- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı iyunun 5-də elan edilən müsabiqəyə yekun vurulub.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, qanunvericiliyə uyğun keçirilən müsabiqənin qalibi “BakuBus” MMC olub:
“Əvvəlcədən nəzərdə tutulduğu kimi, hər iki marşruta dair sərnişindaşıma xidmətləri bir daşıyıcı tərəfindən icra ediləcək. Qeyd edilən marşrutların nömrələri 7A və 7B olaraq müəyyən edilməklə son dayanacaq məntəqələri də dəyişdirilib. 7A marşrutu üzrə avtobuslar Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası, 7B marşrutu üzrə isə Yeni Yasamal qəsəbəsi (“Qismət” ş.s) - “Əhmədli” metrostansiyası istiqamətində sərnişinlərə xidmət göstərəcək. Müsabiqə şərtlərinə uyğun olaraq, 7A və 7B marşrut xətlərinin fəaliyyəti yaxın günlərdə təmin ediləcək”.
O qeyd edib ki, vahid hərəkət cədvəli ilə xidmət göstərəcək marşrut xətlərində avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək:
“Bunu nəzərə alaraq, marşrut xətti üzrə təhlillər aparılaraq müvafiq dayanacaq məntəqələrində ödəmə terminalları quraşdırılıb. Həmçinin, yeni dayanacaq məntəqələri müəyyənləşdirilib”.
M.Ağayev xatırladıb ki, aparılan kompleks təhlillərlə 20 və 94 nömrəli marşrut xətlərinin ayrı-ayrı daşıyıcılar tərəfindən istismar edilməsi, hərəkət sxemlərinin üst-üstə düşməsi (20 Yanvar metrostansiyasından “8-ci km bazarı”na qədər) Ziya Bünyadov prospektində avtobus sürücüləri arasında mütəmadi olaraq ötmə əməliyyatlarının aparılmasına, tıxacların yaranmasına səbəb olub:
“Qeyd edilən marşrut xətləri üzrə avtobus sürücülərinin təhlükəli manevr və ötmə əməliyyatları etməsi səbəbindən dəfələrlə ağır yol nəqliyyat hadisələri də baş verirdi. Bununla yanaşı, hər iki marşruta aid avtobus sürücülərinin sərnişinlərlə etik davranış qaydlarını pozmaları və təhlükəsizlik tədbirlərinə riayət etməmələri barədə 141 Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər daxil olurdu.
Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır”.
- 23-02-2019 12:38 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə əlavə və dəyişiklik edilib
- 23-02-2019 11:33 Milli Məclisdə daha iki qanun layihəsi müzakirəyə çıxarılır
- 23-02-2019 10:30 Meşələrdə turistlərin hərəkəti üçün xüsusi cığırlar qoyulacaq
- 23-02-2019 09:59 Azərbaycanda müasir toxumçuluq laboratoriyası yaradılacaq
- 22-02-2019 16:48 "Azərsu" Şəmkir, Samux və Göyçay sakinlərini sevindirəcək
- 22-02-2019 14:20 İnam Kərimovun vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
- 22-02-2019 14:08 Azərbaycanda yağış, qar yağacaq - XƏBƏRDARLIQ
- 22-02-2019 11:52 Nazirlikdə yeni təyinatlar olub
- 22-02-2019 10:59 AZTV-nin yeni sədri bölgə müxbirini işdən azad etdi
- 22-02-2019 10:54 Bu il Azərbaycanda əhali növbəti dəfə siyahıya alınacaq
- 21-02-2019 19:59 Prezident bu təqaüdləri 220 manatdan 300 manata qaldırdı
- 21-02-2019 15:58 Bayıl sürüşmə zonasında 98 ev söküləcək
- 21-02-2019 15:22 Azərbaycan dilinə daxil olmuş yeni sözlərin sayı müəyyənləşib
- 21-02-2019 15:15 Real TV respublika yayımçısı ola bilər
- 21-02-2019 14:45 "Nar" ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
- 21-02-2019 14:27 Gömrükçülər 28 kq-dan artıq heroin aşkar edib
- 21-02-2019 14:17 Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
- 21-02-2019 12:57 Sabahın hava proqnozu açıqlanıb
- 21-02-2019 12:33 Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
- 21-02-2019 11:32 Fazil Məmmədov bizneslə məşğul olmağa başlayıb
- 21-02-2019 10:52 Azərbaycanda tikintiyə icazə verilməsi elektronlaşdırılıb
- 21-02-2019 10:31 Professor: "Dilin taleyi haqqında qeyri-peşəkarlar proqnoz verir"
- 20-02-2019 15:03 "Nar" 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
- 20-02-2019 14:39 Vergilər Nazirliyi ticarətçilərə müraciət etdi
- 20-02-2019 14:19 Seysmoloji Mərkəz 8 bal zəlzələ xəbərlərinə münasibət bildirib