
Rusiya prezidenti Vladimir Putin SSRİ KQB-sinin Hollandiya əslli əfsanəvi agenti Corc Blakenin 90 yaşını təbrik edib. İngiltərə kəşfiyyatında xidmət edən Sovet agenti, Soyuq Müharibə illərində Qərbin Sovet İttifaqının telefon danışıqlarını gizli şəkildə dinləyən yeraltı tuneli ortaya çıxarmışdı. Daha sonra SSRİ-yə qaçan agentə Georgi İvanoviç Behter adı verilib və bu gün Rusiya Xarici Kəşfiyyatı Xidməti təqaüdçü polkovniki kimi Moskvaya yaxın bir yerdə yaşayır.
FaktXeber.com-un verdiyi məlumata görə, Putin Blakenin 90-cı ildönümü vəsiləsiylə göndərdiyi təbrikində, "hörmətli Georgi İvanoviç! Sizin ad gününüzün 90-cı ildönümünü səmimi qəlbdən təbrik edirəm. Siz güclü, cəsarətli və professional insanlardan biriniz. Bütün şərtlərdə siz dözümlülük, məsul, gərgin iş və ciddi imtahana istiqamətli hazırlığınızı ortaya qoydunuz. Və hər vaxt verilən vəzifələri müvəffəqiyyətli şəkildə yerinə yetirdiniz. Siz və sizin peşə yoldaşlarınız dünyada sülhün mühafizə edilməsi, təhlükəsizliyin və strateji tarazlığın təmin olunması üçün böyük yardımları oldu. Siz, kənardan insanlar üçün hiss edilməyən işlər gördünüz və bu ən yüksək təşəkkür və hörmətə layiqdir. Sizə cansağlığı arzu edirəm", - deyib.
Qeyd edək ki, Blake 1922-ci ildə Hollandiyanın Rotterdam şəhərində əslən yəhudi olan Misirli ailədə dünyaya gəlib. 17 yaşında Hollandiyanı işğal edən faşistlərə qarşı müqavimət hərəkatına qoşulub. 1943-cü ildə faşistlərlə mübarizə aparmaq üçün İngiltərəyə qaçıb. Və könüllü olaraq ingilis donanmasında xidmətə başlayıb. Bir il sonra İngiltərə kəşfiyyatının Hollandiya şöbəsində vəzifəyə başlayıb.
İkinci Dünya müharibəsi başa çatdıqan sonra kəşfiyyatçı kimi Hollandiyaya köçürülür. Daha sonra Blake İngiltərənin SSRİ şöbəsində işə götürülür. Şərqi Almaniyadakı Sovet hərbçiləri ilə əlaqədar gizli məlumatlar üçün Hamburqa gedir. Orada Rusca öyrənir. Daha sonra İngiltərənin MI6 təşkilatının təlimatıyla rus dili kurslarına göndərilir və SSRİ-yə qarşı kəşfiyyat işlərində fəal vəzifələr alır. MI6 Blakeni Koreyaya göndərir. Koreyada Sovet sərhədinə yaxın bölgədə gizli hərbi məlumatlarla məşğul olarkən Koreya Müharibəsinə qoşulur. Şimali Koreyaya əsir düşür.
Şimali Koreyadakı 3 illik əsir həyatında kommunizmi mənimsəyir. 1951-ci ildə Koreya zabiti vasitəsilə KQB agentləriylə əlaqəyə girərək, könüllü şəkildə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Əsirlikdən sonra MI6 agentini Almaniyaya göndərir. Blake Sovet kəşfiyyatına İngiltərə ilə əlaqədar gizli məlumat və ingilis agentlərinin adlarını ötürür.
Sovet kəşfiyyatına ən böyük yardımı isə Şərqi və Qərbi Berlin arasındakı yer altında gizli tunellə əlaqədar məlumatları Moskvaya ötürməsi olub. Tunel Almaniyadakı Sovet qüvvələrinin telefon danışıqlarını dinləməyə yardım edəcəkmiş. Moskva İngiltərə kəşfiyyatının 1953-cü ildə tikmək istədiyi gizli tuneldən xəbərdar olaraq, əks əməliyyat təşkil edir. KQB telefon danışıqlarında yalan məlumatlar ötürməyə başlayır. 1956-cı ildə KQB tuneli təsadüfi inşaat işləri zamanı ortaya çıxardığını açıqlayır və hadisə o dövr böyük siyasi əks-səda doğurur.
1959-cu ildə Kommunist blokunda yer alan Polşanın ən yüksək səviyyəli kəşfiyyat səlahiyyətlilərindən olan Mixail Qolenvski Qərbə qaçaraq başqa gizli məlumatlarla birlikdə Blakenin SSRİ üçün işlədiyi xəbərini verir. O isə Livan vəzifəsindən başqa bir "gizli vəzifə" adıyla təcili şəkildə Londona çağırılır və həbs olunaraq 42 il həbs cəzası verilir. 4 il sonra dostlarının köməyi ilə həbsxanadan qaçmağı bacaran Blake, 1965-ci ildə Berlindən SSRİ-yə keçir. Kəşfiyyat polkovniki olan Blake Sovet medallarıyla təltifləndirilir. İngiltərədə ilk evliliyindən üç uşağı olan Sovet agenti yoldaşından boşanaraq, Moskvada yenidən evlənir və bir oğlu olur. SSRİ-nin dağılmasına baxmayaraq, Blake mətbuata açıqlamasında, "mən Kommunizmə inanıram", - deyir.

Xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir
23
Aprel
Hərbi hissələrdə din xadimlərinin fəaliyyətinə hansı hallarda yol verildiyi açıqlanıb
23
Aprel
Parlamentdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər müzakirə olunur
23
Aprel
Xətibzadə: İran sanksiyaların sırf kağız üzərində ləğv edilməsini qəbul etməyəcək
23
Aprel- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq