Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

27 İyul

2017
21:53
1165
33 bələdiyyə sədri barəsində məhkəmələrə müraciət edilib

"Bu il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb. 792 belə akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib. Kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib. Qanunsuz ayrılmış 2 min hektara yaxın torpaq sahəsi geri qaytarılıb".

FaktXəbər bildirir ki, bu barədə Ədliyyə Nazirliyində ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən nazirliyin kollegiya iclasında vurğulanıb.

Bildirilib ki, notariat orqanları tərəfindən 1.89 milyondan çox notariat hərəkəti, habelə 156 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib: "Vətəndaşlara əlverişli şərait yaradılaraq doğumun səyyar qaydada bilavasitə doğum evlərində aparılması geniş təşviq olunub. Aparılan notariat əməliyyatları nəticəsində 42 milyon manatadək dövlət rüsumu, haqq və vergi ödətdirilib.

Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, cari ildə də icra sənədlərinin sayı çoxalıb və 2016-cı ilin I yarımili ilə müqayisədə xeyli – 43% artaraq 694 mini ötüb, görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin artıq 50,4 %-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə, o cümlədən vergi borcları ilə bağlı 366 milyon manatdan çox vəsait ödətdirilib".

Məqalədə : bələdiyyə məhkəmə 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 14:10

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru