
Türkiyənin 8-ci prezidenti Turqut Özalın baş müşaviri, keçmiş hakim Arif Yüksəl, "zəhərlənmə müddəti səfərə çıxmazdan bir ay əvvəl başladı. Onu zamana yayaraq zəhərlədilər", - deyib.
FaktXeber.com-un verdiyi məlumata görə, Arif Yüksəl mövzuyla əlaqədar əhəmiyyətli açıqlamalar səsləndirib. Yüksəl, Özalın limonaddan zəhərləndiyi yönündəki iddiaların diqqəti məqsəddən yayındırmağa hesablandığını söyləyib.
Özalın 4 aprel 1993-cü ildə başda Azərbaycan olmaqla türkdilli ölkələrə 12 günlük səfərə çıxmazdan əvvəl xəstələndiyini söyləyən Yüksəl baş verənləri bu cür izah edir: "Səfərdən əvvəl Özalın vəziyyətində bəzi dəyişikliklər gördüm. Rəhmətliyin yanına gedərək, "əfəndim, yaxşı görünmürsünüz. Bu səfəri ləğv edin", - dedim. Cavab olaraq, "doğru söyləyirsən, həqiqətən narahatam. Üzərimdə fərqli bir ağırlıq var. Siz Vulkana (xüsusi mətbuat katibi Vulkan Bozkır) söyləyin, Semra xanıma məsələni çatdırsın, bu səfəri ləğv edək", - dedi. Mən Vulkana səfərin ləğv ediləcəyini söylədim. Vulkan isə bu barədə, yəni səfərin ləğvini Semra xanıma söyləyib. Semra xanım da "mən lazımlı tədbirləri görmüşəm. Səfərə gedəcəkləri müəyyənləşdirmişəm. Buna görə də səfərin ləğvi müzakirə mövzusu deyil", - söyləyib. Daha sonra rəhmətlik mənə, "Arif, biz bu səfəri ləğv etməyəcəyik, gedəcəyik", - dedi. Mən də əlacsız qaldım."
Səfərdən qayıtdıqda Özalı aeroportda qarşılayan Yüksəl, prezidentin üzünün təyyarədən enərkən qıpqırmızı olduğu söyləyir. Özalın elə həmin gün saat 18-dəki sərginin açılışına qatıldığını deyən Yüksəl, bir ara Özalı binada gəzərkən əlində limonadla gördüyünü, bir qurtum içdikdən sonra kənara qoyduğunu vurğulayır. Amma ətrafındakılardan heç kimin əlində limonad stəkanı yox imiş. Dövlət başçısının sonradan xəstələndiyini bildirən Yüksəl, köynəyinin düymələrini açdığını və pencəyini çıxardaraq bir divana uzandığını deyir. Yüksəl sözlərini belə davam edir: "Birlikdə istirahət otağına gəldik. Onu rahatlayandan sonra Semra xanımın yanına getdim. Semra xanım orada qadınlarla danışırdı. İçəri girmədim, xəbər göndərdim. Prezidenti istirahət otağına apardığımı, vəziyyətinin yaxşı olmadığını söylədim. Semra xanım, "Arif, sən hər şeyi şişirdirsən. Sən evinə get. Mən maraqlanaram", - dedi."
Özalın səhərisi gün ölməsi barədə danışan Yüksəl, Əhməd Özal atasının nəşini yuyarkən, "Prezidentin ölümü şübhəlidir. Qəti şəkildə zəhərlənib. Necə olursa olsun, yarılmalıdır", - deyə qışqırdım. Ancaq Özal ailəsi meyitin yarılmasını istəmədiklərini söyləyərək, buna ehtiyac olmadığını dedilər. O zaman yarılsaydı, qəti şəkildə söyləyirəm, 99 faiz zəhərləndiyi ortaya çıxacaqdı", - deyir.

Merkeldən Qarabağ açıqlaması: "Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət olunmalıdır"
20
AprelKazim tərəfindən 05-11-2012 15:53:45 tarixində yazıldı |
Ozal |
onu yeqin Azerbaycanda zeherleyibler |
- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq