Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

10 Yanvar

2017
09:38
468
2016-cı ilin ən yaxşı futbolçusu seçilib

FİFA bu gün 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb. Ötən ilin ən yaxşısı seçilənlər İsveçrənin Sürix şəhərində keçirilən qala gecədə mükafatlandırılıb.
 
Bakı vaxtı ilə saat 21:30-da start götürən tədbirdə 7 mükafatın sahibi bəlli olub.
 
“FİFA Fan mükafatı”nın qalibi “Borussiya” (Dortmund) və “Liverpul” azarkeşləri elan olunublar.
 
“FİFA ən yaxşı qadın məşqçisi” adını isə Silviya Neyd (Almaniya) qazanıb.
 
“FİFA Feyr-Pley mükafatı”nın sahibi də məlum olub. Builki qalib Sudamerikana Kubokunun final oyununa çıxmayaraq kuboku təyyarə qəzasına uğramış "Şapekoense"yə güzəştə gedən Kolumbiya təmsilçisi "Atletiko Nasyonal" olub.
 
“FİFA ən yaxşı kişi məşqçisi” nominasiyasında qalib Klaudio Ranyeri (“Lester”) olub. O, ötən mövsüm İngiltərədə çempionluq qazanmışdı.
 
“FİFA Puşkaş mükafatı” 2016-cı ilin ən gözəl qolunun müəllifinə təqdim olunub. Qalib isə Mohd Faiz Subri (“Penanq”) olub.
 
“FİFA ən yaxşı qadın futbolçusu” mükafatını isə Çarli Lloyd (ABŞ, “Hyuston”) qazanıb.
 
Əsas diqqət “FİFA ən yaxşı kişi futbolçusu” mükafatına yönəlib. "France Football" nəşrinin sorğusunda olduğu kimi "The Best" mükafatını da Kriştianu Ronaldo (Portuqaliya, “Real”) qazanıb.
 
Qeyd edək ki, tədbirin aparıcıları da məşhur simalar olub. FİFA tədbirə amerikalı aktrisa Yeva Lonqoriya və alman teleaparıcı Marko Şreyli dəvət edib.

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru