Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatı və döyüş yoluna həsr olunmuş sənədli filmin çəkilişlərinə başlanıb. Lent.az-ın məlumatına görə, filmin ssenari müəllifi Büllur Cavadqızı, rejissoru Etibar Məmmədov, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır.
29-07-2010 / 11:13
Sənədli filmdə Mübariz İbrahimovun valideynləri, komandirləri, döyüş yoldaşları, Milli Qəhrəmanı yaxından tanıyan insanların fikirləri öz əksini tapıb. Qeyd edək ki, Qənirə Paşayeva və çəkiliş qrupu Biləsuvar rayonunda olaraq milli qəhrəmanın ailə üzvləri, yaxınları ilə görüşüblər və çəkilişlər aparılıb. Sentyabr ayının əvvəlində sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətinə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
M.İbrahimovun meyiti hələ də düşmənin əlindədir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.