1999-cu ildə Adnan Oktara ilk əməliyyat keçirən nazir danışdı

Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyul

2018
11:35
12381
1999-cu ildə Adnan Oktara ilk əməliyyat keçirən nazir danışdı

Türkiyədə Adnan Oktar təşkilatına qarşı keçirilən əməliyyat hələ də gündəmdədir. 1999-cu ildə təşkilata qarşı ilk əməliyyat həyata keçirən sabiq daxili işlər naziri Sadətdin Tantan bildirib ki, təşkilatın əlində uzun illərdir böyük bir arxiv var.

FaktXəbər-in məlumatına görə, Türkiyənin "Hürriyət" qəzeti yazır ki, Sadətdin Tantan təşkilat barədə danışarkən, "Adnan Hoca bir təriqət deyil, dinlə də heç bir əlaqəsi yoxdur. "Niyə 19 il gözlədilər" sualı ilə özünüzü yormayın. Hazırda bu əməliyyatı keçirənlərə dəstək vermək lazımdır. İctimai qınaq yaratmalıyıq ki, xalq bu əməliyyata sahib çıxsın. Heç kim buna qarşı durmasın, mane olmasın deyə sahib çıxmaq lazımdır. Çox çətin bir əməliyyatdır. Daxildən, xaricdən müdaxilə gələ bilər", - deyə bildirib.

"Türkiyədə texnologiyadan ən yaxşı istifadə edən təşkilat Adnan Hocanın təşkilatıdır", - deyən Tantan belə davam edib:

"Texniki izləmə ilə siyasəti və mətbuatı ələ alanlar bunlardır. Qəzet sahiblərindən redaktorlara, millət vəkillərinə qədər arxivlərində çoxlu sayda insanlar var. Texniki təqib üçün istifadə etdikləri texnologiya o zaman polisin əlində belə yox idi. Barələrində arxiv materialları topladıqları millət vəkilləri sonradan mənə təşəkkür etdilər."

Təşkilatın strukturuna dair açıqlama verən Tantan, "Gənc xanımlar, kişilər oraya necə qoşulub, kimlər dəstək verib? Buna adi bir maqazin xəbəri, kedicik hadisə kimi baxmamaq lazım deyil. Türkiyəni daxildən çökdürən, daxili və xarici mərkəzlərin istifadə etdiyi bir təşkilatdan bəhs edirik. Xilas olmaq istəyib, xilas olmayan çoxlu sayda insan da ola bilər. Varlı ailələr, alim, həkim, nüfuzlu şəxslər də universitetdə oxuyan uşaqlarını xilas edə bilmədikləri üçün çox qorxurdular. O zaman polis şikayətləri qəbul edir, amma səlahiyyət çərçivəsində bir iş görə bilmirdi. Adnan Hoca bir gün Atatürkçü olur, bir gün üç vaxt namaz qılmaqdan danışırdı. Bələdiyyə rəhbərliyi dövrümdə İstanbul polisi bununla əlaqədar operativ iş aparıb, nəticə yenə alınmadı. 1999-cu ildə TBMM-dən çıxanda üç yaraşıqlı gənc gördüm. Məni görən kimi pencəklərini düymələyib, sakit dayandılar. Kim olduqlarını öyrənəndə, Adnan Hocanın müridlərindən olduqlarını bildim. Daim oraya gəlib, deputatlarla gecə-gündüz söhbət etdiklərini öyrəndim. Dərhal polis rəisinə tapşırıq verdik. Prokurorlar və Polis İdarəsi üç ay ərzində dəlillər topladı. Dinləmələr həyata keçirildi və monitorinqlər aparıldı, xeyli məlumat, sənəd əldə etdilər. Hər şey tam məxfi şəkildə idi. Siyasi təzyiq olmasın deyə, aşkara çıxmasına mane olmağa çalışırdıq", - deyib.

 Adnan Oktar tutulmasaydı Azərbaycanda nələr baş verə bilərdi?! - VİDEO-FOTO 

"Belə bir şəbəkə daxili və xarici mərkəzlər tərəfindən dəstəklənməsə, iş görə bilməzlər", - deyən Tantan, "ağla gələn ilk sual bu olmalıdır: Dövlətin əsas alt quruluşu illərdir niyə geniş məlumat alma şəbəkələrini xalqının əli ilə həyata keçirmədi? Kim mane oldu, niyə mane olmaq istədi? Bütün bu silahlı və silahsız təşkilatlar illərlə Türkiyəni, türk xalqını, siyasəti təhdid etdiyi halda, Türkiyənin gücü bunu bir anda sıradan çıxarmağa çatdığı halda, nə üçün etmədi? Baxın, bu gün PKK-PYD-YPG-ni kim dəstəkləyir? NATO müttəfiqlərimiz Amerika başda olmaqla İngiltərə, Almaniya, İsrailin dəstəklədiyini bilirik. PKK-PYD-ni, FETÖ-nü kim istifadə edirsə, Adnan Hocanı da bundan ayrı düşünməyin. Harun Yəhya adı ilə yazdığı kitablar son dərəcə yüksək keyfiyyətdə kağızlarla çap edilir, başqa dillərə tərcümə edilib, pulsuz paylanılır. Qorxunc bir məlumat və informasiya müharibəsi deyilmi? Bunlara pul çatdırmaq olarmı? Bunları sizə xaricdə etməyə imkan verərlərmi?", - deyə əlavə edib.

Məqalədə : Adnan Oktar Harun Yəhya 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2018 10:40



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com