Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

05 Yanvar

2017
20:28
6010
5000-ə yaxın müəllim üçün məşğələlər keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci ildə keçiriləcək imtahanlarda nəzarətçi kimi ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 10-dan etibarən seminar‑məşğələlər keçirəcək.

Mərkəzdən verilən məlumata görə, fevralın 1-dək davam edəcək bu seminarlar DİM-in məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarların respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulur və 4750-ə yaxın nəzarətçi-müəllimin prosesdə iştirak edəcəyi gözlənilir.

Seminar‑məşğələlərdə nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 20‑25 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.

Seminar-məşğələlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər digər imtahanlara cəlb olunacaqlar.

Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə 14817 nəzarətçi‑müəllim haqqında məlumat var. (Trend)

Məqalədə : müəllim məşğələ 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2017 07:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru