FaktXeber.com-un verdiyi məlumata görə, Yunanıstanda nəqliyyat sektorunda bir neçə gündür davam edən tətil, həyatı iflic edib. Əczaxanalarda dərman çatışmazlığı problemi yaranıb, yanacaqdoldurma stansiyalarında benzin tükənib, on minlərlə ton qida maddəsi elektrik çatışmazlığından soyuducularda çürüyüb, turizm sektoru iflic durumdadır. Hökumət tətilə maneə yaratmaq üçün səfərbərlik elan edib. Tətil edən nəqliyyat sahiblərinin işləməyəcəyi təqdirdə həbs olunacaqları xəbərdarlığı edilib.
Xatırladaq ki, bir neçə gündür nəqliyyat sahibləri sektorda bazarın sabitləşdirilməsini istəyən hökuməti etiraz olaraq tətil elan ediblər.
Tətil ölkə iqtisadiyyatına milyonlarla dollar ziyan vurub.
Qanun uyğun olaraq işləməyən sürücülər həbs olunacaq, maşınları müsadirə ediləcək və sürücülük hüquqları ləğv olunacaq.
Nərgiz Nağıyeva: "İqbal Ağazadə həmişə böyük iddialarla yaşayan və böyük vədlər verib yanlış düşüncə sahibi olan biridir. Bu qədər ciddi işlərə qeyri-ciddi yanaşan adam yalnız cılız düşüncəyə sahib olan biridir"