Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Oktyabr

2011
13:57
SƏDDAM HÜSEYNİN GİZLİ DANIŞIQLARI YAYILDI
ABŞ, 2003-cü ildə İraqın işğalı və Səddam Hüseyn rejiminin devrilməsndən sonra bütün dövlət təşkilatlarını və sarayları axtararaq milyonlarla sənəd əldə edib

Səddam Hüseynlə komandirlərinin xüsusi görüşlərinin səs qeydlərinin də olduğu sənədlər illərcə araşdırıldı və Müdafiə Nazirliyinin maliyyələşdirdiyi Amerika Milli Müdafiə Universitetində arxiv yaradıldı. İndi ilk dəfə universitetin Milli Strategiya Araşdırmaları İnstitutu, bu sənədlərdən 20 ədədini xalqa açıqlayıb.

FaktXeber.com-un verdiyi məlumata görə, ilk dəfə gün işığına çıxan sənədlər arasında Səddam Hüseyn və ən yaxın məsləhətçilərinin kürdlərə muxtariyyət verilməsi ilə əlaqədar olaraq Türkiyə haqqında iyun-avqust 1988-ci il tarixlərində aparılan danışıqlar da var.

BƏRZANİNİ MUXTARİYYƏTƏ MƏN RAZI SALDIM


Məsud Bərzani separatçı deyil. Muxtariyyəti Bərzani təklif etmədi, ağzından mən çıxarmaq məcburiyyətində qaldım. Ona "silah buraxmaq üçün nə istəyirsə söyləsin", - deyə mesaj göndərdim, "belə edək, elə edək", - deyə cavab gəldi. Nəhayət, "muxtariyyətmi istəyirsiniz" deyə sual etdim. Rəsmi olaraq məcbur etdim. Məsud atasına bənzəyir, lider olmaq istəyən bir tayfanın şeyxidir. Amma
Cəlal Tələbani həqiqi bir separatçıdır!

"ÖZAL İSTƏYİRSƏ KÜRDLƏRİ ÖVLADLIĞA GÖTÜRSÜN"


Səddam Hüseyn çıxışı əsnasında Türkiyənin kürd məsələsini əslində əhəmiyyətsiz saydığını izah etmək üçün "onlara kürd belə demirlər" söylədikdən sonra Taha Yasin bunları bildirir: "Onlar cümə günü kimyəvi silahlarla əlaqədar bəyanat verməzdən əvvəl maliyyə nazirləriylə danışdım. Özalın çox yaxın dostu olduğunu bilirəm. Maliyyəçilərindən biridir. Ona "Özalın iqtisadi vəziyyətə görə etimad səsverməsinə getdiyini" bildiyimi, amma bunun bizə qarşı məsuliyyətsiz müxaliflik üçün bəhanə ola bilməyəcəyini söylədim. "Baş nazir Özal indi kürd səslərini qazanmaq üçün danışıqlar aparır. O zaman biz də istədiyimizi etməkdə azadıq. 1984-cü il müqaviləsini imzalayan zaman bu varlıqların (kürdlərin - red.) hamısı burada idi. Türkiyənin istəklərini nəzərə alaraq torpaqlarımıza 5 kilometrə qədər girməsinə icazə verdiyimiz üçün ərəblərin tənqidinə məruz qaldıq. İndi siz kürdlərdən üzr istəyirsiniz, açıqlamalar verirsiniz. Baş naziriniz istəsə onları övladlığa götürsün, amma sonra kömək istəməyin" dedim. Nazirin rəngi dümağ oldu. "Bunu nəzərə almamışdıq. Haqlısınız. Hökumətin vəziyyətinə görə bazarlıq edirik" dedi.

ƏN YAXIN KOMANDİRLƏRİ


Səs qeydlərinin yayımlandığı toplantıda iştirak edən şəxslər isə isə Səddam Hüseyn də daxil olmaqla bunlar idi:

- Sadun Hamadi: Səddam dövründə Baş nazir, xarici işlər naziri, neft naziri kimi əhəmiyyətli vəzifələrdə işləyib. Danışıqların aparıldığı dövrdə Parlament rəhbəri olub. Rejimin devrilməsindən sonra həbs olundu. Doqquz ay sonra, 2004-cü ilin fevralında ABŞ tərəfindən azadlığa buraxıldı. Xərçəng şişləri olan Hamadi, 2007-ci ildə müalicə üçün getdiyi Almaniyada öldü, Qətərdə basdırıldı.

- İzzət Əl Duri: İraqın işğalından əvvəl İraq İnqilab Şurasının rəhbər köməkçisi, İraq prezidentinin müşaviri və Şimal Bölgəsi Komandirliyi vəzifəsini icra edib. Səddam Hüseynin edamından sonra Bəəs Partiyası 1 yanvar 2007-ci ildə Əl Durinin yeni qanuni İraq prezidenti olduğunu açıqladı. İşğaldan sonra Amerika qüvvələrinə yaxalanmayan Əl Durinin hələ də harada olduğu bilinmir.

- Tarix Əziz: Səddam Hüseynin ən yaxın məsləhətçilərindən olan Tarix Əziz, Xarici İşlər Nazirliyi və Baş nazir köməkçiliyi vəzifələrində işləyib. Əslən Suriyadan olan Əziz, Səddamın kabinetinin yeganə xristian üzvü idi. 2010-cu ilin oktyabr ayında edam cəzası kəsilib, ancaq prezident Cəlal Tələbani bu qərarı imzalamayacağını açıqlayıb.

- Taha Yasin: 1970-ci ildə Bəəs Partiyasının silahlı qolu olan Xalq Ordusunu yaratdı. Sənaye Nazirliyinə rəhbərlik etdi, həmçinin ölkənin ən yüksək qanunverici orqanı olan İnqilab Şurasının üzvü idi. Səddam Hüseyn 1991-ci ildə Yasini müşavir təyin etdi. Səddam kimi edam cəzası verildi. 2007-ci ildə edam olundu.

Daha sonra toplantıda Səddam Hüseynin Türkiyənin kürdlərə sahib çıxmasına çox əsəbiləşdiyi, qarşılıq olaraq kürdlərə muxtariyyət verilməsiylə əlaqədar regional  konfrans keçirilməsi müzakirə olunur.

HƏLƏPÇƏDƏ 6000 İNSAN ÖLDÜRÜLDÜ


Səddam Hüseyn və komandirlərinin müzakirələr apardığı vaxt - iyun-avqust 1988-ci ildə İran-İraq müharibəsinin (Birinci Körfəz Müharibəsi) son ayı idi. 1979-ci ildə İslam İnqilabından sonra İranın yeni hakimiyyət qurmağa çalışdığı üçün zəif olduğunu düşünən Səddam Hüseyn, 22 sentyabr 1980-ci ildə İrana hücum etdi. Ancaq işlər İrandakı müttəfiqi Şahı devirib iqtidara gələn İslami rejimdən məmnun olmayan ABŞ-dan da "yaşıl işıq" görən Səddamın düşündüyü kimi olmadı. İranın gözlənilməz müqaviməti ilə tez bitəcəyi planlaşdırılan müharibə səkkiz il davam etdi. Müharibənin nəticələri isə çox ağır oldu. Müharibənin son dövrləri başlayan 16 mart 1988-ci ildə, Səddam Hüseyn Şimali İraqın İranla sərhədinə yerləşən Hələpçədə qiyam qaldıran kürdləri yatırtmaq üçün ordudan istifadə edib. Ordu kimyəvi silah istifadə etdi və bu ən böyük dəhşətlərindən biri kimi tarixə düşdü. 6 min adamın öldüyü Hələpçə qırğınından qaçan təxminən 460 min kürd, İraq-Türkiyə sərhədinə yığıldı. Türkiyənin sərhədləri açması ilə təxminən 51 min adam Türkiyəyə sığındı və dörd il burada düşərgələrdə qaldı.

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ETSN: Acınohur gölü quruyur

20

Aprel
17:06
ÖLKƏ
156

Son sutkada nə qədər adam yoluxub?

20

Aprel
16:34
ÖLKƏ
135

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq

20

Aprel
15:40
ELM / TƏHSİL
145

Saakaşvili Gürcüstana qayıdır

20

Aprel
15:22
DÜNYA
280

İranda sutka ərzində 395 nəfər koronavirusdan ölüb

20

Aprel
14:56
BÖLMƏNİ DÜZ SEÇ!
165

Bu şəxslər təhsil haqqından xilas olacaq

20

Aprel
14:40
ELM / TƏHSİL
410

İmtahanlara 2 gün qalıb

20

Aprel
13:04
ELM / TƏHSİL
216

Pakistan və Türkiyə Talibana çağırış edib

20

Aprel
12:31
BÖLMƏNİ DÜZ SEÇ!
210

Birinci siniflərə qəbul bu tarixdən başlayır

20

Aprel
12:11
ELM / TƏHSİL
211

AFFA bəyanat yaydı

20

Aprel
12:03
İDMAN
195

İlham Əliyev Hacıqabuldadır

20

Aprel
12:00
ÖLKƏ
280
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2021 20:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru