İki həftə əvvəl Hatayın Çevlik kəndində dəniz kənarında tapılan cəsədin, 3 çeçen liderin Türkiyədə edamı əmrini verən Rusiya hərbi kəşfiyyatı QRU-nun general Yuri İvanova aid olduğuməlum olub
01-09-2010 / 12:28
Faktxeber.com-un verdiyi məlumata görə, İki həftə əvvəl Hatayın Çevlik kəndində dəniz kənarında tapılan cəsədin, 3 çeçen liderin Türkiyədə edamı əmrini verən Rusiya hərbi kəşfiyyatı QRU-nun general Yuri İvanova aid olduğu məlum olub. Rusiya hərbi bazasını ziyarət üçün getdiyi Suriyada itən generalın çeçen terroristlər tərəfindən öldürüldüyü iddia edilir.
Vətən Qəzetinin xəbərinə görə, 52 yaşlı İvanov, avqust ayının əvvələrində Suriyanın Tartus şəhərində 2011-ci ildə açılacaq bazada hərbi araşdırmalar aparmaq üçün cangudənləri ilə birlikdə bu ölkəyə səfər edib. Bundan sonra Suriya kəşfiyyatı rəsmiləri ilə görüşmək üçün Suriya prezidenti Bəşşar Əsədin ailəsiylə birlikdə istirahət etdiyi Lazkiyə şəhərinə gedib. Və şəhərə getdikdən sonra generaldan bir daha xəbər gəlməyib.
On gün itkin olaraq axtarılan Rusiya generalının cəsədi, 16 avqustda Hatayın Çevlik kəndində dəniz kənarından tapılıb. Cəsəd o qədər dəyişmişdi ki, şəxsiyyətini müəyyənləşdirmək qeyri-mümkün idi. Şəxsiyyətini müəyyənləşdirmək üçün yeganə dəlil boynundakı xaçlı boyunbağı idi. Xarici İşlər Nazirliyi tərəfindən boyunda xaç olduğu ifadə edilən bir şəxsin cəsədinin tapılması xəbəri qonşu ölkələrə bildirilib. Ruslar, bu cəsədin itkin generala aid ola biləcəyi şübhəsiylə Hataya gəliblər. Və generalın Yuri İvanov olduğu müəyyənləşib.
ƏSRARƏNGİZ ÖLÜM
Suriyadakı Lazkiyə çimərliyi avqustda insanların axınına uğradığı üçün belə bir ölümün dənizdə baş verməsini şübhə altına alır.
ÜZGÜÇÜLÜK ÜZRƏ MÜTƏXƏSSİS İDİ
Rusiya mətbuatının verdiyi məlumatlarda bildirlir ki, Volqa çayı sahilində anadan olan və üzgüçülük üzrə mütəxəssis olan generalın boğulma ehtimalı çox aşağıdır. "Komsomolska Pravda" qəzetinin iddiasına görə, rus general edam əmrini verdiyi üçün çeçenlər tərəfindən qaçırılıb və öldürülüb. İsrail rejimi kəşfiyyatının saytı "Debka" isə bildirib ki, rus generalın cangudənlərinin məlumatı olmadan tək dənizə girib boğulma ehtimalı çox aşağıdır. Üzərkən boğulmuş olsa belə cangüdənləri ona kömək edərək dənizdən çıxarardılar. Cangüdənlərin dəniz kənarında huşsuz halda tapılması iddiaları çeçen sui-qəsdi iddiasını daha da gücləndirir.
ONUN ƏMRİ İLƏ 3 ÇEÇEN LİDERİ EDAM EDİLMİŞDİ
QRU tərəfindən dünya səviyyəsində çeçen terrorçularının lider heyətinə qarşı təşkil etdiyi əməliyyatlar 2000-ci ildə bir qədər sürət qazandı. 2001-2009-cu illərdə 9 çeçen lideri QRU komandoları tərəfindən öldürüldü.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.