Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

27 Dekabr

2016
21:10
2501
300 müəllim tədris etdiyi fəndən 0 bal aldı - DƏHŞƏTLİ STATİSTİKA

Bu il cənub bölgəsində (Lerik, Yardımlı, Astara, Masallı, Lənkəran) baş tutan müəllimlərin diaqnostik imtahanında 7426 nəfər iştirak edib. İmtahanda iştirak edən 2764 ibtidai sinif müəllimindən 269-u, 704 riyaziyyat müəllimindən isə 33 nəfəri tədris etdiyi fəndən 0 (sıfır) qiymət alıb.

Bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert rəqəmləri rayon təhsil şöbələrindən, rəsmi mənbələrdən əldə etdiyini bildirib.

Bu rayonlar üzrə nəticələrin çox aşağı olduğunu deyən ekspert paytaxtda da məlumatların ürəkaçan olmadığını qeyd edib: "2014-cü ildən bu vaxta qədər keçirilən imtahanlarda iştirak edən paytaxt məktəblərində çalışan müəllimlərin 15 faizinin tədris etdiyi fəndən anlayışı olmadığı müəyyən olunub. İmtahanda 60 sualdan 40-ı müəllimin tədris etdiyi fənn, 20-i metodikadandır. Ümumilikdə 6 suala cavab verən (10 faizdən yüksək nəticə göstərən) müəllim diaqnostik qiymətləndirmədən keçmiş hesab edilir. Bakıda müəllimlərdən 15 faizi öz fənnindən 4, metodikada 2 suala düzgün cavab verməyib. 60 faiz isə orta nəticə göstərib. Bu vaxta qədər keçirilən diaqnostik qiymətləndirmədə yalnız 3 müəllim maksimum nəticə göstərib. Görün övladlarımıza kimlər savad, bilik verir".

Ekspertin fikrincə, imtahan suallarının çətinlik dərəcəsinin artırılması vacibdir: "Təklif edirəm ki, qısa müddət ərzində müəllimlərin ciddi şəkildə attestasiyası keçirilsin və bunu neytral bir qurum reallaşdırsın. Sadə suallar yox, normal səviyyədə olan suallar verilsin. Bundan sonra imtahandan keçən müəllimə dövlət qulluqçusu statusu vermək və əmək haqqını ciddi şəkildə qaldırmaq olar".

Sayt ekspertin açıqladığı rəqəmlərlə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb. (publika.az)

Mövzu üzrə xəbərlər
Şərhlər
Arzu tərəfindən 27-12-2016 22:02:08 tarixində yazıldı
tehsil
Atestasiyayla havayi pullari bow yere xerclemeyin. sizin fikirde bawa duwulduki, Atesstasiyada cetin suallarla 160 min mellimden 155 mini iwdwn cixacaq. her gun tehsilmizi zerbeyle niye oldurursuz
anonim tərəfindən 28-12-2016 05:33:08 tarixində yazıldı
imtahan
Allah bilir, bunların diaqnostik imtahanında hansı axmaq -axmaq suallar yerləşdirilib. Məlum məsələdir ki, müəllimlərin əksəriyyətinin savadı qənaətbəxş deyil. Lakin bu dərəcədə ola bilməz.
Arzu tərəfindən 28-12-2016 09:06:44 tarixində yazıldı
tehsil
Mektebde hansi muellim cibkesen direktora pul verir onun terifide cox olur, dersleride cox olur . Kasib, pul vere bilmeyen savadli mellimlerde qalir qiraqda. omuru boyu 4, 5 saat ders kecen mellimden hansi keyfiyyeti , savadi , ruh yuksekliyi gozluyursuz ? Indi sizin deyiwle yene muellimleri atestasiya imtahan edin 160 min mellimden 155 mini mektebden kenarlawdirilmalidir. Ondada pullarini alib yerine qaytararsiz. Onda da ferq ne oldu ?Bele bele guya tehsilde yenilik edirsiz Dovlet budcesini bowaldib oz xeyirniz ucun iwleyin.
Arzu tərəfindən 28-12-2016 09:39:58 tarixində yazıldı
tehsil
Ele savad axtarirsizsa birinci geleceymiz sandigmiz uwaqlardan bawlayin. Gedin 1 uwaqin mekteb cantasini tereziye qoyun gorun uwaqin cekisi coxdiur yoxsa cantasinin ? O AGIR CANTAYLA YUKLENEN UWAQIN GELECEKDE BELINDE YARANAN AGRILARIN YARANMAMASINA KIM KARANTI VERIR ? NEYSE Tehsilde Allah axirmizi saxlasin, veziyyet pislewir
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru