Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Dekabr

2018
13:24
3081
34 ölkəyə vizasız gedə bilərik

Dünya ölkələri vətəndaşlarının digər dövlətlərə vizasız giriş prinsipi üzrə illik təsnifatının hazırlanması ilə məşğul olan "Passport Index" pasportların növbəti reytinqini açıqlayıb.

FaktXəbər-in məlumatına görə, Azərbaycan ötən ilə nisbətən reytinqə 5 pillə irəliləyib. Belə ki, ötən il Azərbaycan pasportu ilə 63 ölkəyə gedilməsi mümkün olduğu halda, 2018-ci ildə bu rəqəm 71 olub və Azərbaycan 60-cı yerdə Namibiya, Keniya və Kuba ilə eyni mövqedə qərarlaşıb.

Hazırda hər bir Azərbaycan vətəndaşı 34 ölkəyə vizasız gedə bilərlər. 37 ölkə daxil olarkən isə Azərbaycan vətəndaşlarına yerindəcə viza verilir. 

Qonşularımızdan Rusiya (116 ölkə, 38-ci yer), Gürcüstan və Türkiyə (115 ölkə, 39-cu yer) bizdən qabaqda, Ermənistan (68 ölkə, 63-cü yer)  və İran (42 ölkə, 87-ci yer) isə geridədir. 

Siyahıda birincilik Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur. BƏƏ pasportunu daşıyan vətəndaşlar əvvəlcədən viza almadan dünyanın 167 ölkəsinə səyahət edə bilərlər. Bu tarixi və müstəsna müvəffəqiyyətli hadisə BƏƏ-də 2018-ci ildə elan olunmuş Şeyx Zayed ili və bu gün qeyd olunan 47-ci Milli Müstəqillik Günü bayramı ilə üst-üstə düşüb.

BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum “Twitter” mikrobloqunda bu hadisəyə münasibət bildirərək yazıb ki, “dünya öz qapılarını BƏƏ xalqının üzünə açır”.

Məqalədə : Azərbaycan pasportu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paytaxtda tıxac var - FOTO

19

Aprel
18:30
NƏQLİYYAT
49

Aprelin 22-ə manatın məzənnəsi

19

Aprel
17:33
İQTİSADİYYAT
54

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
69

Dağıstanda 70 uşaq zəhərlənib

19

Aprel
15:33
DÜNYA
424
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 18:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru