İsrail səfirliyinin qarşısında işğalçı rejimlərə qarşı şüar səsləndirən daha 60 nəfər Yasamal rayon Polis İdarəsinə aparılıblar
03-09-2010 / 09:51
FaktXeber.com-un verdiyi məlumata görə, bu gün səhər saatlarında bir qrup vətəndaş Beynəlxalq Qüds günü ilə əlaqədar Fələstində qətliamlar törətmiş İsrail rejiminin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçiriblər. Aksiyada işğalçı rejimlərə qarşı bir sıra şüarlar səsləndirilib. Aksiyada "İsrailə ölüm olsun!", "Qaniçən və işğalçı Ermənistana ölüm olsun!", "Fələstindən və Qarabağdan əl çəkin!" və sair bu kimi şarlarla çıxış edən aksiya iştirakçıları səfirliyin önündə toplaşaraq etirazlarını səsləndiriblər.
Aksiya bitdikdən sonra dağılışmağa başlayan insanların üzərinə polislər hücum çəkib və təxminən 30 nəfər həbs edilib. Həbs edilənlər arasında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov da var.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.