Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2012
15:19
Şimali Koreya agentinin arsenalı
Cənubi Koreya onları nümayiş etdirib

Cənubi Koreyanın Xüsusi Xidmət Orqanı Koreya Xalq Demokratik Respublikasının casuslarının sui-qəsdlərdə istifadə etdiyi arsenalı jurnalistlərə nümayiş etdirib. FaktXeber.com-un verdiyi məlumata görə, bütün nümayiş olunan əşyalar 2011-ci ildə Kim Çen İrin keçmiş məmurlarından olan və sonradan ona qarşı mübarizə aparmış birinə hücum etmiş və sonradan məhkum olunmuş casusdan götürülüb.

Şimali Koreya casusundan götürülmüş gizli silahlar içərisində diyircəkli qələmə oxşar zəhərli iynə var. Hansı ki, onun istifadəsi zamanı qurban ani zaman ərzində boğulur və iflic olaraq ölür. Digər qələm isə zəhərli güllə ata bilir.

Cənubi Koreya təhlükəsizlik əməkdaşlarının ən çox diqqətini cəlb edən isə üç güllə ilə təchiz edilmiş əl fənəridir. Bu silahın dəqiqlik əmsalı çox yüksəkdir. Təhlükəsizlik əməkdaşı bildirib ki, bu yeni növ silahdır və əvvəllər heç zaman qarşılaşmayıblar.  

Arsenalın sahibi Ahn əvvəllər Şimali Koreya hökumətindən qaçmış Pak San Xakı öldürməyə gedərkən saxlanılıb. Casus saxlanılarkən məlum olub ki, o, 17 il imiş Cənubi Koreyada yaşayır. 2012-ci ilin aprelində Ahna məhkəmədə 4 il həbs cəzası verilib. Pak San Xak isə daimi polis nəzarətinə götürülüb.

Bildirilir ki, Cənubi Koreyada siyasi liderlərə qarşı hücumlar tez-tez baş verir. Məsələn, eks-prezident Pak Çung Hiyə bir neçə dəfə sui-qəsd olunub. Ən məşhur hadisə isə 1968-ci ildə baş verib. Həmin vaxt onun rezidensiyasına KXDR-in 31 nəfərdən ibarət xüsusi təyinatlısı girməyə cəhd göstərib. Hadisə zamanı prezident qızlarından biri və həyat yoldaşı öldürülmüşdü. Pak Çung Hinin digər qızı Pak Ken He isə cari ilin dekabrında keçiriləcək prezident seçkilərinə namizədlərdən biridir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abel Məhərrəmovun oğlu vəzifədən azad edildi

19

Aprel
13:24
HÜQUQ,HADİSƏ
155

Sabahın hava proqnozu açıqlandı

19

Aprel
13:13
ÖLKƏ
146

Tramp Baydeni dəstəklədi

19

Aprel
11:27
DÜNYA
430

Neft ucuzlaşıb

19

Aprel
09:42
İQTİSADİYYAT
280

İraqda hərbi baza raketlə vurulub

19

Aprel
09:30
DÜNYA
366
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2021 16:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru