Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Oktyabr

2011
14:11
TÜRKİYƏDƏKİ ZƏLZƏLƏ BARƏDƏ BÖYÜK İDDİA!
"Zəlzələ Amerikadakı HAARP bazasından törədilib"

ABŞ-ın Alyaskada atmosfer araşdırması üçün yaratdığı HAARP adlı baza üçün ortaya atılan "zəlzələ yaradır" iddiası yenə gündəmə gəlib.
7.2 bal gücündəki Van zəlzələsindən sonra "sui-qəsd nəzəriyyələri" bir daha gündəmə gəlib.

FaktXeber.com-un verdiyi məlumata görə, iddiaların əsasını Alyaska ştatındakı ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Donanması, Alyaska Universiteti və ABŞ Müdafiə Sistemləri Hazırlama Agentliyi (DARPA) tərəfindən maliyyələşdirilən Yüksək Tezlikli Aktiv Auroral Araşdırma Proqramı - High Frequency Active Auroral Research Program (HAARP) bazası təşkil edir.

1993-cü ildə yaradılan HAARP, yüksək tezlikli enerji ixracı ilə atmosferin ionosfer qatındakı dəyişiklikləri müşahidə edir. Həyata keçirdiyi təcrübələrin təbiətə verdiyi zərərləri də müşahidə edən HAARP, rəsmi olaraq radar sistemlərini və rabitəni inkişaf etdirmək, neft və təbii qaz yataqlarını aşkarlamaq və baş verə biləcək hava hücumlarını havada məhv etmək üçün yollar axtarır.

Qeyri-rəsmi qaynaqlar isə HAARP-ın zəlzələ yarada bildiyi və bunun üçün ozon təbəqəsindən istifadə etdiyi iddiaları var.

NASA-nın Müasir Kosmos Texnikaları İdarəsinin rəhbəri Minoru Freundin BBC-yə verdiyi açıqlamasında, "zəlzələlərlə atmosfer dəyişiklikləri arasında çox yaxın əlaqə qura bilərik", - deyə bildirib.

ABŞın məşhur Stanford Universiteti də "zəlzələ mütəxəssisləri, elektromaqnetik dalğaları əks etdirəcək miqdarda ionların olduğu ionosferdəki tezlikləri araşdırmalıdır", - deyərək, zəlzələlərlə enerji dəyişikləri arasındakı əlaqənin olduğu fikrini ortaya atıb.

HAARP barədə məlumatlar əvvəllər də müzakirələrə səbəb olmuşdu. 11 martda Yaponiyada baş verən 9 ballıq zəlzələdən bir neçə saat əvvəl HAARP-ın tezlik ölçmə sistemində 2.5 Hz-lik dəyişiklik baş veribmiş. 12 yanvar 2010-cu ildə isə Haitidəki 7 ballıq zəlzələdən əvvəl HAARP-ın tezlikləri qeydə alan sistemində  təxminən 2 Hz-lik dəyişiklik baş vermişdi.

Vanda baş verən zəlzələ üçün eyni məlumatlara baxdıqda ortaya 21 oktyabr, saat 08.00-da başlayan bir dəyişiklik müşahidə olunub və dalğa təxminən 1.8 Hz gücündə olub.

ABŞ-ın məşhur təhsil müəssisələrindən olan Massaçuset Texnologiya Universitetinə görə, ionosferə göndərilən dalğalar qızışmaya səbəb olur və fay xəttindən radioaktiv radon qazının çıxmasını təmin edərək zəlzələ yaradır.

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
543

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
410

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
500

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
507
Şərhlər
aysel rehimli tərəfindən 29-01-2012 tarixində yazıldı
zelzele
Allah komekleri olsun,insallah birde olmaz!
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 04:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru