Lənkəran şəhərinə xüsusi təyinatlılar yeridilib, gözyaşardıcı qazdan və avtomat silahdan istifadə olunaraq 30-dan çox insana ağır xəsarət yetirilib
08-09-2010 / 13:17
Dünən axşam saatlarında Lənkəran rayonunda yerli dindarlara qarşı silahlı hücum olub. FaktXeber.com-un "Qaynar Xətti"nə daxil olan məlumata əsasən, ötən həftə "Cümə" məscidində axund müavini ilə baş verən narazılıq zamanı, günahsız olaraq həbs olunan Qismət İsayevin sərbəst buraxılmasını gözləyən dindarlar, yerli polisin təzyiqləri ilə üzləşib. Barəsində 5 gün həbs qətiimkan tədbiri qurtardıqdan sonra Lənkəran rayon inzibati həbs olunanların saxlama məntəqəsinin qarşısında Qismət İsayevin azad olunmasını gözləyən 150-ə yaxın dindar, Lənkəran rayon polis əməkdaşlarının hücumuna məruz qalıb. Yerli polis saxlama məntəqəsinin qarşısına toplaşmış dindarlara ərazini tərk etməyi bildirib. Dindarlar isə əllərində gül dəstələri ilə Qismət İsayevin azad olunacağını gözlədiklərini söyləyiblər. Yerli polisin təzyiqilə mübarizə aparan dindarları həbs etmək cəhdi baş tutmadıqda, hadisə yerinə xüsusi təyinatlılar cəlb olunub.
Əraziyə 7-8 maşın xüsusi təyinatlı gəldikdən sonra, dindarların vəhşicəsinə döyülməsinə start verilib.Qeyd edək ki, qarşıdurma zamanı 30-a yaxın dindar ciddi bədən xəsarətləri alıb. Sakinlər sözlərinə görə əraziyə gələn xüsusi təyinatlılar gözyaşardıcı qaz bombalarından istifadə edib və 40-dan çox dindarı həbs ediblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.