Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyul

2018
14:10
1026
199 nömrəli marşrut `BakıKart`a keçir

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 14.07.2018 tarixindən 199 nömrəli müntəzəm marşrut xətti üzrə (Xətai prospekti-Bakı Mühəndislik Universiteti) hərəkət edən avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.

"Gediş haqlarının “Bakıkart” vasitəsi ilə ödənilməsini təmin etmək üçün “Xaliq Faiqoğlu” şirkəti tərəfindən xəttə texniki baxımdan saz vəziyyətdə olan və validatorla təchiz edilən nəqliyyat vasitələri buraxılacaq. 199 nömrəli marşrut xəttinin hərəkət sxeminə uyğun dayanacaqlarda ödəmə terminallarının qoyulması ilə bağlı zəruri tədbirlər görülür. Bununla da nağdsız ödəniş sistemi ilə çalışan marşrut xətlərinin sayı 23-ə çatmış olur", - deyə məlumatda vurğulanıb.    

Məqalədə : BakıKart 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-07-2018 19:38



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com