ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İBRAHİM İBRAHİMLİ PREZİDENT ADMİNİSTRASİYASININ İTTİHAMLARINA CAVAB VERDİ | OLLANDIN İLK GÖSTƏRİŞİ MƏMURLARIN ÜRƏYİNCƏ OLMADI | TOVUZDA DƏHŞƏTLİ OLAY | BÖYÜK BRİTANİYADA HƏRBİ PRARAD OLACAQ | AMERİKALI QADINDAN ORİJİNAL BOŞANMA ETİRAZI | RUSLAN BƏŞİRLİ AÇIQLAMASI İLƏ KEÇMİŞ HƏYATINI İNKAR ETDİ | SABAH HAVA NECƏ OLACAQ? | PUTİN "MUJİK"İ PREZİDENT NÜMAYƏNDƏSİ TƏYİN ETDİ | MÜSƏLMAN ZƏVVARLAR AVTOBUSDA DİRİ-DİRİ YANDILAR (video) | VENESUELADA HƏRBİ VERTOLYOT QƏZAYA UĞRAYIB |

Foto Xəbər
TƏYYARƏ PƏNCƏRƏSİNDƏN ÇİN MƏNZƏRƏSİ
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

QARABAĞ ALYANSI AZƏRBAYCAN HAKİMİYYƏTİ QARŞISINDA TƏLƏB QOYDU

"Bizə özünü unutmuş Azərbaycan yox, öz tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmış Azərbaycan

AİP LİDERİ MÖVSÜM SƏMƏDOV AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ

"Gərək evlərimizin qapılarına qara bağlayaraq, ailə və övladlarımızın üzünə çıxmayaq"

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ "GEY PARAD"LA ƏLAQƏDAR AÇIQLAMA VERDİ

"Rəsmi səviyyələrdən bizə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyə

VƏRƏMLİ ƏSGƏR HƏRBÇİLƏRƏ YEMƏK PAYLAYIR

"Ortancıl oğlum Şəfəqqətov Faiq isə 3 il vərəm xəstəliyindən müalicə alıb və hazırda Astara Rayon vərəm d

"EUROVİSİON" BARƏDƏ DAHA BİR DƏHŞƏTLİ FAKT!

"Xəstəxanalara xəstə qəbul etməmək tapşırığı verilib"

Sorğu

ÖLKƏMİZDƏ GEYPARADIN KEÇİRİLMƏSİNƏ NECƏ BAXIRSINIZ?

YAXŞI
FƏRQ ETMƏZ
BİABIRÇILIQDIR

Nəticələr

Ən Çox Oxunanlar

n BU GÜNDƏN BAKININ MƏRKƏZİ KÜÇƏLƏRİ BAĞLANIR - (Siyahı)
n NAZİRLİK TELEFON ALMAQ İSTƏYƏNLƏRƏ MƏSLƏHƏT VERDİ
n "EUROVİSİON"A GÖRƏ DƏRSLƏR BİR HƏFTƏ TƏTİL EDİLDİ
n OĞURLANMIŞ JURNALİSTİN CƏSƏDİ TAPILDI
n MÜSƏLMAN ZƏVVARLAR AVTOBUSDA DİRİ-DİRİ YANDILAR (video)
n BAYILDA AVTOBUS VƏ 2 AVTOMOBİL TOQQUŞUB, ÖLƏN VƏ YARALANAN VAR
n ZAQATALADA YENİDƏN İKİ ZƏLZƏLƏ BAŞ VERİB
n İSTANBUL BAKININ GÜNÜNƏ DÖNDÜ
n BU GÜN HƏR ŞEY AYDIN OLACAQ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
Bəhailik
 
 
Bəhailik Hicrətin 13-cü əsrində Şeyxiyyə firqəsinin təsiri ilə İranda Babiyyə adlanan başqa bir cərəyanın davamçısı olan Əli Məhəmməd Şirazi (Bab) tərəfindən təsis olunmuşdur.


07-10-2009 / 12:30


Əli Məhəmməd Babın ölümündən sonra «Bəhaullah» ləqəbi ilə şöhrət tapmış Mirzə Hüseynəli Nuri bu firqənin rəhbərliyini öz üzərinə götürdü və bir çox əlavələr etməklə onu yeni məzhəb kimi formalaşdırdı. Bu dərsdə ilk növbədə Əli Məhəmməd Bab və onun canişinlərinin tərcümeyi-halı, daha sonra isə babilik e’tiqadları bardə söhbət açacağıq.
Əli Məhəmməd Babın tərcüməyi-halı
Bab təxəllüsü ilə məşhur olan Əli Məhəmməd Şirazi Hicrətin 1235-ci ilində(1815 m.) Şirazda dünyaya gəlmişdir. Hələ uşaq ikən atasını itirmiş və ticarətlə məşğul olan dayısının himayəsinə keçmişdir.
Yeddi yaşında ibtidai təhsilə başlamış, dərsə qarşı maraq və istedadı həddindən artıq zəif olduğu üçün elmdə müəyyən nailiyyət əldə edə bilməmişdir. Təhsil aldığı məktəbin müəllimlərindən biri Şeyx Əhməd İhsainin şagirdi Şeyx Abid adlı bir şəxs olduğu üçün, bəlkə də Şeyxiyyə firqəsinin bə’zi əqidələri ilə orada tanış olmuşdur.
Buşehrə gəlməsi
Şirazda bir neçə il təhsil aldıqdan sonra Əli Məhəmməd Şirazi (Bab) iyirmi yaşına çatmamış dayısının məsləhəti ilə ticarətlə məşğul olmaq üçün Buşehrə gəlir. Bu şəhərin İranın ən isti yerlərindən biri olmasına baxmayaraq, Babi və Bəhai tarixçilərinin nəql etdiklərinə görə, o, günəşi öz ixtiyarına almaq və ulduzların ruhani aləminə nail olmaq üçün yayın qızmar çağında səhərdən axşamadək evinin damında namaz qılar və zikr etməklə məşğul olardı.
Buşehr limanı o dövrdə əlverişli coğrafi mövqeyə malik olduğu üçün Hindistan tacirlərinin daimi gediş-gəliş mərkəzinə çevrilmişdi. Bəlkə də Əli Məhəmməd Bab saatlarla qızmar günəşin hərarətinə dözüb onu öz ixtiyarına almağı onlardan öyrənmişdi.
Ümumiyyətlə, ab-havası mülayim olan Şiraz kimi bir yerdə böyüyüb boya-başa çatmış bir şəxsin Buşehrin qızmar günəşi altında saatlarla ibadət etməsi və hafizəsini gücləndirmək üçün həddindən artıq ruhi məşğələlərlə məşğul olması istər-istəməz Əli Məhəmməd Babın qeyri-adi davranış və təfəkkürə yiyələnməsinə səbəb oldu. Belə ki, dayısı onu fikrindən döndərə bilmədiyini görüb məcburi olaraq, Buşehri tərk edib imam Əli (ə) və imam Hüseyn (ə)-a təvəssül etmək üçün Nəcəf və Kərbəlaya göndərdi.
Babilik iddiası
Əli Məhəmməd Kərbəlada Seyyid Kazimin şagirdlərinin bir neçəsi ilə tanış olub onun dərslərində iştirak etməyə başladı və bir neçə müddətdən sonra onların əqidəsinə meyl göstərdi. Seyyid Kazimin özünü Bab yə’ni, zamanın imamı və dörd bünövrəyə iddia etməsi xüsusi olaraq onun diqqətini cəlb etdi. Hicrətin 1259-cu ilində Seyyid Kazim vəfat etdikdən sonra Əli Məhəmməd onun canişini olduğunu iddia edərək özünə «Bab» təxəllüsünü götürdü. Əvvəlki dərsimizdə qeyd etdik ki, Şeyxiyyə tərəfdarlarının bir çoxu Seyyid Kazim Rəştidən sonra Hacı Məhəmməd Kərim Xana üz tutaraq Əli Məhəmməd Şiraziyə heç bir əhəmiyyət vermədilər. Bu səbəbdən də Əli Məhəmməd Bab, Şeyxiyyədən ayrılıb öz əqidəsini təbliğ etmək üçün doğma vətəni Şiraza qayıtdı. İlkin fəaliyyətindən sonra on səkkiz nəfəri ətrafına yığa bilib, «Hurufi-həyy» adlandırdıqları babiyyə firqəsinin əsasını qoyur. (Əbcəd əlifbasında «h» hərfi 8, «ya» hərfi isə 10 rəqəmini bildirir, bu da cəm halda 18 rəqəmini təşkil edir.
Onlar Əli Məhəmmədin «Babi İmam Zaman» iddiasını qəbul edərək onun əqidəsini təbliğ etməyə və camaat arasında onu «ilk nöqtə» və «Əlahəzrət» kimi tanıtdırmağa başladılar. Beləliklə, Hicrətin 1260-cı ilində Babiyyə firqəsinin bünövrəsi qoyuldu və müxtəlif şəhərlərdə fəaliyyət göstərən babi mübəlliğləri öz ifratamiz çıxışları ilə sadəlövh camaatı özlərinə cəlb edib onlarda babiliyə inam yaratmağa başladılar.
Peyğəmbərlik iddiası
Tərəfdarlarının çoxaldığını və əqidəsinin geniş şəkildə yayıldığını görüb babilik iddiası ilə fəaliyyətə başlayan Əli Məhəmməd bir qədər sonra İmam Zaman Mehdi, daha sonra peyğəmbərlik iddiası edərək Allah tərəfindən ona vəhy olunduğunu bildirdi. Hətta, «Bəyan» adlı kitabın ona Allah tərəfindən nazil olduğunu bildirdi. Hər bir fəsli «Vahid» adlanan bu kitab 19 fəsildən ibarət olmalı idi. Lakin o yalnız kitabın 11 fəslini tamamlaya bildi, onun e’dam olunması qalan 8 fəslin «nazil olmasına» imkan vermədi!
İmamiyyə alimləri Babiliyin şiə cəmiyyətinə nüfuz etməsini və orada geniş şəkildə təbliğ edilib yayılmasını gördükdə, onların küfr etmələrinə dair hökm verdilər. Eləcə də dövlətdən, ciddi tədbirlərə əl atıb bunların fəaliyyətinə son qoymasını istədilər. Yaranmış belə bir ağır şəraitdə babilər də özlərindən əks-əməl göstərməyə başladılar. Belə ki, Babul, Zəncan və başqa şəhərlərdə dövlət ordusu ilə qarşı-qarşıya durub ciddi müqavimət göstərdilər. Bu qarşıdurmalarda hər iki tərəf böyük itkilər verdi. Qeyd olunan məlumatlara əsasən, yalnız Babul şəhərində qətlə yetirilən babilərin sayı min beş yüz nəfərə yaxın idi.
Babın tövbəsi
Dövlət və imamiyyə alimləri Əli Məhəmməd Baba təzyiq göstərərək onu təslim olmağa məcbur etdilər. Əvvəl Tehrana, sonra isə oradan Qacar şahın əmri ilə Makuya göndərilərək oradaca həbs olundu. Təbrizə hakim olan Qacar şahın vəliəhdi Nasirəddin Mirzə, şahın göstərişi ilə Əli Məhəmməd Baba öz iddialarını sübuta yetirmək üçün Təbriz alimləri ilə mübahisə etmək imkanı verdi. Əli Məhəmməd hətta verilən ən sadə və ibtidai suallara cavab verə bilmədi, bütün iddialarından əl çəkib tövbə etdi.
O, tövbənamə yazıb şaha göndərdi. İran İslam şurasının kitabxanasında saxlanılan və şaha müraciət olunan tövbənamənin orjinal nüsxəsində deyilir:
«Ruhum sənə fəda olsun! Şükr olsun Allaha ki, Öz rəhmət və fəzilətini bütün hallarda kafir və abidlərə şamil edir. Həmd və şükr olsun Allaha ki, Həzrətin vücuduna (Qacar şahı nəzərdə tutur) Öz rəhmət və sevgisindən bəxş etmiş, o da günahkar bəndələrinə qarşı mehriban olub günahlarının üzərinə pərdə çəkərək onları əfv etmişdir. Allah şahiddir ki, bu zəif bəndənin Allahın, islamın və Onun rəhbər (hakim) tə’yin etdiyi şəxslərin narazılığına səbəb olacaq bir iş görmək məqsədi olmamışdır. Özümə qarşı günah etmiş olmuşamsa da, qəlbən Allahın birliyinə, həzrət Məhəmmədin (s) haqq olaraq peyğəmbərliyə göndərilməsinə və onun vilayətinə iman gətirərək Allah tərəfindən nazil olanları zikr etmişəm. Onun rəhmətinə ümid bəsləyirəm və qətiyyətlə iqrar edirəm ki, Onun narazılığına səbəb olan heç bir şey istəməmişəm. Əgər dilimdən və ya qələmimdən Allahın narazılığına səbəb olan bir şey çıxmışsa da, məqsədim Ona qarşı çıxmaq olmamışdır. Amma necə olursa-olsun, Ona tövbə edib bağışlanmağımı istəyirəm və mənim iddia etməyə heç bir elmim yoxdur. Gördüyüm hər bir işə və dediyim hər bir sözə görə Allahdan əfv və bağışlanmaq diləyirəm və mən həzrət Hüccətullahın (İmam Zamanı nəzərdə tutur) naibliyini tamamilə batil hesab edirəm. Mən nə bunu, nə də başqa bir şeyi iddia etməmişəm. Həzrət şahənşahın öz lütf və mərhəməti sayəsində məni əfv edəcəyinə ümid bəsləyirəm. Vəssəlam.
Babın aqibəti
Babın tövbə etməsi artıq çox gec idi. Çünki o vaxtadək onun tərəfdarları bir çox şəhərləri qarət etmiş və sakinlərini amansızcasına qırmışdılar. Onların işğal etdikləri məntəqələrdə hərc-mərclik baş alıb gedir, heç bir nizam-intizam və əmin-amanlıq hiss olunmurdu. Qacar hökuməti babilərin qarşısını almaq üçün daim onları təzyiq və nəzarət altında saxlamalı olurdu. Bütün bunları nəzərə alaraq, Qacar şahı getdikcə alovlanmaqda olan iğtişaşların qarşısını almaq məqsədilə Babın e’dam olunmasına dair hökm verdi. Hökm Hicrətin 1266-cı ilində Təbrizdə icra olundu. E’damdan sonrakı aqibəti barədə babilər arasında ixtilaf yaransa da, belə bir iddia irəli sürmüşlər ki, onun cənazəsi 18 ildən sonra Fələstinə aparılmış, dəfn edildikdən ora «Məqami-əəla» adlandırılmışdır. E’dam olunmasının qarşısını almaq məqsədilə Babın tövbə etməsi heç bir fayda vermədiyi kimi, onun e’dam olunması ilə də tərəfdarlarının üsyan və qarətlərinin qarşısını almaq mümkün olmadı. Əli Məhəmməd e’dam olunduqdan sonra babilər Bəhailik adı ilə öz fəaliyyətlərini davam etdirdilər.
Bəhailiyin yaranması
Bab e’dam edildikdən sonra, ölümündən bir il əvvəl canişin tə’yin etdiyi Sübhi-əzəl ləqəbini daşıyan Mirzə Yəhya Nuri Mazandarani (1246-1330 H.) babilər üzərində rəhbərliyi öz əlinə keçirdi. Lakin Mirzə Yəhyanın Bəhaullah ləqəbi ilə məşhur olan qardaşı Mirzə Hüseynəli onun canişin olması ilə tam müxalif idi. Bu səbəbdən də Sübhi-əzəl qardaşını vəkil tə’yin edir. Bundan belə tərəfdarları onunla əlaqə saxlamaq istədikdə, Mirzə Hüseynəliyə müraciət etməli idilər. Belə bir təklif onun üçün gələcək hədəflərinə çatmaqda münasib şərait yaradırdı. Məhz bu məqsədlə o, Sübhi-əzəlin təhlükəsizliyini tə’min etmək bəhanəsi ilə onu hamıdan gizlədərək bütün işləri öz əlinə alır.
Babilərin camaata qarşı törətdiyi cinayət və qırğınlar hələ də davam etməkdə idi. İran dövləti öz təzyiqlərini gücləndirdiyi bir halda, Hicrətin 1268-ci ilində gözlənilmədən Nəsrəddin şaha sui-qəsd olunur. Dövlət mə’murları babilərə qarşı apardıqları geniş əməliyyatda onların böyük bir hissəsini ələ keçirə bilirlər. Mirzə Hüseynəli və tərəfdarları da onların arasında idilər. Lakin Rusiya səfirliyi bu məsələyə birbaşa qarışaraq onların e’dam olunmasının qarşısını alır. Bu səbəbdən də Mirzə Hüseynəli və qardaşı Sübhi-əzəl tərəfdarları ilə birlikdə İraqa sürgün olunurlar. Sürgün olunmalarına baxmayaraq, babilər üzərində rəhbərlik uğrunda mübarizə hələ də davam edirdi. Yaranmış ixtilafın qarşıdurmaya gətirib çıxaracağını görən Osmanlı dövləti (o zaman İraq Osmanlı imperatorluğuna tabe idi) onları müxtəlif məntəqələrə - Sübhi-əzəli Kipirə, Bəhaullahı isə Fələstinə sürgün edir. Bəhaullahın Fələstinə sürgün olunması onun babilər üzərində hakim olmasına münasib şərait yaratdı. Çünki, Sübhi-əzəl Kipirə sürgün olunarkən tərəfdarlarının çox az bir hissəsi onunla getdi və orada «Əzəliyyə» firqəsinin bünövrəsini qoydular. Hicrətin 1330-cü ilində Sübhi-əzəlin vəfatından sonra Mirzə Yəhya Dövlətabadi Tehranda Əzəliyyə firqəsinin rəhbərliyini öz üzərinə götürsə də, əksəriyyəti təşkil edən Kipirdəki tərəfdarlarına nicat verə bilmədi. Beləliklə, «Əzəliyyə» çox tez bir zamanda zəifləyib aradan getdi.
Digər tərəfdən də Bəhaullah qardaşını aradan götürdükdən sonra tərəfdarların əksər hissəsini öz ətrafına yığaraq geniş təbliğata və yeni-yeni dəstələr yaratmağa başladı. Nəhayət, Bəhailik əməli olaraq Babilik üçün canişinlik rolunu ifa etdi.
* * *
Bəhaullah ləqəbi ilə məşhur olan Mirzə Hüseynəli Nuri Hicrətin 1285-ci ilində Fələstinin «Əkka*» məntəqəsində Bəhailik firqəsini tə’sis etdi. O, Hicrətin 1233-cü ilində Mazandaran vilayətinin Nur şəhərinin ətraf kəndlərinin birində dünyaya gəlmişdir. O dövrün adəti üzrə ibtidai oxu-yazı mərhələsini başa vurur və dövlət idarələrinin birində işə girir. Qeyri-adi xasiyyət və əhval-ruhiyyəsi onu, dərvişlərə qoşulub onlara xas olan uzun və gen paltarlar geyməyə sövq etdi. Hörüklərini uzadıb dərviş məclislərində iştirak etməyə başladı. Əli Məhəmməd Babın də’vətindən xəbərdar olub qardaşı Mirza Yəhya və onun qohumları ilə birlikdə Babilik cərəyanına qoşulur.
Bəhaullah, Bəhailik firqəsini təşkil etdikdən sonra Əli Məhəmməd Babın canişini olmağa can atmışdır. Canişinlik məqamından Babilik məqamına çatdı. Sonra İmam Zaman, daha sonra isə mütləq hakimiyyət iddiası etdi. Bir neçə müddətdən sonra peyğəməbrlik iddiası edərək özünün yeni şəriət sahibi olduğunu e’lan etdi. Bütün bunlarla kifayətlənməyib Allahın onun vücuduna hülul etdiyini və özünün Allahın yer üzündəki məzhəri olduğunu iddia etdi. Allahlıq iddiası Bəhaullahın son iddiası oldu.
«Kitabun-mubin» adlı kitabında yazır: «La ilahə illa ənəl məscunul fərid»
«Əyyamu tis’ə» adlı başqa bir kitabında öz doğum günü haqda yazır: «Fəya həbbəza hazəl fəcrul-ləzi fihi vulidə mən ləm yəlid və ləm yuləd».
Bəhaullah neçə cild kitab yazmış, orada öz iddia və əqidələri barədə ətraflı mə’lumatlar vermişdir. Kitablarının ən məşhuru bəhailərin ən müqəddəs hesab etdikləri «Əqdəs» və «İqan» adlı kitablardır. Bəhaullah kitabdakı bütün mənbələrin ona vəhy olunduğunu iddia etmişdir.
Hicrətin 1310-cu ilində Bəhaullah Əkka şəhərində vəfat edir və elə oradaca dəfn olunur. Hal-hazırda onun qəbri bəhailərin qibləgahı hesab olunur.
Bəhaulladan sonrakı bəhailik
Bəhaullahın ölümündən sonra onun «Ğusnu-ə’zəm» kimi tanınan oğlu Mirza Abbas Əfəndi atasının yerini tutaraq bəhailərə rəhbərliyi öz üzərinə götürdü. Bəhailərin yeni rəhbəri özünə Əbdül-Bəha təxəllüsünü götürdü.
Bəhaullah Əbdül-Bəhadan sonra Məhəmməd Əli Mirzə adlı başqa bir oğlunun onun canişini olmasını vəsiyyət etsə də, vəfat etdikdən sonra canişinlik məsələsi üstündə qardaşları Əbdül-Bəha və Məhəmməd Əli Mirzə arasında böyük rəqabət meydana gəldi. Bəhailərin böyük bir hissəsi Əbdül-Bəhanın rəhbərliyini qəbul etdi, çox az bir qismi də Məhəmməd Əli Mirzəyə meyl etdikləri üçün Bəhaullahın davamçıları tərəfindən küfr etməkdə ittiham olundular.
Lakin bəhailiyin əsas qolunu təmsil edən Əbdül-Bəha və onun tərəfdarları xarici dövlətlərin, xüsusilə İngiltərənin himayəsi ilə fəaliyyətlərini daha da geniş şəkildə aparmağa başladılar.
Birinci dünya müharibəsindən sonra İngilis hökuməti Əbdül-Bəhanı bu ölkəyə göstərdiyi xidmətlərinə görə ən yüksək dərəcə və «Ser» ləqəbi ilə mükafatlandırdı.
O, atasının canişinliyinə dair etdiyi vəsiyyətə əhəmiyyət vermədən Bəhaullahın «Rəbbani» ləqəbini daşıyan qız nəvəsi Şövqi əfəndini öz canişini tə’yin etdi.
Şövqi ömrünün çox hissəsini qərb ölkələrində keçirmiş və Kanadalı bir qadınla evlənmişdi. Bu səbəbdən də Asiya əhalisindən daha çox Avropa və amerikalılara meyl edirdi. Belə ki, həyat yoldaşının məsləhəti ilə amerikalı Çarliz Meyson Reymi öz canişini tə’yin edərək ona «vəliyyi əmri sani» (ikinci dərəcəli hakim) ləqəbini verdi.
Şövqinin gördüyü işlərdən biri də Bəhaullah və Əbdül-Bəhanın yazılarında işarə olunan «Beytul-ədli» tə’sis etmək oldu. Beytul-ədl, bəhailərin ibadətgah, yığıncaq və dini mərasimlər keçirdikləri yerə deyilir. İlk olaraq Beytul-ədl ə’zəmi tə’sis edir və «vəliyyi əmri əvvəl» kimi tanınan səkkiz nəfər bəhai mübəlliğini öz başçılığı ilə oraya rəhbər tə’yin edir. Sonra isə tərəfdarları üçün ümumi beytul-ədlin tə’sis olunmasına dair göstəriş verir. Miladın 1957-ci ilində, Şövqi vəfat etdikdən sonra Əkkada yerləşən Beytul-ədl ə’zəm Meysan Reyminin ixtiyarına keçdi və Avropa, Amerika bəhailəri onun rəhbərliyini qəbul etdilər. Lakin digər məntəqələrdə yaşayan bəhailər Meysonun belə bir məqama tə’yin olunmasına razı olmayıb bir neçə hissəyə bölündülər.
Şövqinin ölümündən sonra bəhai firqəsində baş vermiş parçalanma başqa dövrlərdəkindən daha çox olmuşdur. Onun ölümündən sonra bəhailərin elə bir nüfuzlu rəhbəri olmamışdır və onlar hal-hazırda işğal olunmuş Fələstin ərazilərində (İsrail) yerləşən Beytul-ədl ə’zəm tərəfindən idarə olunurlar.
İşğal olunmuş Fələstin ərazisində tə’sis olunan İsrail dövləti ilk gündən Şövqi Rəbbaninin rəhbərliyi ilə bəhailiyi rəsmi din kimi tanıdı və öz etiraflarına görə, sonralar onların arasında səmimi dostluq əlaqələri yarandı. (İran bəhailərinin əsasları, 16-cı nömrə, 1331-ci Hicri-şəmsi).
Bəhailərin məram və əqidələri
Əvvəlki dərsimizdə Bab və Bəhaullahın bütün iddiaları ilə tanış olduq. Mə’lum oldu ki, onların hər ikisi özlərini yeni şəriət sahibi və intizarı çəkilən İmam Zaman kimi qələmə vermişlər.
Bəhailər özləri bu suala cavab verməlidirlər ki, əvvəla nə üçün aradan çox keçmədən yə’ni, Babın ölümündən 13 il sonra yeni bir peyğəmbər gəlib özünün başqa bir şəriət sahibi olduğunu bildirir? Bir halda ki, əvvəlki peyğəmbər yə’ni, Bab hələ öz peyğəmbərliyini başa vurmayıb və onun müqəddəs kitabı olan Bəyan natamam qalıb. Onun şəriət və müqəddəs kitabı kənara qoyularaq, bəşəriyyətə başqa bir peyğəmbər göndərilirmi?!! Özü də Bəhaullahın yaşca Babdan böyük olduğu bir halda. Yə’ni əgər Allah-taala ikinci şəriəti birinciyə hakim etməli olsaydı, onda nə üçün birinciyə zəhmət verib göndərdiyi şəriəti qüvvədən salaraq peyğəmbərliyini natamam qoyardı. Bir haldakı elə əvvəldən Bəhaullahın peyğəmbərliyini tə’yin edib gətirdiyi şəriəti e’lan edərdi. Digər tərəfdən, əgər onların hər ikisi bəşəriyyətin intizarında olduğu (İmam Zaman) şəxs olmuşlarsa, necə ola bilər ki, firqənin tə’sis olunmasından bir əsrdən çox keçsə də, yer üzündə haqq-ədaləti bərqərar edə biləcək, bəşəriyyətə zalımların zülmündən nicat verə biləcək bir şəxs zühur etməsin?
Həmçinin necə ola bilər ki, bu müddət ərzində babilər öz ətrafına olduqca az tərəfdar yığa bilmiş və dünyaya hakim ola bilməmişlər? Bu dərsimizdə yalnız bəhailərin e’tiqadları ilə tanış olacağıq. Onların əqidə və e’tiqadları o qədər əsassız və qeyri-məntiqidir ki, bunu sübuta yetirmək üçün heç bir araşdırmaya ehtiyac görmürük.
1. İslam şəriətinin nəsx (ləğv) olunması
Bəhailər belə bir əqidədədirlər ki, Bəhailik İslam dinini (şəriətini) nəsx edərək həzrət Məhəmmədin (s) peyğəmbərlik dövrünü arxada qoymuşdur. Onlar deyirlər: Bizim dövrümüz ilahi məzhərin (mən yuzhirəhullah – O kəs ki, Allah onun vücudunda təcəlli və zühur edir) risalət [peyğəmbərlik] dövrüdür. Bundan sonra da Allah-taala yer üzündə və onun sakinlərinin vücudunda təcəlli edəcəkdir. Lakin növbəti zühur ən azı min ildən sonra baş verəcək, Allah-taala uzun fasilədən sonra aləmdə təcəlli edəcəkdir.
2. Allahın hülul və təcəlli etməsi
Bəhailər belə bir əqidədədirlər ki, Allah-taala ən azı bir dəfə seçdiyi şəxsin vücudunda hülul və zühur edir. Belə olduqda həmin şəxs Allahın məzhəri hesab olunur. Bu kimi şəxslərə «mən yuzhirəhullah – o kəs ki, Allah onun vücudunda zühur etmişdir» deyilir. İlk dəfə belə bir iddiada olan şəxs Babın özü olmuş, daha sonra Bəhaullah və onun digər tərəfdarları da bu kimi fikirlər irəli sürmüşlər.
3. Namaz və qiblə
Bəhailərin səhər, günorta və axşam qıldıqları namazlar doqquz rükətdən ibarətdir. Namazların böyük bir hissəsini Bəhaullah onların üzərindən götürmüşdür. Bəhailər, qibləgahın Bəhaullahın dəfn olunduğu «Əkka» şəhərinə tərəf olduğunu hesab edirlər. Bəhaullah demişdir: Namaz qılmaq istərkən Allahın müqəddəs məkanı olan, oradan yer və göy sakinlərinə hökm verilən yerə tərəf üz tutun.
4. Təqvim və ölçü
Bəhailərin ili on doqquz ay və on doqquz gündən ibarətdir. (Bəhailər on doqquzu müqəddəs rəqəm hesab edirlər). On doqquz ay bunlardan ibarətdir: Bəha, Cəlal, Cəmal, Əzəmət, Nur, Rəhmət, Kəlimat, Kəmal, Əsma, İzzət, Məşiyyət, Elm, Qüdrət, Qovl, Sail, Şərəf, Soltan, Mulk və Ə’la. Hər bir günəş ilinin 361 gündən ibarət olduğunu hesab edir, 361 günü 19 aya bölür və yerdə qalan 4 günü (Kəbisə illərindən 5 gün) isə Bəhailərin azad günü hesab edirlər. Bu günlər ərzində Bəhailərin üzərinə heç bir məsuliyyət düşmür və onlar eyş-işrət etməkdə tamamilə azaddırlar.
Bəhailər həftənin günlərinə də müəyyən adlar qoymuşlar.
Cəlal (Çərşənbə axşamı);
Cəmal (Çərşənbə);
Kəmal (Şənbə);
Fuzal (Bazar);
Əlal (Cümə axşamı);
İsticlal (Cümə);
İstiqlal (Bazar ertəsi).
Babın qiyamını ilin əvvəli, ilin bir illik dövrünü isə şəmsi, qəməri və ya miladi əvəzinə «Bədi» adlandırmışlar.
5. Həcc
Əli Məhəmməd Şirazda dünyaya gəldiyi evi Kə’bə hesab elib öz tərəfdarlarını oraya həcc ziyarətinə gəlməyə sövq etmişdir. O, Bəyan kitabında deyir: Beytul-harama gəldikdə, bunu bilmək lazımdır ki, Allahın müəyyən məkanı olmamışdır və heç vaxt da olmayacaqdır. Özünə aid etdiyi hər bir yer Onun evidir.
«…O evə [Kə’bəyə] aid olan bütün hökmlər, bu gün bu evə [Şirazdakı yaşadığı evə] şamildir…» Başqa bir yerdə deyir: «Kim orada [Şirazda] və ya onun 66 kilometrliyində olarsa və əgər iyirmi doqquz yaşı haqlayarsa, həmin il oraya [Babın evinə] daxil olub on doqquz gün həmin məhəldə [Şirazda] qalmalıdır. Özünü [mə’nən] saflaşdıraraq, orada beş rük’ət namaz qılmalıdır. Kimin buna taqəti yoxdursa, niyyətində buna əməl etsin. Burada sakin olmayanlara güzəşt edilmiş və onlar bağışlanmışlar. Bəhaullah qibləni Əkkaya (yaşadığı və dəfn olunduğu yerə) dəyişərək oranı Beytul-haram qərar vermişdir. O deyir: Həqiqətən Allah sizlərdən imkanı olan hər bir şəxsə həcc (Əkkadakı dəfn olunduğu yeri) hökmünü vermişdir. Lakin qadınlar bu hökmdən azaddırlar. Bu onun tərəfindən insanlara bəxş olunan bir rəhmətdir. Həqiqətən o bol-bol ne’mətlər verəndir. Bəhailər hər iki yeri yə’ni, həm Kə’bəni, həm də Babın dəfn olunduğu yeri müqəddəs hesab edirlər.
6. Təharət və nəcasət
Əli Məhəmməd Bab siçanın, gecə quşunun, qaranquşun ifrazatının və spermanın pak olduğuna hökm vermiş, islam dininin nəcasət hesab etdiyi digər şeyləri o da nəcis bilmişdir. O atəş, hava, su, torpaq və Allahın kitabını (Bəyanı) pakedici hesab etmişdir. Əşyaların «Bəyanla» pak olmasını belə izah edir: Babın adı nə qədər mümkünsə və təthir (paklıq) ayəsi 66 dəfə nəcis olmuş şeyə oxunsa, həmin şey pak olur. Təthir ayəsi isə bundan ibarətdir: «Allahu əthər.»
Bu ayəni nəcis olmuş şeyi qalan dörd pakedici ünsürlərlə pak etdikdə də oxumaq lazımdır.
Lakin Bəhaulla istisnasız olaraq, bütün murdar şeyləri pak hesab etmişdir. O deyir: Allah natəmizlik hökmünü bütün şeylərdən və hər bir millətdən götürmüşdür. Bu, Allah tərəfindən insanlara verilən bir bəxşişdir. Həqiqətən Allah bağışlayan və günahlardan keçəndir.
7. Sələmçiliyin halallığı
Bab hər iki tərəfin razılığı ilə edilən müamilələrin, o cümlədən sələmin halal olduğunu e’lan etmişdir. O, bu barədə deyir: Allah hər iki tərəfin razılığı ilə alış-verişi halal etmişdir. Tacirlərə, bu günlər onların arasında adi hal almış sələmçiliyə də izn vermişdir
8. Hicab və naməhrəmə baxmaq
Bab hicab hökmünü götürmüş, qadın və kişilərin bir-birlərinə baxmalarını halal etmişdir.
Yusif surəsinin təfsirində deyir: «Qadınlara cənnət huriləri kimi ipək paltar geyib özlərinə bəzək-düzək vermək və evlərindən camaat arasına çıxıb oturacaqlarda hicabsız oturmaq icazəsi verildi.» Özünün «Bəyan» kitabında deyir: «Allah Bəyan kitabında mö’min kişilərə qadınlara, qadınlara da bəyəndikləri kişilərə baxmağa icazə vermişdir. Lakin Allahın istəyi olmayan şeylərə baxmamalıdırlar. Allah istəyir ki, cənnətdə olduqları kimi, kişi və qadınlar necə istəyirlərsə, eləcə də azad olsunlar. Bab bundan da artıq özünə cəsarət verərək ərləri xədim olan qadınlara uşaq dünyaya gətirmək üçün ərlərinin icazəsi ilə başqa kişilərlə cinsi əlaqədə olmaq icazəsi də vermişdir. O bu hökmü Bəyanın 15-ci babının 4-cü vahidində və 15-ci babın 8-ci vahidində vermişdir./media-islam/

 

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

18/05/2012 - 14:22 KADIROV QROZNIDA QURAN HAFİZİ MƏKTƏBİ AÇDI

n

14/05/2012 - 16:24 İRANDA OXUYAN AZƏRBAYCANLI TƏLƏBƏLƏR BƏYANAT YAYDILAR

n

14/05/2012 - 10:16 İLAHİYYATÇI ALİM DİNİ KOMİTƏ SƏDRİNİN İDDİALARINI ALT-ÜST ETDİ

n

12/05/2012 - 15:52 NARDARANDA PEYĞƏMBƏR QIZININ MÖVLUDU QEYD OLUNDU

n

12/05/2012 - 15:32 BU GÜN İKİ DÜNYA XANIMI - FATİMEYİ ZƏHRA (S)-NIN MÖVLUDUDUR

n

10/05/2012 - 11:35 AZƏRBAYCAN İSLAM PARTİYASI MÖVLUD TƏDBİRİ KEÇİRDİ

n

09/05/2012 - 11:56 TÜRKİYƏDƏ RƏSMİ DİNİ TELEVİZİYA ÜÇÜN PROTOKOL İMZALANDI

n

03/05/2012 - 14:44 KILIÇDAROĞLUNUN PARTİYASINDAN MƏSCİDLƏRƏ SSRİ YANAŞMASI

n

02/05/2012 - 16:34 QƏRBİN CAVAB TAPA BİLMƏDİYİ SUALLAR

n

28/04/2012 - 13:33 AŞKARDA ŞEYTANA LƏNƏT EDİB, GİZLİNDƏ ONA İTAƏT ETMƏYƏK

n

23/04/2012 - 11:19 KİLSƏYƏ TƏHQİR RUSİYANI AYAĞA QALDIRDI

n

20/04/2012 - 17:44 2030-cu İLDƏ İNGİLTƏRƏDƏ XRİSTİANLIQ AZLIQDA QALACAQ

n

05/04/2012 - 16:16 TÜRKİYƏDƏ MƏSCİD İMAMINA CİNAYƏT İŞİ AÇILDI

n

05/04/2012 - 12:05 BU GÜN XANIM FATİMƏNİN (S.Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

03/04/2012 - 11:31 PEYĞƏMBƏRİ TƏHQİR EDƏN VƏHHABİ MÜFTİSİ TÖVBƏ EDİB

n

02/04/2012 - 10:05 QURANIN AZƏRBAYCAN DİLİNDƏ TƏRCÜMƏSİNİN ELEKTRON VERSİYASI HAZIRLANIB

n

31/03/2012 - 18:54 QƏFLƏT İÇİNDƏ OYNAYIB ƏYLƏNMƏYƏK

n

28/03/2012 - 10:04 BU DÜNYANIN SEVİNCİ

n

16/03/2012 - 15:04 RUSİYANIN ƏN UCQAR NÖQTƏSİNDƏ YERLƏŞƏN NORİLSK ŞƏHƏR MƏSCİDİ "GUİNNES"Ə DÜŞDÜ

n

14/03/2012 - 16:40 MƏSCİDLƏR KİMİN TABEÇİLİYİNDƏ OLMALIDIR: QMİ-nin, YA BƏLƏDİYYƏLƏRİN?

n

13/03/2012 - 09:51 RƏHMƏT YAĞIŞI

n

09/03/2012 - 13:48 FÜRSƏT, BU FÜRSƏT

n

09/03/2012 - 09:57 ARZULADIĞIN ZİRVƏ SƏNİ GÖZLƏYİR

n

05/03/2012 - 11:57 BÖYÜK DÜŞÜNMƏYİN SİRRİ

n

24/02/2012 - 12:19 1500 YAŞI OLAN KİTABIN "BARNABA İNCİLİ" OLDUĞU BİLDİRİLİR

n

18/02/2012 - 22:55 BAŞ BƏLASI

n

15/02/2012 - 13:10 MƏŞHUR AKTYOR VƏ SSENARİST İSLAMI SEÇDİ

n

13/02/2012 - 16:22 "YOX! İCAZƏ VERİN ÖZÜM İŞLƏYİM"

n

13/02/2012 - 14:33 14 FEVRAL - "AĞILDAN KƏMLƏRİN BAYRAMI" VƏ YA "ƏXLAQSIZLIĞIN SON GECƏSİ"

n

11/02/2012 - 18:24 AİP QADINLAR ŞURASI HƏZRƏT MƏHƏMMƏDİN MÖVLUDUNU QEYD ETDİ

n

11/02/2012 - 15:02 GÜRCÜSTANDA HƏZRƏT MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) MÖVLUDU QEYD EDİLDİ

n

// - BU GÜN ƏZİZ İSLAM PEYĞƏMBƏRİNİN DOĞUM GÜNÜDÜR

n

04/02/2012 - 16:40 İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA - VƏHDƏT HƏFTƏSİ

n

01/02/2012 - 13:33 İNSANIN ÖLÜM ANINDA ƏN ÇOX PEŞMAN OLDUĞU 5 MƏQAM

n

28/01/2012 - 13:30 İSLAM AĞALAR MƏMMƏDOVA ŞÖHRƏT GƏTİRDİYİ VAXT....

n

26/01/2012 - 10:59 AZANDAN TƏSİRLƏNİB MÜSƏLMAN OLMAĞA QƏRAR VERDİ

n

24/01/2012 - 11:39 BU GÜN İMAM RZANIN (Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

18/01/2012 - 11:14 GÜRCÜSTANIN MARNEULİ ŞƏHƏRİNDƏ ZİYARƏTGAH BƏRPA OLUNUB

n

11/01/2012 - 16:35 1964-2011-Cİ İLLƏRDƏ DÜNYADA HİCAB QADAĞASININ XRONOLOGİYASI

n

10/01/2012 - 15:55 ŞİZOFRENİYA

n

26/12/2011 - 14:59 FRANSADAN MÜSƏLMANLARA QARŞI ÇİRKİN ADDIM

n

26/12/2011 - 12:23 BAKIDA DİNDARLARIN İBADƏT EVİ BAĞLANILDI

n

24/12/2011 - 10:59 EVLƏRDƏN DİNİ ƏDƏBİYYAT YIĞIŞDIRILIR

n

20/12/2011 - 12:34 SEYİD FƏRAMİZİN NİFRİNİ HAL ŞAHİDİNİ TUTDU

n

19/12/2011 - 17:10 ÖLKƏDƏ HƏYACAN TƏBİLİ ÇALINMALIDIR!!!

n

17/12/2011 - 12:46 KARLARA XÜSUSİ XÜTBƏ XİDMƏTİ

n

16/12/2011 - 15:48 QMİ DİNİ QADAĞALAR QARŞISINDA NİYƏ SUSUR?

n

16/12/2011 - 12:38 YUNANLARDAN AZANA ÇİRKİN MÜDAXİLƏ

n

14/12/2011 - 20:49 BAŞQALARINA ÖYRƏDİB, ÖZÜMÜZ MƏHRUM OLDUQ

n

12/12/2011 - 17:55 İSRAİL QÜDSDƏKİ MÜQƏDDƏS MƏSCİDƏ GİRİŞİ YASAQLAYIB

n

12/12/2011 - 16:48 MƏKKƏ GENİŞLƏNDİRİLİR

n

06/12/2011 - 17:00 KƏRBƏLAYA REKORD SAYDA ZƏVVAR TOPLANIB

n

06/12/2011 - 10:38 GÜRCUSTANDA MÖHTƏŞƏM TASUA YÜRÜŞÜ

n

06/12/2011 - 09:30 BU GÜN AŞURADIR

n

05/12/2011 - 13:41 MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ AŞURA HAQQINDA

n

03/12/2011 - 15:46 İLAHİYYATÇI ALİM ŞEYXİN İDDİALARINA CAVAB VERDİ

n

28/11/2011 - 12:26 TÜRKİYƏ RƏSMƏN MƏHƏRRƏMLİK AYINI MATƏM AYI ELAN ETDİ

n

21/11/2011 - 16:07 RUSLARIN MÜSƏLMAN QEYRƏTİ, İSLAM SEVGİSİ

n

18/11/2011 - 10:50 CƏMİYYƏTİN İNKİŞAFININ KÖKÜNDƏ NƏ DAYANIR?

n

15/11/2011 - 16:27 İSLAM PEYĞƏMBƏRİNİN HƏDİSLƏRİ AVROPA KÜÇƏLƏRİNDƏ

n

15/11/2011 - 10:36 BU GÜN QƏDİR-XUM BAYRAMIDIR

n

09/11/2011 - 14:10 AZƏRBAYCAN SƏFİRİ İRANDA MÜCTƏHİDLƏRLƏ GÖRÜŞÜB

n

04/11/2011 - 10:51 BU GÜN İMAM MƏHƏMMƏD BAQİRİN (Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

02/11/2011 - 12:15 ALLAHIN LƏNƏTİNİ YOX, RƏHMƏTİNİ QAZANIN!

n

02/11/2011 - 10:08 MİSİR MÜFTİSİ BÜTÜN DÜNYANI HEYRƏTLƏNDİRDİ

n

31/10/2011 - 17:31 DÜŞÜNCƏ FƏRQLİLİYİ

n

25/10/2011 - 08:57 QAFQAZIN DİNİ LİDERLƏRİ İRƏVANA TOPLAŞACAQ

n

24/10/2011 - 09:18 AZƏRBAYCANDAN İKİNCİ HƏCC KARVANI YOLA DÜŞDÜ

n

21/10/2011 - 10:00 DÜNYADA İLK DƏFƏ. BUZDAN MƏSCİD TİKİLƏCƏK

n

14/10/2011 - 13:04 EVDAR QADIN OLMAQ İSTƏYİRƏM! EŞİDƏN YOXDUMU!

n

07/10/2011 - 17:20 ORTA ASİYANIN ƏN BÖYÜK MƏSCİDİ TİKİLƏCƏK

n

24/09/2011 - 12:21 HƏR CÜMƏ NAMAZ QILDIRAN DÖVLƏT BAŞÇISI

n

20/09/2011 - 18:38 BİZƏ QEYRƏTSİZLİK AŞILAYIRLAR

n

24/08/2011 - 17:27 İSLAMI QƏBUL EDƏN MƏŞHUR ULDUZLAR

n

23/08/2011 - 16:55 GÜRCÜSTAN AZƏRBAYCANLILARI GMİ-yə QARŞI

n

22/08/2011 - 15:08 TÜRKİYƏDƏ İFTAR TEZ AÇILIR, NAMAZ ERKƏN QILINIR

n

20/08/2011 - 15:16 BÖYÜKLƏRİMİZƏ NİYƏ VAXT AYIRA BİLMİRİK?!

n

19/08/2011 - 18:14 ALÇALDICI SUALLARA MƏHŞURLARIN CAVABI

n

12/08/2011 - 18:00 GÜRCÜSTAN DİNDARLARININ ÜGMİ-yə EİRAZLARI VAR

n

08/08/2011 - 16:18 İSLAMIN İNTELEKTUAL İNSANLARA MESAJI

n

05/08/2011 - 15:13 DUA ETMƏYİN 10 QAYDASI

n

04/08/2011 - 16:31 DİN İFTİRAÇILARNIN ARXASINDA KİM DURUR?

n

03/08/2011 - 19:28 ATEİST İFTİRALARINA CAVAB

n

02/08/2011 - 16:20 FTB İSLAMI ÖYRƏNİR

n

29/07/2011 - 12:14 TERRORÇUYA TERRORÇU DEMƏYƏ ÇƏKİNƏN QƏRB

n

28/07/2011 - 15:48 DÜNYANIN ƏN BÖYÜK TORPAQ MƏSCİDİ

n

13/07/2011 - 12:51 AVSTRALİYADA İSLAM MUZEYİ AÇILACAQ

n

12/07/2011 - 12:51 XRİSTİAN PREZİDENTİN OĞLU MÜSƏLMAN OLDU

n

07/07/2011 - 15:42 "MƏNƏVİYYATSIZLIĞIN BAİSKARI HAKİMİYYƏTDİR"

n

06/07/2011 - 17:41 MİLLİ MENTALİTETİMİZ AVROPAYA İNTEQRASİYA İLƏ UZLAŞIRMI?

n

04/07/2011 - 17:20 İSLAM - İZZƏT, QEYRƏT VƏ AZADLIQ DİNİDİR!

n

04/07/2011 - 11:13 ŞƏBAN AYI NƏDİR?

n

02/07/2011 - 16:49 DİNLƏYİN, QAYĞI GÖSTƏRİN, SEVGİNİZİ HİSS ETDİRİN!

n

30/06/2011 - 13:45 BU GÜN İSLAM DÜNYASINDA ƏLAMƏTDAR GÜNDÜR

n

23/06/2011 - 11:26 "ZALIMLAR HEÇ VAXT SƏADƏT ÜZÜ GÖRMƏZLƏR!"

n

17/06/2011 - 12:32 ÖLÜMDƏN QABAQ SORUŞULMASI LAZIM OLAN 40 SUAL

n

16/06/2011 - 15:25 ABŞ HƏBSXANALARINDA İSLAMIN YÜKSƏLİŞİ

n

16/06/2011 - 10:30 BU GÜN İMAM ƏLİ (Ə)-ın DOĞUM GÜNÜDÜR

n

11/06/2011 - 13:04 BƏDBİNLİK (Pessimism)

n

04/06/2011 - 13:01 NİKBİNLİK


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
ARİF YUNUS
"Nəyə görə, Azərbaycan dövlət rəsmilərinin Dağlıq Qarabağa getməsi etirazla qarşılanmır? Faktiki olaraq dövlət rəsmiləri Dağlıq Qarabağa rəsmi səfər ediblər"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.