Azərbaycan Rusiyadan 300 milyon dollar dəyərində C-300 zenit-raket kompleksini alır
29-07-2010 / 10:45
FaktXeber.com-un "Vedomosti" qəzetinə istinadən verdiyi məlumata görə, 2009-cu ildə Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın “Rosoboroneksport” şirkəti ilə 2 ədəd C-300 PMU-2 “Favorit” zenit-raket kompleksinin alınmasına dair müqavilə imzalayıb. Bu barədə “Vedomosti” qəzetinə müdafiə sənayesi müəssisələrindən birinin top-meneceri və zenit-raket kompleksinin hissələrinin istehsal olunduğu zavodlardan birinin meneceri məlumat verib. Menecer artıq müqavilənin yerinə yetirilməsinə başlandığını və yaxın 2 ildə reallaşa biləcəyini deyib. “Rosoboroneksport”un nümayəndəsi məsələyə şərh verməkdən imtina edib, Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov isə bu barədə məlumata malik olmadığını söyləyib.
“Moskow Defence”in redaktoru Mixail Barabanov bildirib ki, Azərbaycana satılan C-300 PMU-2 sisteminin qiyməti azı 300 milyon dollardır. Strategiyalar və Texnologiyalar Analizi Mərkəzinin direktoru Ruslan Puxov isə qeyd edib ki, Azərbaycan neft dollarları hesabına ordusunu müasirləşdirir və Ukraynadan, Belarusdan, İsraildən, CAR-dan silah alır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.