Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 İyul

2015
15:01
5900
600 milyon dollara başa gələn Bakı-Quba yolu yenidən qurulur – Foto

FaktXəbər-in verdiyi məlumata görə, bir neçə il öncə istifadəyə verilən Bakı-Sumqayıt-Quba yolunun bəzi yerləri tamamilə dağıdılaraq yenidən inşa edilməyə başlayıb. 30 ildən artıq istismar müddəti olan yolda ən böyük dağıntı isə yolun Qubadan Bakıya doğru olan hissəsindədir. 

Artıq bir neçə həftədir, magistral yolun dağılan hissəsində təmir-tikinti işləri aparılır. Magistral yol boyunca ağır texnika və fəhlələrdən ibarət işçi qrupuna rast gəlmək olur. Təmir işləri xüsusilə Quba rayonun çıxacağından Bakı istiqamətində daha çox müşahidə edilir. Sözügedən ərazidə yolun beton hissəsi tamamilə dağıdılıb və yenidən bərpa işləri həyata keçirilir. FaktXeber.com sözügedən ərazidən lentə alınan görüntüləri sizlərə təqdim edir. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru