Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

20 Fevral

2017
10:55
1659
200 qadına təcavüz edən terrorçu ələ keçdi - VİDEO

FaktXəbər-in verdiyi məlumata görə, İraqda kürd döyüşçülər qadınlara kütləvi təcavüz edən İŞİD terrorçularından birini ələ keçirib. Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, ələ keçirilən İŞİD üzvü 21 yaşlı Əmmar Hüseyn adlı terrorçudur.

Terrorçu sorğu-sual zamanı İŞİDin işğal etdiyi ərazilərdə dəhşətli cinayətlərini etiraf edib: "Bizim əmirlərimiz (komandirlər) ələ keçirdiyimiz məntəqlərdə qadın və qızlarla cinsi əlaqədə olmağımıza icazə verirdilər. Mən özüm bu günə kimi 200 qadına təcavüz etmişəm. Bunu etməsək orada qalmaq mümkün olmazdı. Bizi düşərgələrdə insanları necə öldürməli olduğumuzu da öyrədirdilər. Əvvəlcə bu çox çətin olurdu. Amma sonradan əsirləri müxtəlif üsullarla öldürməklə bu barədə təcrübə qazanırdıq. Bizə həmçinin necə baş kəsməyi də xüsusi olaraq öyrədidilər".

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru