Bu gün səhər 09:00 radələrində bir qrup vətəndaş "Beynəlxalq Qüds" günü ilə əlaqədar Fələstində qətliamlar törətmiş İsrail rejiminin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçiriməsi barədə sizlərə məlumat verilmişdi. FaktXeber.com-un verdiyi məlumata görə, İsrail səfirliyi qarşısında keçirilən aksiya zamanı həbs olunan 25 nəfər hələ də sərbəst buraxılmayıb. Məlumat üçün bildirək ki, saxlanılan nümayişçilər arasında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov da olub.
Son məlumatlara görə, Yasamal rayon 27-ci polis bölməsinə aparılan nümayişçilərdən 12 nəfəri Yasamal rayon Məhkəməsinə aparılıb. Onların arasında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov da var.
Qüds günü aksiyasında iştirak edən digər 7 nəfər isə, Sumqayıt şəhərində qeydiyyatda olduğu üçün bu şəhərin polis idarəsinə aparılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.