Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Oktyabr

2011
18:27
MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DEMOKRATİYA ANLAYIŞI
DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (XI HİSSƏ)

DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (X HİSSƏ)

"L'Histoire" jurnalının 1984-ci il sentyabr sayının 70-ci səhifəsində, MKİ barədə belə yazılır:
MKİ dövlət içində dövlət kimidir. İstədiyini edir. Qanundan üstündür. MKİ bir çox jurnalisti məlumat qaynaqlarını öyrənmək üçün izlətdirir. 1960-1965-ci illər arasında Fidel Kastronu öl¬dürmək üçün MKİ səkkiz sui-qəsd təşkil etmişdir. Çox dəyişik üsullar istifadə edilərək - mürəkkəbli qələmə zəhər qoyaraq, zəhərli siqarlarla, bədəni zəhərləyən çimərlik geyimlərilə - Kastronun öldürülməsinə cəhd göstərilib.
"Dünyanın Həqiqi Hakimləri" adlı kitabda da MKİ-nin bəzi fəaliyyətləri belə izah edilir:
31 may 1961-ci ildə öldürülən Trujillo, 2 noyabr 1963-cü ildə öl¬dürülən Cənubi Vyetnam Respublika başçısı Ngo Dinh Diem, 22 oktyabr 1970-ci ildə öldürülən Çili lideri Rene Schneider; MKİ bütün bu olanlardan xəbərdar idi. Lazımlı silahları o təmin etmişti. Eizenhauerin Lumumbanı öldürmə əmri verdiyi dəqiqdir. Trujillonun öldürüləcəyi xəbərini almışdı. Kastro hadisəsindən isə hər kəs xəbərdar idi, təkcə Kennedidən başqa.
Kubaya istiqamətli əməliyyatlarda ABŞ-ın hər zamanki kimi təhlükədə olma vəziyyəti yox idi. Nə Kastro, nə Trujillo, nə də Ailende Amerika üçün heç bir təhlükə törətmirdilər. Kubada Batista sayəsində Amerika, əslində yəhudi şirkətləri ITT, Stan¬dard Oil, General Motors, General Electric kimi şirkətlər vasitəsiylə yeraltı qaynaqlarının 90, şəkərin 40, dəmir-yollarının 45, neftin 100 faizinə  nəzarət edirdilər. Qumar, fahişəlik, spirt, narkotik bazarı da MKİ nəzarətindəki mafiyanın əlində idi.
Tez-tez ortaya atılan başqa bir böyük yalan isə Amerikanın dün¬yada demokratiyaya dəstək vermək üçün səy göstərməsidir. MKİ-nin tarixi buna aid yüzlərlə örnəklə doludur. Həmin ör¬nəklərdən bəziləri:
Milli Təhlükəsizlik Şurasının zəruri gördüyü ilk xarici vəzifələrdən biri, İtaliya demokratiyasını yıxmaq oldu; əl¬bəttə demokratiya adıyla.
1948-ci il seçkilərində İtaliya solçu bir rəhbərliyi hakimiyyət başına gətirəcəkdi. MKİ işə qarışdı, milyonlarla dollar Vaşinqtonun istədiyi namizədlərə, Mussolininin partiyasının qəhvə rəngli köynəklilər geyinən quldurlarına və o digər faşistlərə italyanların səs vermələrini təmin etmək məqsədiylə təbliğat və səs satın almaq üçün paylandı. Bundan başqa, təşkilatlara adamlar yerləşdirildi; təhdid və təzyiq tətbiq olundu. Seçkinin nəticələri ABŞ-ın istəyinə uyğun gəlməyəcəyi təqdirdə, ərzaq yardımı¬nın kəsiləcəyi dedi-qodusu yayıldı. Kommunist Partiyası seçkini uduzdu. ABŞ, 1948-ci il seçkilərində güc istifadə etmək məcburiyyətində qalmadı və istədiyini əldə etdi.
1953-cü ildə demokratik yolla seçkidə qalib gələrək iqtidara gələn İranın baş naziri Məhəmməd Musəddiq ingilis şirkətlərinin əlində olan neft ehtiyatlarını milliləşdirəcəyi açıqlamasından sonra MKİ tərəfindən təşkil edilən çevrilişlə hakimiyyətdən salındı və ye¬rinə Amerikanın adamı şah gətirildi. Şah vəzifəyə gələn kimi SAVAK adlı kəşfiyyat təşkilatı yaratdı.
1953-cü ildən bəri MKİ-nin "beyin idarəsi" üzərində qeyri-qanuni təcrübələr apardığı bildirilir. Bu təcrübələr arasında Amerika əleyhdarlarına LSD və digər narkotik maddələr verildiyi, bu narkotiklərin intiharlara səbəb olduğu iddia edilir
1954-cü ildə MKİ demokratik seçkilərlə hakimiyyətə gələn Qvatemala prezidenti Jacob Arbenzi çevrilişlə hakimiyyətdən saldı. Arbenz, Rokefellerin sahib olduğu "United Fruit Company"ni milliləşdirməyə çalışırdı. Daha sonrakı 40 illik müddətdə MKİ tərəfindən iqtidara gətirilən diktatorlar ümumilikdə 100000-dən çox insan qətlə yetirmişdi.
1954-1958-ci illər arasında MKİ əməkdaşı Edward Landsdale 4 ilini Şimali Vyetnamdakı kommunist hökuməti devirmək üçün ardıcıl çirkli əməliyyatlar təşkil edərək keçirdi.
1956-cı ildə MKİ "Azad Avropa Radiosu" adlı radiostansiya yaradaraq Macarıstan xalqını Sovet ittifaqına qarşı qızışdırmağa çalışdı. Radionun yayımlarında MKİ baş verəcək üsyanın ABŞ tərəfindən dəstəklənəcəyinə eyham vururdu. Bu yayımlara qatılan bəzi üsyançılar Sovet ordusunun Macarıstanı işğal etməsinə zəmin yaratdılar və qarşıdurmalarda 7000 Sovet əsgəri ilə 30 000 macar dünyasını dəyişdi.
1957-1973-cü illəri arasında Lasoda keçiriləcək seçkiləri təxirə salmaq üçün MKİ demək olar ki, hər il bir çevriliş təşkil edirdi. Bu çevrilişlərin məqsədi iqtidara ortaq ola biləcək və kifayət qədər məşhurlaşmış Pathet Lao adlı solçu qrupun önünü kəsmək idi. 1950-ci illərin sonunda Pathet Laonu sıradan çıxarmaq üçün MKİ muzdlu əsgərlərdən ibarət gizli ordu yaratdı. MKİ ordu¬sunun Pathet Laoya məğlubiyyətindən sonra Amerika bu kiçik ölkəni bombardman etdi. Bu kiçik ölkəyə Amerika tə¬rəfindən atılan bombalar, ABŞ-ın İkinci Dünya Müharibəsində istifadə edilən bombalardan daha çox olub.
1959-cu ildə Haitidə "Papa Dos" kimi tanınan Duvalierin istifadəsi üçün Amerika ordusu çox böyük yardımlar etdi. Duvalier bu yardımlarla xalqı təzyiq altında saxlamaq üçün xüsusi polis təşkilatı yaratdı. Diktatorluq dö¬nəmində 100 min adam qətlə yetirildi.
1960-cı il mayın 27-də Türkiyədə də çevriliş həyata keçirildi.
1961-ci ildə MKİ 1500 nəfərdən ibarət Kuba qaçqınını Fidel Kastronu devirmək üçün adaya göndərdi, amma fiaskoya uğradı.
1961-ci ildə MKİ Domnikan Respublikasında anti-kommunist və ABŞ-ın dostu olan Rafa el-Trujilloya sui-qəsd təşkil etdi.
Ekvatorda MKİ nəzarətindəki ordu, yeni seçilmiş prezident Jose Valesconu istefaya məcbur etdi.
MKİ Konqoda demokratik yolla iqtidara gələn prezident Patrik Lumumbaya sui-qəsd təşkil etdi və onu öldürdü.
1963-cü ildə MKİ Domnikan Respublikasında hərbi çevriliş təşkil edərək, demokratik yolla seçilmiş Jan Buşu hakimiyyətdən saldı və yerinə xunta rejimi gətirildi. Eyni vaxtda Ekvatorda MKİ-nin dəstəklədiyi ordu başçı Carlos Julio Arosemananı devirdi. Məsələnin maraqlı tərəfi isə ondan ibarət idi ki, MKİ tərəfindən iqtidara gətirilən Arosemana (əvvəl baş nazir köməkçisi olub) Amerika siyasətinə lazımi qədər xidmət etmədiyi üçün elə ABŞ tərəfindən devrilmişdi.
1964-cü ildə Braziliyada MKİ-nin dəstəyiylə təşkilatlanmış bir qrup, seçkiylə iqtidara gəlmiş qüvvələri devirdi. İqtidara gələn xunta 20 ildə yüz mindən artıq insan qətlə yetirdi.
1965-ci ildə İndoneziyada demokratik yolla iqtidara gəl¬miş Sukarno devrilərək, yerinə general Suxarto gətirildi. Suxarto kommunist olduğu üçün 1000000-a yaxın insan qətl yetirdi.
1965-ci ildə Zairdə (Konqo) MKİ-nin dəstəyi ilə Mobudu Sese Seko diktatorluğunu yaratdı.
1967-ci ildə Yunanıstanda MKİ-nin dəstəyi ilə se¬çkilərə 2 gün qalmış hökumət çevrilişi həyata keçirildi və və seçkilərin ən güclü namizədi olan Corc Papandreounun önü kəsildi. Yunan kralı baş nazir Corc Papandreounu istefaya göndərdi. Tarixə "Polkovniklər xuntası" kimi keçən yeddi illik dövr başladı və bu müddətdə MKİ-nin planı ilə kommunistlərə qarşı sui-qəsdlər və işgəncələr həyata keçirildi.
1970-ci ildə MKİ Kambocada Şahzadə Sihanuku devirdi.
1971-ci ilin 12 martında Türkiyədə ikinci dəfə hərbi çevriliş həyata keçirildi.
1971-ci ildə Boliviyada solçu prezidenti Xuan Torres devrildi.
1971-ci ilin Konqres hesabatlarına görə, "Phoneix" əməliyyatı adı altında MKİ Cənubi Vyetnamdakı agentlərinə dəstək verərək, "Viet Konq liderləri" olduqları iddia edilən şəxslərin Cənubi Vyetnam kəndlərində öldürülmələrinə yardım etdi. Bu əməliyyatda 20000 insan qətlə yetirildi.
1973-cü ildə Argentinada prezident Salvador Ailende öldürüldü, yerinə diktator Avqusto Pinoçet gətirildi.
1975-ci ildə Avstraliyada solçu baş nazir Edvard Vithamın devrilməsində də MKİ-nin barmağı var idi.
1976-cı ildə Amerika Məktəbi (SOA) məzunu Jorge Vileda, Argentinada yeddi il davam edəcək qanlı diktatorluğun başına gətirildi.
1978-ci ildə Pakistanda Ziya Ul-Haqq hərbi çevrilişlə hakimiyyətə gəldi. Devrilmiş baş nazir Zülfüqar Əli Buhutto edam edildi.
1980-ci ildə Türkiyədə 12 sentyabr çevrilişi təşkil edildi.
1980-ci ildə Salvadorda San Salvadorun baş yepiskopu olan Oscar Romero, ABŞ prezidenti Cimmi Karterə öz xalqını qətl yetirən hərbi rejimə Amerika tərəfindən edilən yardımların kəsilməsi üçün xahiş etdə. Karter bu istəyi rədd etdi. Bundan bir müddət sonra isə sağçı lider Robert D'aubuisson baş yepiskop Romeronu xalq qarşısında çıxışı zamanı ürəyindən vurdurtdu. Öl¬kədə vətəndaş müharibəsi başladı. Dağlıq bölgələrdəki kəndlilər hərbi hö¬kumətə qarşı qiyam qaldırdılar. Amerika əsgərləri və MKİ, hərbi hökuməti bu qiyamı yatırtmaq üçün iri çaplı silah¬larla və kəşfiyyat məlumatlarıyla təmin etdi. Bu qarşıdurmalarda 63000 insan öldürüldü.
1981-ci ildə MKİ Nikaraquada Sandinistalara qarşı vuruşan üsyançılara hər cür yardım etdi. Prezident Reyqan Sandinistaların Amerikaya "uncle" (əmi) deyənə qədər təzyiq altında saxlanacağına and içdi. MKİ üsyançılara "The Freedom Fighter's Manual" (Azadlıq Döyüşçülərinin Bələdçisi) adlı kitabça payladı. Sandinistalara qarşı həyata keçiriləcək təxribata, təbliğata, xəraca, rüşvətə, şantaja, işgəncəyə və siyasi sui-qəsdlərə dair bir sıra məlumatlar bu kitabçada ətraflı şəkildə izah edilirdi.
1983-cü ildə Hondurasda, MKİ bu kitabçanın oxşarını Hon¬duras ordusuna verdi. Bu kitabda müxtəlif işgəncə növlərinə dair dərslər öyrədilirdi. Hondurasın məşhur batalyonu "Batalyon 316" bu işgəncə növlərini minlərlə insan üzərində tətbiq etdi və ən azı 184 adam bu işgəncələrdə can verdi.
1984-cü ildə qəbul edilən "Bolend amendments" adlı qanun üsyançılara Amerika yardımlarını azaltdı. Daha sonra qəbul edilən başqa bir qanunla bu yardımlar tamamilə dayandırıldı. Direktor William Casey yardım təşkilatını qeyri-qanuni yollarla polkovnik Oliver Northa təhvil verdi.
Nikaraqua dövləti üsyançılara hərbi yardım daşıyan "C-123" təyyarəsini vurdu. Ölən iki pilotdan biri MKİ agenti Egene Hasenfusa idi və təyyarə MKİ ilə əlaqələri olan "Southern Air Transport"a aid idi. Bu hadisə MKİ-nin "qeyri-qanuni yollarla üsyançılara yardım edilmədiyini" iddia edən Reyqanın yalan¬larını ortaya çıxaran fakt kimi tarixə düşdü.
1989-cu ildə ABŞ, Panamanı işğal edərək iqtidara gətirdiyi və 1966-cı ildən bəri MKİ üçün işləyən ge¬neral Manual Norieqanı devirdi. Norieqa 1972-ci ildən bəri MKİ-nin məlumatı daxilində narkotik ticarəti həyata keçirirdi.
MKİ "Qızıl üçbucaq" adlandırılan və narkotik qaçaqmalçılığının ən əhəmiyyətli bölgələrindən olan Burmada hərbi dik¬tatorluğu dəstəklədi. Burma diktatorluğu "State Law and Order Restoration Council (SLORC)" adlı təşkilat yaratdı. Bu təşkilat 8 avqust 1988-ci ildə keçirilən etiraz aksiyalarının birində ən azı 6000 adamı qətlə yetirdi. SLORCun əməkdaşlıq etdiyi ən yaxın tərəfdaşları isə Halliburton, Texaco və Unocal kimi təşkilatlar idi. Bu təşkilatlar Buş rəhbərliyi altında Əfqanıstanda və İraqda da fa¬aliyyətlər göstərirdilər.
2002-ci ildə Venesueladakı çevriliş cəhdi, eyni şəkildə Bolivyada da çevriliş planının arxasından yenə MKİ çıxdı.
Hondurasda 28 iyun 2009-cu ildə həyata keçirilən dövlət çevrilişi yenə ABŞ mənşəlidir.
Və nəhayət 2011-ci ildə Tunis, Misir və Liviyada baş verən dövlət çevrilişlərində də MKİ-nin rolu danılmazdır. Sözügedən dövlətlərdə xalqın 30-40 il hakimiyyətdə olan diktatorların əlindən canının boğaza yığıldığı və Amerika rəhbərliyinin bundan məharətlə istifadə etdiyi görünür. ABŞ açıq-aydın gördü ki, əgər bu ölkələrdə qəfildən xalq üsyanları baş versə və onlarla sıx əlaqədə olan dövlət rəhbərlərinin hakimiyyəti devrilsə, bu Qərbin maraqlarına xidmət etməyə bilər və xalq öz istədiyi adamı hakimiyyət başına gətirər. 
Məhz buna görə MKİ hərəkətə keçərək xalq üsyanları təşkil etdi və belə demək mümkünsə yenidən Qərbin kuklası olacaq şəxsi hakimiyyət başına gətirdi.
Bütün bu nümunələr MKİ-nin rol aldığı çirkli oyunları bir daha göstərir.

Növbəti yazılarımızda sizlərə yuxarıda qısa şəkildə bəhs etdiyimiz MKİ oyunlarının bəziləri barədə ətraflı məlumat verəcəyik. Təməlində qırğın, soyqırım, dövlət çevrilişləri, çirkli əməliyyatlar, sui-qəsdlər, silah və narkotik qaçaqmalçılığı kimi bir çox işlər olan bu təşkilatın həqiqi üzünü ortaya çıxaran məlumatları birlikdə öyrənəcəyik.

Davamı var

Cavad Turan

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
568

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
435

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
520

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
532
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 06:41





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru