ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
İBRAHİM İBRAHİMLİ PREZİDENT ADMİNİSTRASİYASININ İTTİHAMLARINA CAVAB VERDİ | OLLANDIN İLK GÖSTƏRİŞİ MƏMURLARIN ÜRƏYİNCƏ OLMADI | TOVUZDA DƏHŞƏTLİ OLAY | BÖYÜK BRİTANİYADA HƏRBİ PRARAD OLACAQ | AMERİKALI QADINDAN ORİJİNAL BOŞANMA ETİRAZI | RUSLAN BƏŞİRLİ AÇIQLAMASI İLƏ KEÇMİŞ HƏYATINI İNKAR ETDİ | SABAH HAVA NECƏ OLACAQ? | PUTİN "MUJİK"İ PREZİDENT NÜMAYƏNDƏSİ TƏYİN ETDİ | MÜSƏLMAN ZƏVVARLAR AVTOBUSDA DİRİ-DİRİ YANDILAR (video) | VENESUELADA HƏRBİ VERTOLYOT QƏZAYA UĞRAYIB |

Foto Xəbər
TƏYYARƏ PƏNCƏRƏSİNDƏN ÇİN MƏNZƏRƏSİ
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sual-Cavab

Sağlamlıq

Audio

Video

Ailə

Gündəm

QARABAĞ ALYANSI AZƏRBAYCAN HAKİMİYYƏTİ QARŞISINDA TƏLƏB QOYDU

"Bizə özünü unutmuş Azərbaycan yox, öz tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmış Azərbaycan

AİP LİDERİ MÖVSÜM SƏMƏDOV AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ

"Gərək evlərimizin qapılarına qara bağlayaraq, ailə və övladlarımızın üzünə çıxmayaq"

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ "GEY PARAD"LA ƏLAQƏDAR AÇIQLAMA VERDİ

"Rəsmi səviyyələrdən bizə məlumdur ki, Bakıda milli-mənəvi dəyərlərimizə zidd hər hansı aksiya keçirilməyə

VƏRƏMLİ ƏSGƏR HƏRBÇİLƏRƏ YEMƏK PAYLAYIR

"Ortancıl oğlum Şəfəqqətov Faiq isə 3 il vərəm xəstəliyindən müalicə alıb və hazırda Astara Rayon vərəm d

"EUROVİSİON" BARƏDƏ DAHA BİR DƏHŞƏTLİ FAKT!

"Xəstəxanalara xəstə qəbul etməmək tapşırığı verilib"

Sorğu

ÖLKƏMİZDƏ GEYPARADIN KEÇİRİLMƏSİNƏ NECƏ BAXIRSINIZ?

YAXŞI
FƏRQ ETMƏZ
BİABIRÇILIQDIR

Nəticələr

Ən Çox Oxunanlar

n BU GÜNDƏN BAKININ MƏRKƏZİ KÜÇƏLƏRİ BAĞLANIR - (Siyahı)
n NAZİRLİK TELEFON ALMAQ İSTƏYƏNLƏRƏ MƏSLƏHƏT VERDİ
n "EUROVİSİON"A GÖRƏ DƏRSLƏR BİR HƏFTƏ TƏTİL EDİLDİ
n OĞURLANMIŞ JURNALİSTİN CƏSƏDİ TAPILDI
n MÜSƏLMAN ZƏVVARLAR AVTOBUSDA DİRİ-DİRİ YANDILAR (video)
n BAYILDA AVTOBUS VƏ 2 AVTOMOBİL TOQQUŞUB, ÖLƏN VƏ YARALANAN VAR
n ZAQATALADA YENİDƏN İKİ ZƏLZƏLƏ BAŞ VERİB
n İSTANBUL BAKININ GÜNÜNƏ DÖNDÜ
n BU GÜN HƏR ŞEY AYDIN OLACAQ

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
SATANİZM İDEOLOGİYASI - 6
 
 
Qurani Kərim və hədislərdə şeytan


07-10-2009 / 12:38


Qurani Kərim və hədislərdə şeytan

 

1) Qurani Kərimdə şeytan.

Quranın bir çox ayələrində şeytandan qorunma yolları göstərilir. Şeytanın insanları azdırmasının heç bir sərhəddi yoxdur. Şeytan insanların ağlına gələbilməyəcək vasitələrdən istifadə edib, onları mənfi yollara çəkir. Quranda şeytanın əməlləri açıq şəkildə göstərilir:

"Ey iman edənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?"( Maidə 5/90-91)

Şeytanın insanlar arasında yaydığı düşmənlik və kinin digər təzahürü də, qarşılıqlı söyüşmə, dava və cinayətdir. Hz.Musa (ə.s) dava edənlərdən birinə kömək etmək məqsədilə digərinə bir yumruq vurmuş, yumruğun təsirilə o insan ölmüşdür. Hz.Musa (ə.s) çox məyus olmuş; "Bu şeytan əməlindəndir. Həqiqətən o (insanı haqq yoldan ) azdıran açıq-aşkar bir düşməndir!"( Qəsəs 28/15) deyərək təəssüfləndiyini bildirmişdir.

Şeytan kin, nifrət və qəzəbdən istifadə edərək qardaşı qardaşa qarşı çıxarır. O, Hz.Yusifin (ə.s) qardaşlarında bu duyğulardan məharətlə istifadə etmışdi və onlar Yusifi quyuya atmışdılar.( Yusif 12/100)

Şeytan onu addım-addım izləyənləri əxlaqsızlığa sürükləyir: "Ey iman edənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı,özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kim, heç vaxt pak olmazdı. Lakin Allah dilədiyini pak edər. Allah eşidən və biləndir".( Nur 24/21)

"Ey inananlar! Yer üzündəki şeylərin təmiz və halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin! Həqiqətən, Şeytan sizinlə açıq-açığına düşməndir. O sizə ancaq pis və murdar işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri deməyi əmr edər".( Bəqərə 2/168-169) ayəsində də, Allah inanan inanmayan bütün insanlara səslənərək yeyib-içilən nemətlərə diqqət etmələrini istəyir. O hər ələ keçən pis, başqasının haqqı keçmiş, şübhəli şeylərin deyil, halal və təmiz məhsulların yeyilməsini əmr edir.

Uca Yaradan (c.c) məhşər günü günahkarlara: "Ey günahkarlar! Bu gün (möminlərdən) ayrılın! Ey Adəm övladı! Məgər mən sizə; "Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir!" -deyə buyurmadımmı? və "Mənə ibadət edin, bu doğru yoldur!" -deyə əmr etmədimmi? Həqiqətən, Şeytan içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi? Bu, sizə vəd olunan cəhənnəmdir."(Yasin 36/59-63) deyə xəbərdar edəcəkdir. Peyğəmbərlərin atası qəbul edilən Hz.İbrahim (ə.s) də, bütpərəst olan atasına: "Atacan! Şeytana ibadət etmə. Həqiqətən, şeytan Rəhmana üsyan etmişdir."(Maidə 19/44) deyərək onu pis sonluqdan müdafiə etmək istəmişdir. Hz.İbrahim (ə.s) atasını haqq dinə dəvət etdiyində o: "Ey İbrahim, sən mənim tapındığım tanrılardan üzmü çevirirsən?" demişdi.( Maidə 19/46)

Hz.Eyyub (ə.s) Rəbbinə etdiyi bir duasında: "Şeytan mənə bəla və əzab toxundurmuşdur!" demışdir. Buradakı toxunma, şeytanın vəsvəsəyə yol tapması şəklində təfsir edilmişdir.

Qurani kərimdə Hz.Süleymanla (ə.s) əlaqəli ayələrdə də şeytandan bəhs edilir. Burada Hz.Süleymanın (ə.s) səltənətini cadu ilə qazanmadığını, bir sehirbaz olmadığını, kafir olmayacağını çox açıq şəkildə göstərilmişdir:

"Yəhudilər Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin Şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki, o iki mələk: "Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq, sən gəl kafir olma!"-deməmiş heç kəsə (sehr) öyrətmirdilər. Yəhudilər yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!"( Bəqərə 2/102)

Hz.Süleyman (ə.s): "Pərvərdigara! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kəsə nail ola bilməsin. Həqiqətən,  sən böyük ehsan, kərəm sahibisən!" deyə dua etmiş, Uca Allah (c.c) da duasını qəbul edib buyurmuşdur: "Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. Şeytanlardan olan hər bir bənnanı və qəvvası, eləcə də başqalarını  (digər şeytanları) zəncirləmiş halda (onun ixtiyarına verdik).( Sad 38/35-38)

"Biz şeytanlardan qəvvaslıq edənləri və başqa işlər görənləri də Süleymanın ixtiyarına verdik. Biz onlardan göz-qulaq olurduq."( Ənbiya 21/82) ayəsində Hz.Süleymanın (ə.s) əmrində olan cinlərdən, şeytanlardan bəhs edilmişdir.

Şeytan insanları əyri yollara çəkmək üçün müxtəlif vasitələrdən istifadə edir. Sərxoşedici içkilər onun ən çox istifadə etdiyi vasitələrdəndir. O, bu vasitələrlə insanı Allah qarşısında günahkar edir:

"Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da , Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?"( Maidə 5/90-91)

İnsanın sərxoş olduğunda davranışlarını kontrol edə bilməməsi və bir çox pisliklər edə bilməsi hər kəs üçün məlumdur. İnsan müvazinətini itirəndə hər cür pis əməllər edə bilər. Şeytan insanın bu vəziyyətindən istifadə edib onu istədiyi yollara yönəldir.

 

2) Hədislərdə şeytan.

Hz.Peyğəmbər (s) yeri gəldiyində şeytandan bəhs edərək onun haqqında məlumatlar vermiş, ondan qorunmanın yollarını güstərmişdir. Hz.Peyğəmbər (s):"Qəzəb şeytandandır Şeytan da oddan yaradılmışdır. Od su ilə sönər. Sizlərdən biriniz qəzəbləndiyində dəstəmaz alsın." buyurmuşdur.

Hz.Peyğəmbər (s)  bir sıra hallarda hirslənmiş, lakin hər dəfə qəzəbini boğa bilmişdir. Şakik (r.a) deyir ki; "Hz.Peyğəmbər qənimət paylayırdı. Ənsardan bir nəfər: "Bu qənimət düzgün bölüşdürülmür" dedi. Mən: "Allaha and içirəm ki bunu Peyğəmbərə deyəcəm" dedim. Hz.Peyğəmbərin yanına gəldim, yanında insanlar var idi. Onun dediklərini Peyğəmbərin qulağına dedim. Allah Rəsulu həmin an çox qəzəbləndi. hətta üzü qızardı. Sonra da "Allah Musaya rəhmət etsin. O, bunlardan daha çoxuna məruz qalaraq, səbr etdi" buyurdu.

