Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Noyabr

2012
12:40
Bəşşar Əsədin terror edilməsi planı ifşa olunub
Qətərin baş naziri bununla bağlı İsrailə gizli səfər edib

FaktXeber.com-un Livanın “əd-Diyar” qəzetinə istinadən verdiyi məlumata görə, Qətərin baş naziri məxfi şəkildə İsrailə gedərək Suriya prezidenti Bəşşar Əsədin terror edilməsi planını araşdırıb. Səfər zamanı baş nazir Həmd bin Casim ilə birgə bu ölkənin Kəşfiyyat İdarəsinin rəhbəri də İsrailə gedib. Qətər rəsmiləri İsrailin belə bir terroru həyata keçirəcəyi təqdirdə bu rejimə 2 il pulsuz qaz və ucuz qiymətə benzin verməyi vəd edib.

Qeyd edək ki, məlumatda terrorun detalları barədə də yazılıb. Həmd bin Casimin Mossad rəhbəri Tamir Pardo ilə apardığı müzakirələr zamanı Əsədin hansı üsulla terror edilməsi araşdırılıb. Birinci variant Suriya prezidentinə yaxın yüksəkçinli və sünni əqidəsində olan təəssübkeş hərbçini ələ alaraq onun vasitəsi ilə terror həyata keçirməkdir.

İkinci variant xarici nümayəndələrin birini virusa qarşı vaksin etdikdən sonra onun əlinə virusu yerləşdirmək və nəticə etibarilə Əsədlə görüş zamanı Suriya prezidentini aradan götürməkdir.

Üçüncü variant yüksəkçinli hərbçilərdən birini milyonlarla dollara satın alaraq, prezident iqamətgahının giriş qapısına partlayıcı qurğunu yerləşdirmək və prezident Əsəd saraya daxil olarkən bombanı partlatmaqdır.

Dördüncü variant isə Bəşşar Əsədin yeməyinə zəhər qatmaqla onu öldürməkdir.

Məlumat üçün bildirək ki, başqa bir variant isə ABŞ istehsalı olan "Stinger" raketlərini Laziqiyyə hava limanına yaxın bir məntəqədə yerləşdirməkdir. Belə ki, Əsəd öz təyyarəsi ilə hava limanına yaxınlaşarkən onu sözügedən raketlər vasitəsi ilə vurmaq planlaşdırılır. İsrail və Qətərin dövlət səviyyəsində terror aktı həyata keçirmək planı, çox keçmədən mediaya sızıb. Baş nazir Benyamin Netanyahu isə belə bir planın həyata keçirilməsini rejim üçün təhlükə sayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
578

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
450

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
530

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
542
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 07:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru