Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah günəşli hava şəraiti müşahidə ediləcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 36-39, bəzi yerlərdə 41, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq.
28-07-2010
İyulun 30-da günəşli hava proqnozlaşdırılır. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 24-27°, gündüz 36-39°, bəzi yerlərdə 41° təşkil edəcək.
İyulun 31-də də günəşli hava olacaq, şimal- şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-27°, gündüz 36-39° təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 29-da günəşli, şərq küləkli hava gözlənilir. Havanın temperaturu gecə 20-25°, gündüz 37-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 15-20°, gündüz 28-33° olacaq.
İyulun 30-31-də şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 37-40°, bəzi yerlərdə 42°, dağlarda gecə 15-20°, gündüz 29-34° təşkil edəcək.
Nərgiz Nağıyeva: "İqbal Ağazadə həmişə böyük iddialarla yaşayan və böyük vədlər verib yanlış düşüncə sahibi olan biridir. Bu qədər ciddi işlərə qeyri-ciddi yanaşan adam yalnız cılız düşüncəyə sahib olan biridir"