Keçmiş baş nazirlərdən Necmettin Erbakan bildirib ki, "AKP ilə CHP arasında heç bir fərq yoxdur. Onlar əkiz qardaşdırlar
04-09-2010 / 12:55
Faktxeber.com-un Türkiyəmediasına istinadən verdiyi məlumata görə, Erbakan Səadət Partiyasının seçkilərdə iqtidara gələrək yenidən ədalətli nizamı quracağını qeyd edərək bildirib ki, "Səadət Partiyası bir tərəfə, geriyə qalan 60 partiya bir tərəfə".
Erbakan, Səadət Partiyası İzmirdə Buca Birlik otelində təşkil edilən iftarda iştirak edib. Erbakan bildirib ki, Səadət Partiyası tərəfdarları insanlığın qurtuluşu üçün, bütün insanlığın səadəti üçün canla başla çalışmalıdır. Tarixdəki kimi səadət dünyasına çatacağıq. Və ya batil partiyalara, meyl edəcəyik. Artıq özümüzə qayıdırıq. Necə ki, kommunizm 80 il insanlara zülm etdi və batil olduğu üçün yox oldusa, faizçi kapitalizmdə yox olmağa məcburdur. Bunlar məhv olacaq ədalətli quruluş gələcək. Kim gətirəcək, siz. Şərəfiniz nə qədər yüksək olsa, məsuliyyətiniz də bir o qədər ağırdır. Türkiyədə 60 partiya var, proqramlarını alın oxuyun, mənəviyyatdan və insanlıqdan bəhs edən yalnız Səadət Partiyasıdır. Mənəviyyatsız səadət olmaz."
Türkiyədəki partiyaların apardığı siyasətə toxunan Ərbakan bildiri ki, "AKP ilə CHP arasında heç bir fərq yoxdur. Onlar əkiz qardaşdırlar. İkisi də Avropa birliyini dəstəkləyirlər. İkisi də tamamilə bu faizçi nizamın gözətçisidirlər, sionizmin kolleksioneridirləridir. Vergini artırıb xalqdan pulu yığb sionizmə verirlər. İnşallah qarşıdakı seçkilərdə yenidən qalib gələcəyik.və böyük Türkiyəni, yeni dünyanı quracağıq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.