Hz.Peyğəmbərin (s) yanında iki adam bir-birlərinə sərt sözlər söyləyirdilər. Onlardan biri, digərinə qəzəbləndiyində üzü qıpqırmızı olmuşdu. Hz.Peyğəmbər (s): "Mən bir söz bilirəm ki, kim onu desə qəzəblənməz. Əuzu billahi minə-ş-şeytanir-racim dedi. Həmin adama "Peyğəmbərin dediyini eşitmədinmi?" dediklərində: "Mən dəli deyiləm" dedi.

Hz.Peyğəmbər (s): "Sol əlinizlə yeyib-içməyin, çünki şeytan da sol əliylə yeyib-içir." buyurmuşdur.

"Şeytan hər halınızda sizinlə bərabərdir. Hətta yemək yediyiniz vaxtda da. Sizlərdən biriniz bir tikə yerə düşdüyü zaman, onun pislənən yerini təmizləyib yesin, onu şeytana saxlamasın. Yeməyi də sonuna qədər yesin, çünki insan bərəkətin yeməyin harasında olduğunu bilə bilməz".

Şeytan insanın yemə-içməsindən başqa, yuxularına da təsir göstərir. Röya-insanın yuxusunda gördüyü gözəl və xeyirli şeylərə deyilir. Hz.Peyğəmbər (s) iki söz arasındakı nüansı da ifadə edərək: "Röya Allahdan, hulum isə şeytandandır. Sizdən biriniz pis yuxu görərsə sol tərəfinə üç dəfə tüpürsün və onun şərindən Allaha sığınsın. Belə edərsə bu yuxu ona zərər verməyəcək" buyurur. Bu hədisin müsbət versiyası da vardır: "Sizdən biriniz gözəl bir röya görəndə sevinsin. Bu röyanı yalnız sevdiyi insanlara danışsın".

Röyalar müxtəlif çeşiddədir. Birincisi: həqiqətən Allah tərəfindən və ya mələyin təsiriylə meydana gəlir. İkincisi: yaşanan hadisələrin şüuraltı halından röyalara əks etməsi şəklində özünü göstərir. Üçüncüsü isə: şeytani olandır ki, şeytanın gizli bir təsiriylə insanın yuxuda gördüyü pis, çirkin və şər olan şeydir. Bu müvzuda Hz.Peyğəmbər (s); "Qiyamət yaxınlaşanda müsəlmanın röyası çin çıxacaqdır. Sizin ən doğru röya görəniniz , ən doğru söyləyəninizdir. Röya üç qisimdir: biri saleh röya olub Allahdan bir müjdədir, digəri şeytanın verdiyi üzüntüdür. Üçüncüsü, insanın özü-özünə fikirləşdiyi şeylərdəndir. Kim pis yuxu görsə, namaz qılsın, onu heç kimə deməsin." buyurur.

Hz.Peyğəmbər (s) şeytanın röyada onun şəklinə girə bilməyəcəyini bildirir: "Kim məni röyada görsə, həqiqətən məni görmüşdür. Çünki şeytan mənim şəklimə girə bilməz".

Hədislərdə yer alan digər məsələ də, şeytanların axşam vaxtında hərəkətə keçmələriylə əlaqədardır: "Hava qaraldığı zaman uşaqlarınızı evdə saxlayın, çünki o vaxt şeytanlar ətrafa yayılır. Bismillah deyərək qapılarınızı bağlayın,çünki şeytan bağlı qapını aça bilmir. Su qablarının ağzını bəsmələ çəkərək bağlayın, şamları da söndürün".

Bundan başqa şeytan haqqında bir çox hədislər mövcuddur. Hər bir işdə Allahın xeyri olduğu kimi, şeytanın da şəri vardır.

 

Şeytanın özünəməxsus xüsusiyyətləri

 

Şeytanın ən önəmli funksiya və xüsusiyyətləri bunlardır:

1) Düşmənlik

Şeytanın insana olan düşmənliyi açıqdır. O, içində daşıdığı üsyan və küfr toxumlarının ortaya çıxmasına səbəb olan insana və onun zürriyyətinə müharibə elan etmiş, Allaha böyük hörmətsizlik göstərmiş və ona üsyan etmişdir.

Uca Allah (c.c) onun insana olan bu qəzəb, kin və nifrətindən meydana gələn düşmənliyini xəbər vermiş, bizim də onu düşmən etməyimizin vacibliyini bildirmişdir: "Şeytan sizin düşməninizdir, siz də onu düşmən edin".( Fatır 35/6)

Şeytan hər nə qədər bizə görünməsə də, gizli olaraq qanımıza, iliklərimizə işləməkdə, qəlbimizə girməkdədir. O, bizə Allahın istəmədiyi çirkin şeyləri etməmizi əmr edər. Şeytanın əmr etməsi, onun Allahın razı olmadığı şeylərə yaraşıq verib xəyallarımıza daxil etməsi və onları etməyə təşviqindən ibarətdir.

2) Xainlik                                                                                                                 

Xainlik-əmanətə xəyanət etmə, verilən sözü yerinə yetirməmə, arxadan zərbə vurma mənasına gəlir. İnsanlardakı ikiüzlülük, xainlik şeytandan keçmə xüsusiyyətlərdir.

3) Vəsvəsə                                        

Vəsvəsə-gizli səs, insanın daxildən səssizcə danışması, fısıltı mənalarını verir. Şeytanın ən çox istifadə etdiyi funksiyadır. O, vəsvəsə vasitəsilə insanların qulağına fısıldayaraq, onları pis, çirkin yollara sürükləyir. Şeytan bu vasitəylə Hz.Adəmi (ə.s) cənnətdən qovdurmuş, insanları bir-birinə düşmən etdirmiş, onların qan tökmələrinə səbəb olmuşdur. Şeytan insana nəfsi tərəfdən pis vəsvəsələr, xatirələr göstərərək onların ağlına hücum edir. Bütün bunlardan qaçmağın çarəsi, onlarla heç məşğul olmamaqdır.

4) Pislik və çirkinlik

Bu xüsusiyyət şeytanın əsas devizi sayılır. Dünyanın bütün çirkin əməllərinin başında şeytan dayanır.

5) Üsyan və inad

İlk dəfə insana qarşı üsyan edib, öz inadından əl çəkməyən şeytan olmuşdur. Üsyanın ziddi itaətdir. Allaha üsyan da şeytana itaətdir. İbadətlərini sonuna qədər yerinə yetirməyə çalışıb, bu əzmlərini itirməyənlər, şeytanın təsirinə girməyəcək və hər zaman Allaha sadiq qalacaqlar.

6) Qorxu

Şeytanın istifadə etdiyi xüsusiyyətlərdən biridir. Şeytan, insanları qorxudur, özünə qarşı qorxu hasil etdirir. Əksər hallarda şeytan insanlara yuxuda görünür və onlara mənfi illuziyalar verərək onların şüuruna təsir göstərir.

7) Toxunmaq

Şeytanın toxunması mexaniki şəkildə özünü göstərmir. Burada toxunma şüura təsir etmək mənasını verir.

Hz.Eyyub (ə.s) xəstəliyə düçar olduğunda; "Şeytan mənə yorğunluq və əzabla toxundu"( Sad 38/41) demiş, bu halını şeytanın ona toxunması olaraq göstərmişdir.

 

Şeytandan qorunma yolları

 

Şeytanın şərindən qorunmaq üçün alınması gərəkən əsas tədbirlər bunlardır:

a) Qurani Kərim oxumaq

Allah Təala öz kitabını bizə anlatarkən; "Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərə daha bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir."( Yunus 10/57) buyurur. Bu ayəyə görə Quran: insanları pislik və günahlara qarşı xəbərdar edən, insanın ruhi-bədəni hər cür problemlərini dəf edən bir şəfa, içindəkiləri oxumaq, başa düşmək, yaşamaq və başqalarının da yaşamasına vasitə olmaq surətilə, mərhəməti qəzəbinin qarşısında olan Uca Yaradıcının bağışlanmasını cəlbedən bir rəhmətdir.

Əbu Hüreyrə (r.a) belə söyləyir: "Quran oxunan evdə, mələklər hər zaman olar, şeytan oranı tərk edər, o evin ruzisi artar. Quran oxunmayan evi isə mələklər tərk edib, yerini şeytan tutar və xeyir azalar." Hz.Peyğəmbər (s): "Evlərinizi qəbirlərə çevirməyin. Şübhəsiz ki, şeytan, içində Bəqərə surəsi oxunan evdən qaçar." Quran hər bir zaman, hər bir yerdə insanın imdadına çatar, insana sakitlik və sevgi bəxş edər, insanı həm dünya, həm də axirətdə xoşbəxt edər.

b)İbadət etmək

Şeytandan qorunma yollarından biri də ibadətdir. İnsanın ruhuyla, cəsədilə, daxili və xaricilə, bütün mövcudiyyətilə yalnız Allaha etdiyi şüurlu itaətə ibadət deyilir. "Mən cin və insanı mənə ibadət etsinlər deyə yaratdım."( Zariya 51/56) ayəsi buna misaldır.

Allah Rəsulu bir hədisdə bütün sevgilərin qaynağı olan Allahın belə buyurduğunu xəbər verməkdədir:

 "Kim məni tanıyan və mənə ibadət edən bir quluma düşmənlik edərsə, mən də ona müharibə elan edərəm. Qulum, ona fərz qıldığım ibadətlərdən daha sevimli bir şeylə mənə yaxınlaşa bilməz. O qulum, nafilələrə davam etmək surətilə də mənə yaxınlaşmağa davam edər. Elə olur ki, artıq mən onu sevərəm. Sevincə də onun eşidən qulağı, görən gözü, tutan əli, gedən ayağı olaram. Məndən bir şey istəsə, istədiyini verərəm. Mənə sığınsa onu qoruyaram."

Allah, ona ibadət edənlərə  "qullarım"deyərək sahib çıxmaqdadır. Allah tərəfindən sevilən bir insanın, şeytanın yalanlarına uyma ehtimalı yox kimidir. Çünki artıq onu Allah qoruyur və hər cür pislikdən mühafizə edir. Bu insan Allahın xalis quludur ki, şeytan belə insanlara təsir edə bilməz. Allah Təala belə buyurmuşdur: "Qulum mənə bir addım yaxınlaşsa, mən ona bir arşın yaxınlaşaram. Qulum mənə bir arşın yaxınlaşsa, mən ona on arşın yaxınlaşaram. O mənə yeriyərək gələrsə, mən ona qaçaraq gələrəm"

Allah məcazi ifadələrlə qulun bir az cəhd etməsinə qarşılıq olaraq, ona çoxlu yardım edəcəyini, hədəfinə çatmasında işlərini asanlaşdırmasını xəbər verməktədir. Bu, Uca Yaradıcının (c.c) qoyduğu bir qanundur. Beləliklə insan, ibadət vasitəsilə şeytanın min cür mənfi fəaliyyətinə qarşı özünü sığortaya alıb, Allahın qoruması altına daxil ola bilər.

c) Allaha sığınma

Şeytandan qorunma deyincə ilk ağla gələn, Allaha sığınmadır. Quranda iki yerdə Hz.Peyğəmbərə (s) xitab edilərək: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidən və biləndir."( Əraf  7/200, Fussilət 41/36) buyurulmuşdur.

Şeytandan Allaha sığınma, eyni zamanda Allaha qarşı bir təvəkkülün də ifadəsidir. Məsələn: qəzəb insana aid bir xüsusiyyətdir ki, şeytan bu duyğunu neqativ mənada işlədərək insana zərər vermək istəyir. Süleyman b.Surad (r.a) bir hədisdə nəql edir: "Hz.Peyğəmbərin (s) yanında olan iki nəfər kişi bir-birlərini söyürdülər. Biz də orada idik. Onlardan biri digərini çox qəzəbli halda söyürdü. O, qəzəbindən qıpqırmızı qızarmışdı.Buna münasibətni bildirərək Hz.Peyğəmbər (s): "Mən elə bir söz bilirəm ki, onu kim desə qəzəbi şübhəsiz gedər", əgər " Əuzu billahi minəş-şeytanir-racim desə" buyurdu. Oradakılar o qəzəbli adama: "Sən Peyğəmbərin dediyin eşitmədinmi? dedilər. O adam: "Mən dəli deyiləm" dedi.

Hz.Peyğəmbərin (s) həyatında dua və istiazə çox önəmli bir yerə sahibdir.Həyatının hər səhifəsində duaları eşidən və yerinə yetirən Cənabı Haqqa (c.c), ya bir duası və ya bir istiazəsi vardır:

1) Sizdən birinizə şeytan gəlir; "Bunu kim yaratdı ,onu kim yaratdı, hətta Rəbbini kim yaratdı? soruşar. Bu hal kimə gələrsə, Allaha sığınsın və o halı tərk etsin.  

2) Hz.Peyğəmbər (s): "İnsan üçün həm şeytan, həm də mələyin təsiri vardır. Şeytanın təsiri şəri vəd etməsi və haqqı yalanlaması, mələyin təsiri isə yaxşılığı vəd edib, haqqı təsdiq etməsidir. Kim vicdanında bunu hiss edərsə ,bilsin ki bu Allahdandır. Kim də digərini hiss edərsə, qovulmuş şeytandan Allaha sığınsın" demişdir.

3) Əbu Bəkr (r.a): "Ya Rəsulallah, mənə səhər-axşam oxuya biləcəyim bir dua de" dedi. Hz.Peyğəmbər (s): "Ey görünəni və görünməyəni bilən, göyləri və yeri yoxdan var edən, hər şeyin tərbiyəçisi və sahibi! Şəhadət edərəm ki, səndən başqa tanrı yoxdur, nəfsimin və şeytanın şərindən, onun məni şirkə salmasından sənə sığınıram" dedi və "Bunu səhər-axşam və yatmazdan əvvəl oxu" buyurdu.

4) Hz.Peyğəmbər (s) ölüm anında şeytanın aldatmasından Allaha sığınmışdır. O, "Ölüm anında şeytanın vurmağından sənə sığınıram" deyə dua edərdi.

5) Allah Rəsulu: "Sizdən biriniz, xanımına yaxınlaşacağı zaman: "Allahım! Şeytanı məndən də, mənə ruzi olaraq lütf edəcəyin uşaqdan da uzaqlaşdır" desin. "Əgər bir uşaqları olarsa, şeytan ona zərər verməz" dedi.

d) Az yemə

Qida almada Hz.Peyğəmbər (s) bütün insanlara nümunə olmuşdur. Həddindən artıq çox yemək insan orqanizmi üçün çox təhlükəli və zərərlidir. Normadan artıq qidalanmaq dini həyata da mənfi təsir göstərir. Bu, artıq yuxu, mənasız danışma, çox gülmə, unutqanlıq, ibadətlərə qarşı arzusuzluqla nəticələnir. Şeytanın ən güclü silahlarından olan şəhvətin qarşısını alabilmək üçün istifadə olunan ən məqsədəuyğun vasitə, kalori miqdarını azaltmaqdır.

 

Göründüyü kimi, şeytan hər zaman insanı narahat edir. O, yeni dünyaya gələn körpəyə öz təsirini göstərir, həyata yeni gözləri açılmağa başlayan gəncə günahları çox yüksək səviyyədə təbliğ edir. İnsanı ayıq vaxtı rahat buraxmadığı kimi, yatdığı zaman da yuxularına müdaxilə edir. Vəfat edəndən sonra ona yaxınlaşaraq, axirətini bərbat etməyə çalışır. O, çox hiyləgər, xəyanətkar, yalançı və insanın ən böyük düşmənidir.

Şeytan ilahi əmr qarşısında özüylə bacarmamış, daxilindəki mənfi xüsusiyyətləri xaricə əks etdirmiş, üsyan edərək Allahın qəzəbinə tuş gəlmişdir. O, başına gələnlərin günahkarı Hz.Adəmi (ə) bilmiş, ona və nəslinə azğın bir düşmən kəsilmişdir. Şeytan, Allaha üsyanında nə qədər xətalı və haqsızdırsa, Adəmə olan düşmənliyində də bir o qədər haqsızdır. Şeytan Allaha üsyan etmiş, sorğu-sual olunduğu zaman özünü müdafiə etməyə və haqlı olduğunu sübut etməyə çalışmış, üst-üstə xətalar etmişdir.        

Şeytan rəhmətdən kənar yaradılmamış, qabiliyyətini mənfi tərəfə yönəldərək, öz sonunu özü hazırlamışdır. O, insanlardan və cinlərdən, ruhunu öldürmüş, vicdanını pozmuş, fitrətini məhv etmiş olanları özünə köməkçi və dost seçmişdir. Satanizmə tapınanlar da belə insanlardan ibarətdir.

Məhşər günü Uca Yaradan (c.c) nın sonsuz mərhəmətini gördüyü zaman o da ümüdlənəcək, qurtuluş yollarını mütləq axtaracaqdır. Şeytan bütün etdiklərinə baxmayaraq, işin sonunda Allahın onu bağışlayacağı ümüdüylə yaşamaqdadır ki, buna "şeytanın cənnət ümüdü deyilir"

Sonda bu fikri demək olar ki, Satanizm idealogiyası insanlarda böyük maraq doğurur və o, fərqli inanc, düşüncə və fikir ayrılıqlarının yaranmasında təsiredici funksiya sahibidir. SON

 

Satanizm ideologiyası-1

Satanizm ideologiyası-2

Satanizm ideologiyası-3

Satanizm ideologiyası-4

Satanizm ideologiyası-5

 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

14/05/2012 - 15:01 MKİ-nin VYETNAM ƏMƏLİYYATLARI

n

11/05/2012 - 17:33 "MƏKKƏNİ BOMBALAMAQ LAZIMDIR"

n

05/05/2012 - 14:16 MERLİN MONRO KQB AGENTİ İMİŞ

n

27/04/2012 - 17:54 "TİME" JURNALI BİN LADENİN SON SÖZLƏRİNİ DƏRC EDİB

n

26/03/2012 - 15:33 TURQUT ÖZALIN ÖLÜM SƏBƏBİ ARAŞDIRILIR

n

09/03/2012 - 13:15 CNN-nin SURİYA YALANI TELEKANALI RÜSVAY ETDİ

n

05/03/2012 - 18:10 TÜRK LİRƏSİNİN YENİ SİMVOLU ERMƏNİLƏRƏ DEYİL, MASONLARA MƏXSUS İMİŞ

n

05/03/2012 - 16:20 OBAMANIN SİRLƏRİNİ AÇMAQ İSTƏYƏNİN MEYİDİ TAPILIB (video)

n

27/02/2012 - 19:12 ƏRƏBİSTAN KRALININ QARDAŞI İFŞAEDİCİ FAKTLAR AÇIQLADI

n

19/01/2012 - 14:12 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DÖVLƏT ÇEVRİLİŞLƏRİ -2

n

19/12/2011 - 13:38 PKK-nın BİR NEÇƏ MİLYARDLIQ GƏLİRİ!

n

19/12/2011 - 12:31 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ TÜRKİYƏYƏ CAVAB VERMƏK İSTƏMƏDİ

n

17/12/2011 - 14:59 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DÖVLƏT ÇEVRİLİŞLƏRİ

n

13/12/2011 - 16:01 ABŞ-ın TÜRKİYƏ-İSRAİL PLANI

n

09/12/2011 - 19:55 MİSSİONERLƏRİN AZƏRBAYCANLA BAĞLI GİZLİ HESABATI

n

08/12/2011 - 15:40 BUXARESTDƏ MKİ-nin GİZLİ HƏBSXANASI VAR

n

05/12/2011 - 16:58 TELEFONLARINIZI HANSI ŞİRKƏTLƏR DİNLƏYİR?!

n

05/12/2011 - 13:27 TÜRK HAKİMİYYƏTLƏRİ ÖCALANA NƏ VƏ NİYƏ HƏDİYYƏ ETDİ?!

n

02/12/2011 - 16:25 VADİNİN DİRİLTDİYİ KARA və YEŞİL

n

18/11/2011 - 15:52 RUSİYA RƏHBƏRLİYİNDƏKİ 10 KQB ZABİTİ

n

10/11/2011 - 12:32 HÜQUQ MÜDAFİƏÇİLƏRİ VƏ MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ

n

01/11/2011 - 18:23 KONDALİZA RAYS TARİXİ SİRRİ KİTABINDA İFŞA ETDİ

n

27/10/2011 - 16:09 "XAÇLI SƏFƏRİ" ÇEVRİLİŞİ

n

27/10/2011 - 13:57 SƏDDAM HÜSEYNİN GİZLİ DANIŞIQLARI YAYILDI

n

25/10/2011 - 14:11 TÜRKİYƏDƏKİ ZƏLZƏLƏ BARƏDƏ BÖYÜK İDDİA!

n

17/10/2011 - 18:27 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN DEMOKRATİYA ANLAYIŞI

n

30/09/2011 - 12:54 MKİ MOSSADA NİYƏ SƏHV HESABAT GÖNDƏRDİ?

n

22/09/2011 - 13:14 SİRLİ BULUDLAR VƏ NAMƏLUM YOXA ÇIXMALAR

n

21/09/2011 - 13:13 MÜBARİZ NORYEQA VƏ BİN LADEN MKİ AGENTİ OLUB

n

19/09/2011 - 11:47 TÜRKİYƏLİ YAZAR ŞOK AÇIQLAMA VERDİ

n

10/09/2011 - 10:38 VİKİLEAKS AZƏRBAYCAN MÜSƏLMANLARI VƏ ŞEYXDƏN YAZDI

n

07/09/2011 - 18:54 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNƏ HÖKM EDƏN ŞƏXS - Kissincer

n

15/08/2011 - 16:58 "COCO CHANEL" FAŞİST AGENTİ İDİ

n

10/08/2011 - 18:22 MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİ VƏ MOSSAD

n

10/08/2011 - 13:36 SURİYADAN ABŞ-a AĞIR KƏŞFİYYAT ZƏRBƏSİ VURULUB

n

06/08/2011 - 16:16 "MƏSİH DƏ ATOM BOMBASINI SEVİR"

n

03/08/2011 - 17:55 MKİ VƏ BİLDERBERG QRUPU

n

02/08/2011 - 13:09 DUSTAQ QADININ FƏRYADI

n

14/07/2011 - 19:00 "COUNCIL ON FOREIGN RELATIONS" - XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİ

n

11/07/2011 - 12:46 O GÜN NƏ BAŞ VERDİ?

n

06/07/2011 - 14:37 SUPER NATO VƏ ONUN CİNAYƏT ŞƏBƏKƏSİ

n

01/07/2011 - 18:51 SULTAN II ƏBDÜLHƏMİD SUİ-QƏSDİ

n

30/06/2011 - 13:10 "NAMAZ QILMAYANI ÖLDÜRMƏK VACİBDİR!"

n

29/06/2011 - 14:12 GLADİO NECƏ YARANDI?

n

25/06/2011 - 12:40 DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (III hissə)

n

22/06/2011 - 13:19 SOVET CASUSLARINDAN STALİNƏ 30 XƏBƏRDARLIQ!

n

21/06/2011 - 14:46 BİLDERBERG-in NÖVBƏTİ GİZLİ TOPLANTISI KEÇİRİLİB

n

16/06/2011 - 10:25 İLHAM ƏLİYEVƏ NÖVBƏTİ "WİKİLEAKS" ZƏRBƏSİ

n

15/06/2011 - 16:41 DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (II hissə)

n

08/06/2011 - 13:58 DÜNYANIN ƏN BÖYÜK KƏŞFİYYAT ORQANI (I hissə)

n

06/06/2011 - 16:10 MOSSADın "TROYA ATI" İDDİASI

n

31/05/2011 - 18:30 OSMANLI İMPERİYASININ ƏSL ÇÖKÜŞ SƏBƏBİ

n

13/05/2011 - 10:59 "KQB"-nin GİZLİ FƏALİYYƏTİ İNTERNETDƏ

n

07/05/2011 - 14:03 "KOMİTET 300"ün MƏTBUAT RUPORU: "TAYMS" (XXXVIII yazı)

n

03/05/2011 - 15:28 WİKİLEAKS RƏHBƏRİNDƏN FACEBOOK-a AĞIR İTTİHAM

n

03/05/2011 - 13:27 ASALA-nı DİRİLTMƏKDƏ KİM MARAQLIDIR?

n

30/04/2011 - 13:47 TAXT-TAC HƏR ŞEYƏ NAZARƏT EDİR (XXXVIII yazı)

n

25/04/2011 - 13:23 WİKİLEAKS İNDİ DƏ QUANTANAMODAN YAZDI

n

23/04/2011 - 11:54 "KOMİTET 300"ün STRUKTUR SXEMİ (XXXVII yazı)

n

20/04/2011 - 17:02 KENNEDİ SUİ-QƏSDİNDƏ YENİ İDDİA

n

20/04/2011 - 11:38 HAKİMİYYƏT DÖVLƏT HİMNİNİ DƏYİŞİR

n

19/04/2011 - 13:26 FRANSA VƏ İNGİLTƏRƏNİN 4 AY ƏVVƏLKİ LİVİYA MANEVRİ

n

14/04/2011 - 13:40 KOMİTET 300 - DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXXVI yazı)

n

12/04/2011 - 13:13 TÜRKİYƏNİN ATOM BOMBASI VARMI?

n

31/03/2011 - 12:22 YENƏ ORQAN MAFİYASI, YENƏ AZƏRBAYCAN

n

15/02/2011 - 12:04 70 İLDƏN SONRA ORTAYA ÇIXAN TARİXİ FAKT

n

08/01/2011 - 16:09 KOMİTET 300 - DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXXV yazı)

n

07/01/2011 - 13:04 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

n

06/01/2011 - 15:47 ANS-in EFİRİNƏ MASON EMBLEMİNİ KİM YERLƏŞDİRİB?

n

28/12/2010 - 13:39 YAP TURQUT ƏRİN KİTABINA ADEKVAT CAVAB HAZIRLAYIR

n

24/12/2010 - 10:12 ABŞ AZƏRBAYCANA MÜHARİBƏ İCAZƏSİ VERİB

n

23/12/2010 - 13:52 DÜNYANIN ƏN GİZLİ TƏRİQƏTLƏRİ

n

22/12/2010 - 15:53 YƏHUDİLƏRİN HİTLERİ HAKİMİYYƏTƏ GƏTİRMƏSİ İFŞA OLUNUB

n

22/12/2010 - 13:18 2050-Cİ İLƏ QƏDƏR 6 MİLYARD İNSAN 4 MİLYARD EDİLƏCƏK

n

18/12/2010 - 15:24 İBLİS İDEYALARININ DAŞIYICILARI

n

13/12/2010 - 11:44 DÜNYA ÜZƏRİNDƏKİ MALİYYƏ NƏZARƏTİ

n

06/12/2010 - 11:50 CİA-dan İLHAM ƏLİYEVƏ SUİ-QƏSD HƏDƏSİ

n

30/11/2010 - 14:41 TÜRK GENERALIN WİKİLEAKS AÇIQLAMASI

n

27/11/2010 - 17:13 TİRYƏK SİYASƏTİNƏ ABŞ VƏ İNGİLTƏRƏDƏKİ AİLƏLƏR BAŞÇILIQ EDİR

n

20/11/2010 - 14:09 KOMİTET 300-ün PORTFELİNDƏKİ ƏN QİYMƏTLİ AKTİV

n

13/11/2010 - 17:38 KRAL AİLƏSİNİN NARKOTİK TİCARƏTİ BU GÜN DƏ DAVAM EDİR

n

09/11/2010 - 12:34 ABŞ-IN ÖLDÜRMƏK İSTƏDİYİ ŞƏXS

n

29/10/2010 - 18:12 TÜRKİYƏNİN HƏRBİ SİRRLƏRİNİ KİM OĞURLAYIB?

n

27/10/2010 - 11:56 İRANIN GİZLİ BAZASINDA BAŞ VERƏN QƏZADA MOSSAD ŞÜBHƏSİ

n

26/10/2010 - 15:23 BMT-NİN MİNLƏRLƏ SƏNƏDİ OĞURLANDI

n

23/10/2010 - 18:52 BÖYÜK BRİTANİYANIN ÇİNƏ QARŞI TİRYƏK MAFİYASI

n

18/10/2010 - 13:31 MAFİYA BAŞÇISI ERMƏNİSTAN HAKİMYYƏTİNİN YAXIN DOSTU ÇIXDI

n

15/10/2010 - 13:51 "BARONLARIN TOPLANTISI"NIN AZƏRBAYCAN UZANTILARI

n

13/10/2010 - 11:13 TURQUT ÖZALIN HƏYAT YOLDAŞINDAN ŞOK AÇIQLAMA

n

13/10/2010 - 11:00 AST TELMAN VƏ XARİCİ İŞLƏR NAZİRİ PRİTONDA

n

12/10/2010 - 14:50 AZƏRBAYCANLI "LOTU"LAR NİYƏ VURULUR?

n

02/10/2010 - 13:42 ÖZALIN HƏYATDA OLDUĞU SON GECƏNİN ŞOK DETALLARI

n

30/09/2010 - 16:21 7000 PANAMALI NİYƏ ÖLDÜRÜLDÜ? (XXVIII yazı)

n

27/09/2010 - 15:56 OBAMANIN "DAYILAR"I TAPILDI

n

21/09/2010 - 18:00 TURQUT ÖZALIN ÖLÜMÜ İLƏ BAĞLI ŞOK İDDİA

n

17/09/2010 - 16:24 ŞOK! TURQUT ÖZALI ERGENEKON ÖLDÜRÜB

n

15/09/2010 - 15:40 PENTAQON KİMƏ 320.000 DOLLARI ÖDƏYİB? (XXVII yazı)

n

07/09/2010 - 16:54 MÜSƏLMAN SÜMÜYÜNDƏN BƏZƏDİLMİŞ KİLSƏ

n

06/09/2010 - 13:37 PENTAQONDA 264 POZĞUN VAR

n

01/09/2010 - 12:28 RUSİYALI GENERALIN MEYİDİ TÜRKİYƏDƏ TAPILDI


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
ARİF YUNUS
"Nəyə görə, Azərbaycan dövlət rəsmilərinin Dağlıq Qarabağa getməsi etirazla qarşılanmır? Faktiki olaraq dövlət rəsmiləri Dağlıq Qarabağa rəsmi səfər ediblər"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.