq Müharibə illərinin ən qaranlıq günlərində - 1953-cü ildə ABŞın 34-cü prezidenti olaraq Ağ Evə gələn Normandiya və Avropadakı Müttəfiq Qüvvələrinin komandiri David Eyzenhauer (1953-61), Corc W.Buşdan düz 48 il əvvəl, "ABŞ və "azad dünya" üçün böyük səlib yürüşünü başlatdığını" açıq şəkildə elan etmişdi.
Şübhəsiz, indiki vaxtda alovlanaraq davam edən səlib yürüşü əslində Naqasaki və Hiroşimaya atılan atom bombaları ilə başladılmışdı, amma bu işin elanını Truman deyil, Eyzenhauer etmişdi. Onsuz da başladılmış bu səlib yürüşünün məntiqinə və ruhuna tamamilə uyğun olaraq müharibə illərinin ən məşhur amerikalı generallarından biri, Eyzenhauer, prezident kreslosuna oturdulmuşdu... İndiki vaxtda da yenə eyni məntiqə uyğun olaraq, Yuqoslaviyanı 78 gündə II Dünya Müharibəsindən sonra xarabazara çevirən ağır ABŞ/NATO bombardmanının və Avropa Müttəfiq Qüvvələrinin komandiri Uesli Klark "demokrat" rolunda eyni kresloya oturdulmağa hazırlanmaqdadır.
Eyni illərdə isə İranda baş nazirlik kürsüsünə ən məşhur siyasətçisi Dr.Məhəmməd Musaddiq seçildi. 1951-ci ildə keçirilən seçkilərdə Musaddiq ən əhəmiyyətli seçki vədi, o dövrdə İranda fəaliyyət göstərən yeganə neft şirkəti British Petroleumu (BP) milliləşdirmək idi. Milliləşdirmə qərarı parlamentdə səs çoxluğuyla qəbul edildi.
Məhz buna görə, Eyzenhauerin Buşdan təxminən yarım əsr əvvəl başladığı səlib yürüşünün ilk qurbanı İran olmuşdu. Faşist generalı Gehlenlə birlikdə MKİ-nin yaradılmasında baş rolu oynayan və 1953-61-ci illərdə MKİ direktoru olan Allen Dulles, xarici işlər naziri olan kiçik qardaşı John Foster Dulleslə birlikdə, xalqın geniş dəstəyi ilə iqtidara gəlmiş və nefti milliləşdirmiş baş nazir Musaddiqi 1953-cü ildə qanlı çevrilişlə iqtidardan endirmişdi.
Əslində İran zəngin neft yataqlarına sahib idi, amma bunları işlədən ingilis dövlət şirkəti Anglo-İranian Oil Company (İngilis-İran Neft Kompaniyası) İranın qazandığı ilə müqayisə edilməyəcək şəkildə çox qazanc əldə edirdi. Nəticədə, İranın yoxsul xalqı öz neftindən heç bir fayda əldə etmirdi. Xalq tərəfindən çox sevilən yaşlı və xəstə baş nazir Məhəmməd Musaddiq qəti şəkildə kommunist deyildi və ABŞın əvvəlki millətçi prezidenti Trumanla da çox yaxşı əlaqələrə malik idi. Bütün bu siyasi xəttinə qarşı Musaddiq ölkəsini də çox sevirdi və dürüst bir insan idi. Musaddiqin ən əhəmiyyətli xüsusiyyəti, rüşvət almayan nadir namuslu siyasətçilərdən biri olması idi. Baş nazir Musaddiq, ölkəni və xalqını içində olduğu acınacaqlı vəziyyətdən xilas etmək düşüncəsiylə 1952-ci ildə neft quyularını milliləşdirdi və ölkədə güclü olan Kommunist Partiyasının da qeyri-rəsmi dəstəyini qazandı.
İrandakı hadisələrə görə, İngiltərə rəhbərliyi bərk narahat olmuşdu və ingilis xarici kəşfiyyat təşkilatı Mİ6, İranda qarışıqlıq yaratmaq üçün dərhal hərəkətə keçdi. Şübhəsiz Mİ6 bu işi təkbaşına bacara bilməzdi və MKİ-ni köməyə çağırdı. ABŞ xarici işlər naziri John Foster Dulles, əvvəl Musaddiqin satın alınmasının mümkün olub-olmadığını bir MKİ nümayəndəsinə açıq şəkildə yoxlatdırdı. Musaddiq ABŞ-a və İngiltərəyə qarşı olmadığını, amma eyni zamanda ölkəsini də sevdiyini, bu milliləşdirməni etmək məcburiyyətində qaldığını söylədikdən sonra Dulles Mİ6 edam əmrini verdilər.

İranı qarışdırıb Musaddiqi devirmək işinin adını "Operasyon Tpex" qoydular və mərkəzi qərargah olaraq da Kipri seçdilər. "Tpex" əməliyyatı üçün əvvəl 1 milyon dollar ayırıb vaxtilə faşist Almaniyası ilə əməkdaşlıq etmiş Zahidi adlı ehtiyatda olan generalı tapdılar. İlk cəhd müvəffəqiyyətsizliklə nəticələndi, amma prosesi dayandırmadılar. MKİ planlarını təcrübəsiz və utancaq gənc İran Şahı Rza Pəhləvi üzərinə qurdu. Və Musaddiqi devirdilər. Əvvəlcə sui-qəsdə qarışmaqdan çəkinən və bacısı tərəfindən razı salınaraq işə qoşulan Şah Raz Pəhləvini Romadan geri çağıraraq taxta oturtdular. Qarşıdakı iki il üçün Şahın Baş naziri olacaq Zahidiyə amerikalılar nəğd şəkildə 5 milyon dollar verdilər...
"Təqaüdçü Zabitlər Klubu"nun rəhbəri olan Zahidi, pul, intiqam və məqam ehtirasıyla əməkdaşlığına "bəli" dedi. Hava Qüvvələri keçmiş komandiri olan Gülənşah, əqidəcə zəif general Dəftəri və bəzi kiçik ordu komandirlərini də vəzifə və pul vədiylə satın aldı. Çevriliş hazırlamaq üçün Kargər (Fəhlə) Partiyası lideri Müzəffər Bagai ilə siyasi iddiaları olan Ayətullah Kaşani kimi adamları bir yerə topladı. Amerika və İngiltərə kəşfiyyatı bu insanlara hər ay yüz minlərlə dollar verdi. İngilislər 1952-ci ildə İrandan çıxarıldığı üçün çevrilişi amerikalılar həyata keçirdi. AJAX adı verilən əməliyyatı, ABŞ prezidenti Teodr Ruzveltin qardaşı oğlu Kermit Ruzvelt idarə etdi. Agent Ruzvelt "Əks Zərbə" kitabında MKİ-nin xaricdəki bu ilk çevrilişi barədə ətraflı məlumat verib. O yazır ki, çevrilişdən əvvəl Musaddiqi gözdənsalma kampaniyaları həyata keçiriblər. Xəstə, fanatik və kommunizm tərəfdarı kimi təbliğatını aparıblar. İddialar MKİ-nin psixoloji müharibə mütəxəssisləri tərəfindən hazırlandı və müttəfiq İran qəzetlərində eynilə dərc olundu. Ən əsası isə, Musaddiqin gücündən çəkinməyə başlayan Şah Rzanın dəstəyi artdı. Bu işi agent Ruzvelt gizli görüşlərlə həyata keçirirdi. Çevrilişin son mərhələsi küçə iğtişaşları idi. Agentlərin təşkilatlandırdığı yüzlərlə insan, Şaha qarşı Musaddiq tərəfdarı kimi küçələrə töküldü. Şahın heykəlini uçurdular. Şah tərəfdarlarını döydülər, dükanlarını yağmaladılar. Halbuki bu iğtişaşların baş verəcəyindən Musaddiqin xəbəri belə yox idi. Amma minlərlə günahsız Musaddiq tərəfdarı və ya Şah əleyhdarı da küçələrdəydi. Musaddiq iğtişaşın qarşısını almaq üçün nümayişləri qadağan etdi. Küçəyə çıxmaq qadağan olundu. Çevrişçilər oyunun ikinci pərdəsini də səhnəyə qoydular. Bu səfər həmin agentlər Şah tərəfdarları kimi küçəyə çıxdılar. Minlərlə günahsız Şah tərəfdarı da onlara qatıldı. "Beyinsiz Şaban" ləqəbli qoçu və adamları, ağır atletika ilə məşğul olan idmançılar pulla ələ alındı və Musaddiq tərəfdarlarına hücum edildi. Yağmalanmalar başladı. Musaddiq tərəfdarı Baş Qərargah rəisi Riyahi evində zorla çıxarılaraq zəbt edildi. Hökumət binalarına hücumlar edildi. Sonda isə Musaddiqin iqamətgahı da mühasirəyə alındı. Qarşıdurmalar baş verdi və 300 insan dünyasını dəyişdi. Amma Zahidi baş nazirlik kreslosuna qovuşdu.
Şah 1953-cü ildə MKİ-nin dəstəyiylə Musaddiqi Baş nazirlikdən çıxardı və yerinə faşist müttəfiqini gətirdi. Musaddiqə dəstək nümayişləri başladı və Şah Romaya qaçdı.

Amma MKİ geri çəkilmədi, pulla Şahı dəstəkləyən nümayişlər hazırladı. Radio stansiyalardan birini ələ keçirən nümayişçilər Şahın İrana tərəf yola çıxdığını və Musaddiqin devrildiyini yayımladılar. Halbuki həmin vaxt Musaddiqi uzaqlaşdırmaq üçün Tehran küçələrində yüzlərlə adamın öldürüldüyü tank döyüşləri gedirdi...
Hansı ki sonralar axıdılacaq qanla müqayisə etdikdə, bu vedrəyə düşən bir damla idi. Beynəlxalq Amnistiya Təşkilatının 1976-cı ildə MKİ-nin öyrətdiyi Şahın təhlükəsizlik gücü SAVAK-ın dünyadakı ən pis insan haqqları adına sahib olduğunu; MKİ-nin SAVAK-a öyrətdiyi işgəncə üsullarının müxtəliflik və say baxımından "inanılmaz" ölçüyə çatdığını bildirdi.
Bundan üç il sonra - 1979-cu ildə isə İran xalqı Şahı devirdi; onu hakimiyyət başına gətirən, bütün o illər boyunca dəstəkləyən ABŞ-a böyük hirs və nifrət bəslədiyin göstərdi...
Xüsusi bir ingilis sərmayəçisi tərəfindən 14 aprel 1909-cu ildə Anglo-Persian Oil Company adı ilə yaradılan, 1935-ci ildə Anglo-İranian Oil Company adını alan və İrandakı MKİ-Mİ6 çevrilişindən sonra 1954-cü ildə British Petroleum Company Limited kimi fəaliyyətini davam etdirən şirkətinin qazancları Dulles qardaşlarının gərgin əməyi nəticəsində xilas edildi. Xarici İşlər Nazirliyi və MKİ-nin xidmətlərinə qarşılıq olaraq, ABŞ şirkətləri də artıq ingilis kompanyaları ilə birgə eyni sahələrə girməyə başladılar.

Davamı var

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
300

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
305

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
372

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
322

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
568

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
375

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
430
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 19:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru