Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2012
15:26
`Vətənpərvər ol, bir rahib öldür!`
Bu, Mərkəzi Kəşfiyyat İdarəsinin Salvadorda dəstəklədiyi 14 ailənin əsas şüarı idi

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XXII HİSSƏ)


Gladio əməliyyatları

İpləri MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) əlində olan və Super NATO-nun gizli orduları kimi tanınan Gladio tipli təşkilatların dünyanın bəzi ölkələrində hansı işlər həyata keçirdiyi, kimləri aradan götürdüyü və məqsədlərinin nə olduğu barədə bəzi qeydlər etmək istərdim.

Daniel Qanseri

İtaliyadakı Gladio təşkilatına baş vurmazdan əvvəl, bu məsələdə əhəmiyyətli akademik araşdırmalar aparan isveçrəli tarixçi Daniel Qanserin diqqət çəkdiyi nöqtəni yenidən xatırlatmaqda fayda var. Qanserə görə, Gladio “Soyuq Müharibə” dövründə bütün NATO ölkələri, bitərəf Qərb və Orta Avropa ölkələrində fəaliyyət göstərdi. Bəzi ölkələrdə öz mövqeyində dayanaraq səhnəyə çıxmağı gözlədiyi halda, bəzi ölkələrdə də o ölkələrin tarixini sarsıdan dərəcədə güclü və dağıdıcı təsirləri olub. İtaliya ikinci qrupda yer alan ölkələrdən biridir.

İtaliyanın xaos illərinə damğasını vuran "təzyiq strategiyası" oldu. Bu strategiyaya görə, ölkə daxilində ictimaiyyəti ələ almaq üçün həqiqətdənkənar məlumatlar yayıldı və terror aktları həyata keçirildi. Bu mühitin yaratdığı qorxu hissləri şəraitində həyata keçiriləcək davamlı təbliğat ilə ictimaiyyəti ələ almaq və hökm etmək asan olacaqdı. Qanser sözügedən mövzuda, "bu taktika, terror aktları və bu hadisələri başqalarının üzərinə atılmasını nəzərdə tutur", - deyir. Qanser həmçinin bildirir ki, ““təzyiq” anlayışıyla, “romantik təzyiq” və “qorxular yaratmaq” nəzərdə tutulur. “Strategiya” sözü ilə nəzərdə tutulan isə, kütlələrin müəyyən bir qrupa qarşı qorxu hiss etməsidir", - söyləyərək, bu strategiyanı açıqlayır.

1990-cı ildə ortaya çıxdığı kimi MKİ müharibədən sonrakı İtaliyada xəritələrdə işarələnmiş gizli silah və partlayıcı anbarları olan gizli ordu qurmuşdu. “Gladio əməliyyatı” adlı bu hərəkat üçün irəli sürülən bəhanə gülünc idi: Sovet işğalı təhdidi. Lakin əsl məqsəd heç də bu cür əyləncəli deyildi: Gladionun 15 min əsgəri, xətdən çıxdığı təqdirdə, İtaliya hökumətini devirmək üçün öyrədildi.

Şarl De Qoll

Oxşar gizli ordular əksəriyyəti təbii olaraq keçmiş SS zabitlərinin əmrində fəaliyyət göstərən Fransa, Belçika, Hollandiya və Qərbi Almaniyada da yaradıldı. Bu ordular tamamilə rusların addımlarını müşahidə etmədi. Böyük hissəsi hələ də açıqlanmayan nəhəng sursat anbarları yaratdılar, solçuların “qara siyahı”larını çıxardılar, Fransada prezident Şarl De Qollu öldürmək üçün həyata keçirilən sui-qəsddə iştirak etdilər.

Gladionun bir çox üzvü “P-2” adlandırılan başqa bir gizli təşkilatın mənsubları idilər. “P-2” də MKİ tərəfindən maliyyələşdirilirdi. “P-2” Vatikan, Mafiya və Dünya Antikommunist Təşkilatı adlı beynəlxalq faşist qurumları ilə də əlaqəli idi.

“P-2”nin ixtisas sahələrindən biri təxribat hazırlamaq idi. “Qırmızı Briqadalar” kimi solçu təşkilatlara ya üzv oldular, ya bu təşkilatları maliyyələşdirdilər, ya da yaratdılar. Nəticə isə cinayətlərdə solçuların günahlandırılması oldu. Eyni ilə 1978-ci ildə İtaliyanın baş naziri Aldo Moronun öldürülməsi və 1980-ci ildə Bologna dəmiryol stansiyasının partladılması kimi. Gərginlik yaradan strategiyanın məqsədi isə, qarşıdurmaları artıraraq italyanları solçuların təhlükəli və güc tərəfdarı olduğuna inandırmaq idi.

Gladio təşkilatları yalnız NATO üzvü ölkələrdə deyil, Avstraliya, İsveç, Norveç kimi Avropa ölkələrində də yaradıldı. Mərkəzi Brüsseldəki NATO qərargahı, Gladio isə İtaliyadakı təşkilatın kod adı idi. Yunanıstandakıın “B-8” və ya “Sheep Skin” (Qoyun Postu), Belçikadakının “SDRA-8”, Hollandiyadakının “NATO Command”, Qərbi Almaniyadakının “Gehlen Hərəkatı” və ya “Stay Behind”, ya da “Sword”, Avstriyadakının “Schwert”, Fransadakının “Külək Gülü”, İngiltərədəkinin “Secret British Network” olması bu ölkələrin rəhbərləri tərəfindən açıqlandı.

Nikaraqua əməliyyatı

ABŞ prezidentlərindən olan Ruzvelt (FDR) bir dafa Nikaraqua rəhbəri haqqında danışarkən "Somoza bir fahişənin uşağı ola bilər, amma bizim fahişəmizin uşağı", - demişdi. Buna görə də sonrakı Somoza (bizim fahişənin uşağının oğlu) 1979-cu ildə iqtidardan kənarlaşdırıldıqda, Nikaraquanın yenidən ələ alınması üçün bütün səylər göstərildi.

Somoza

Prezident Karter oğul Somozanın vaxtının başa çatdığını gördükdə, təqaüddə olan MKİ agentlərinin silah daşımasından xəbərsiz Somozanı iqtidardan uzaqlaşdırmaq istədi. Karterin planı 90 milyon dollarlıq sərvətin kefini çəkən Somozanı ölkədən çıxarmaq və Somozanın “Milli keşikçi”sini iqtidarda saxlamaq idi.

46 il “Milli keşikçi”nin amansız idarəçiliyi altında inləyən nikaraqualılar Karterin planından boğaza yığılmışdılar. Və Somoza devrildikdə amansız idarəçilikdə əli olan “Milli keşikçi” da daş-qalaq edildi.

Ordu nümayəndələrinin çoxu Amerika təyyarələriylə qaçırıldı. Onları yenidən bir yerə toplayaraq silah və texnika ilə təchiz etdilər. Argentinalı ölüm manqaları tərəfindən təlim keçildi və yeni rejimin başına bəla olmaq üçün Nikaraquaya geri göndərildi. “Keşikçi” sözü Nikaraquada o qədər alçaldıcı idi ki, onlara yeni bir ad, İspanca əksinqilabçı sözünün (Contrarrevolucionario – red.) qısaldılması olan “Kontralar” adı verildi.

Sonrakı qanlı hadisələr bəlkə də MKİ-nin gizli əməliyyatları içində ən az gizli qalanı idi. Prezident Reyqan hədəfi heç nədən çəkinmədən, həyasızcasına açıqladı: “Yarımkürənin ən yoxsul ikinci xalqı olan nikaraqualılar "bəs" deyənə qədər əziləcək.”

MKİ-nin "Azadlıq döyüşçülərinin stolüstü kitabı" (Freedom Fighters Manual) mətbuata sızdıqda istənməsə də tətbiq olunan üsulları ictimaiyyət öyrəndi. Stolüstü kitab sui-qəsdin təşkil edilməsi, təxribat, adam qaçırma, şantaj və vətəndaşların oğurlanaraq zor tətbiq edilməsi mövzularında ətraflı dərslər verirdi. ABŞ Nikaraqua səhrasında terror aktları törətməkdə istifadə etdiyi “Kontralar”a hərbi və maliyyə yardımı yağdırdı. Yeni rejimin ölkə tarixində ilk dəfə kəndlərə həkim və müəllim göndərməsi kəndliləri çox sevindirdiyi üçün “Kontralar” xüsusilə bu peşələrdən olanları hədəf aldı.

MKİ limanları minaladı, yanacaq tankerlərini partlatdı, sonra da “Kontralar”ı hücumlar zamanı buraxılan səhvləri düzəltməyə yönəltdi. Nikaraqua rəhbərliyi öldürmələri üçün “Kontralar”a mənbə göndərdi, müxalif partiyalara milyonlarla dollar pul ötürdü. Və Çilidəki kimi iqtisadiyyatı "iflas" vəziyyətinə gətirdi.

Nəhayət 10 il davam edən həm iqtisadi, həm əsgəri döyüşdən sonra 1989-cu ildə nikaraqualılar təslim oldu və ABŞ-ın dəstəklədiyi namizədlərə səs verdi. “Əgər belə edilməsə, nə olar”, - deyə maraqlananlar olsaydı, bu maraqları aradan qaldıracaq yeganə şey, bir ay əvvəl ABŞ tərəfindən işğal edilən cənubdakı Panamaya baxmaq olacaqdı.

Salvador əməliyyatları

Salvadoru idarə edən 14 ailə, yollarına çıxan hər kəsi məhv etmək mövzusunda əsla kövrək ürəkli olmadı. Yollarına çıxanların arasında əksəriyyəti, tez-tez yoxsulların durumuna dair narahatlıqlarını dilə gətirən katolik din adamları olurdu. Buna görə də salvadorlu sağçılar bir-birilərinə belə deyirdilər: "Vətənpərvər ol, bir rahib öldür!"


Oskar Romero

1980-ci ildə Salvadorun baş yepiskopu Oskar Romero ABŞ prezidenti Karterin insan haqlarına dair nitqlərini ciddi qəbul etmək kimi bir xətaya yol verdi. Karterə məktub yazaraq, Salvadorun qatil idarəçilərinə hərbi yardımı dayandırmasını istədi. Karter Romeronu görməzliyə vurdu, amma Salvadoru idarə edənlər bağışlamadı. Məktubu göndərdikdən bir müddət sonra ayin zamanı ürəyindən vurularaq öldürüldü.

Romeronun ölüm əmri ən sevdiyi işgəncə alətinə uyğun olaraq "Meşale Bob" adlandırılan Roberto D'Aubuisson tərəfindən verildi. Hitlerin pərəstişkarı olan D'Aubuisson bir dəfə "bu almanlar çox ağıllıdır. Kommunizmin yayılmasında yəhudilərin günahkar olduğunu anladılar və onları öldürməyə başladılar", - deyib. D'Aubuisson köçüb getdi, amma partiyası ARENA, ABŞ dəstəyi ilə Salvadoru idarə etməkdədir.

D'Aubuisson Dünya Antikomünist Birliyində (WACL) əhəmiyyətli yeri olanlardan biriydi. 1961-ci ildə qurulan WACL radikal sağçıların dünya səviyyəsindəki himayəçi təşkilatı idi. Üzvləri arasında sürgündəki alman faşistlər, italiyalı terroristlər, yapon faşistlər, irqçi afrikalılar, Latın Amerikasından olan ölüm manqalarının liderləri, Amerika Konqresinin bəzi mənsubları və "keçmiş" MKİ agentləri var idi.

MKİ WACL daxilində iştirak etməsindən əlavə, Salvadorda qan tökülməsinə başqa yardımlar da etdi. Tabeçiliyində olanlara milyardlarla dollar ayırıb, şiddətli qarşıdurmalar təşkil etdi, ölüm manqalarını və nizamlı hərbi birlikləri öyrətdi.

El Mozeto qətliamı

MKİ-nin mütəxəssisləri də Salvador hökumətinin imicini düzəltmək üçün çalışdılar. Məsələn, 1982-ci ildəki El-Mozote qətliamı tamamilə inkar edildi, heç olmamış kimi göstərildi. BMT-nin İstintaq Komissiyası El-Mozoteni araşdırdı və 733 kəndlinin qətlə yetirildiyini müəyyənləşdirdi. MKİ-nin mətbuatdakı yaltaqları isə tutuquşu kimi onlara verilən əmri təkrarladılar. Amma məlum oldu ki, Komissiya 1972-1992-ci illər arasında 63 min salvadorlunun öldürüldüyü qənaətinə varıbmış.

Cim Karter prezident səlahiyyətləri bitdikdən sonra, 1982-ci ildə Salvador hökumətini "yarımkürədəki ən qanasusamış rejim" adlandırdı. Amma özündən əvvəlki və sonrakı prezidentlər kimi, Salvador rejimini dəstəklədiyi dövrdə bu həqiqət barədə heç zaman danışmamışdı.

Davamı var

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
280

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
285

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
362

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
307

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
558

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
370

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
415
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 18:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru