Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Oktyabr

2012
13:46
İngilislər Rusiya stansiyasını necə ələ keçirdilər?
Əməliyyat o qədər gizlin həyata keçirilmişdi ki...

İngiltərənin 1982-ci ildə Sovet İttifaqına qarşı həyata keçirdiyi yüksək təhlükəsizlik səviyyəsində gizlədilən "Barmaid" əməliyyatının detalları ortaya çıxıb. FaktXeber.com-un verdiyi məlumata görə, hökumət əmriylə icra olunan əməliyyatda Sovet İttifaqına aid son model hidroakustik rabitə stansiyasını gizli şəkildə ələ keçirən İngiltərə, sonradan cihaz üzərində araşdırma aparılmaq üçün ABŞ-a göndərib.

"Conqueror" adlı sualtı qayığın heyəti tərəfindən həyata keçirilən əməliyyatla əlaqədar məlumatlar məşhur sənədli film rejisoru Stuart Prebble tərəfindən toplanaraq kitab halına salınıb. "Secrets of the Conqueror: The Untold Story of Britain's Most Famous Submarine" (Conquerorun sirri: Dünyanın ən məşhur sualtı qayığının bilinməyən hekayəsi) adlı kitab üçün Prebble sualtı qayığın heyəti ilə də görüşüb.

Sənədli kitabda "çox gizli" kəlməsi var

"The Telepragh" qəzetinə açıqlama verən Prebble, 2 il əvvəl İngiltərə Müdafiə Nazirliyinə kömək üçün müraciət etdiyini söyləyib. Prebble, "8 aylıq düşünmə müddətindən sonra "rədd" cavabı aldım. Ancaq həyata keçirəcəyim işə də mane olmayacaqlarını bildirdilər", - deyib.

Əvvəllər Soyuq müharibə illərinin Kuba və Berlində tanklar və raketlərə görə yaşandığı deyilsə də, müəllifin sözlərinə görə, ən təhlükəli və ən gizli vəzifələr dənizlərin dərinliklərində baş verirdi: "Barents dənizində həyata keçirilən "Barmaid" əməliyyatı haqqındakı sənədlərin bir çoxunda hələ də "çox gizli" kəlməsi var", - deyir.

1950-60-cı illərdə İngiltərə və Amerika donanma texnikasının yüksək səviyyədə olduğunu bildirən Prebble, 70-ci illərdə vəziyyətin Sovet ittifaqının lehinə dəyişdiyini və xüsusilə Sovet sualtı qayıqlarının mükəmməlliyinin Qərb İttifaqını narahat etməyə başladığını söyləyib.

Əməliyyat son model Sovet texnologiyasını ələ keçirmək üçün həyata keçirilib

Prebble belə davam edir: "Yeni Sovet texnologiyasını öyrənmək məqsədiylə 1982-ci ildə İngiltərə hökuməti sualtı heyətinə Barents dənizində olan son model hidroakustik rabitə stansiyasını ələ keçirmək əmrini verir. Ancaq stansiya kəndirlərlə, buzqıran gəmi qılığında kamuflyaj edilmiş Sovet kəşfiyyat gəmisinə bağlı idi. İngilislərlə əməkdaşlıq edən amerikalılar "Conqueror" sualtı qayığına qalın kəndirləri kəsə biləcək xüsusi alət yerləşdirmişdilər. Əməliyyatın Ruslar tərəfindən hiss ediləcək hər hansı bir qarşıdurmaya gətirib çıxarmaması üçün, alətin öz-özünə qopduğu təəssüratı yaradılması planlaşdırılıbmış. Bir avqust səhərinin sübh saatlarında sualtı qayıq qaranlıqda gəmiyə maksimum dərəcədə yaxınlaşdı. Daha sonra kəsici alət bir neçə dəqiqə ərzində 7,5 sm qalınlığındakı kəndiri kəsdi və dənizin dibinə endi. Daha sonra kapitan dalğıclara aləti dənizin dibindən götürüb gətirmələri üçün əmr verdi. "Conqueror" cihazla birlikdə bazaya döndükdən sonra alət bir vertolyotla Amerikaya göndərildi. Qısa müddət sonra isə sualtı qayıq heyətinə Pentaqondan gizli təşəkkür edildi."

2 aprel 1982-ci ildə Argentina İngiltərənin müstəmləkəsi olan Folklend adalarını işğal zamanı İngiltərə Argentinaya müharibə elan etmişdi. Müharibədə "Conqueror" 2 may günü Argentinaya aid "A.R.A. General Belgrano" adlı döyüş gəmisinə iki ədəd torpedo atmış və bunun nəticəsində də 323 nəfər dünyasını dəyişmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

23

Aprel
10:24
İQTİSADİYYAT
205

Növbəti buraxılış imtahanları keçirilir

23

Aprel
09:37
ELM / TƏHSİL
506

Neft yenidən bahalaşıb

23

Aprel
09:25
İQTİSADİYYAT
370

AMB-nin valyuta məzənnələri

23

Aprel
09:11
İQTİSADİYYAT
335

Ramazan ayının 10-cu gününün duası - AUDİO

22

Aprel
20:30
MƏNƏVİYYAT
241

Sağalanların sayı yoluxanları keçdi

22

Aprel
18:04
ÖLKƏ
322

DİN əhaliyə müraciət etdi

22

Aprel
16:43
HÜQUQ,HADİSƏ
313
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 12:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru