İngiltərədəki komissiyaya açıqlama verən keçmiş BMT silah nəzarətçisi Hans Blix: "ABŞ və İngiltərə İraq işğalını axmaq səbəblərə bağladı"
28-07-2010 / 14:01
FaktXeber.com-un verdiyi məlumata görə, İraqın işğal edildiyi 2003-cü ildə BMT silah nəzarətçiliyi edən Hans Blix, İngiltərədə İraq müharibəsini araşdıran komissiyaya ifadə verib. İşğalı "axmaqlıq" olaraq xarakterizə edən Blix, Amerika və İngiltərənin şübhəli kəşfiyyata güvəndiyini söyləyərək, işğalın axmaq səbəblərə bağlandığını bildirib.
ABŞ və İngiltərənin İraqın yaratdığı riskləri şişirtdiyini söyləyən Blix, "Kütləvi qırğın silahı yox idi. Biz xəbərdar etdik, amma bizi dinləmədilər" - deyib.
Amerikalıların hərbi hərəkat üçün çox istəkli olduğunu dilə gətirən Blix, "Birləşmiş Millətlər nəzarət etmək üçün yalnız 60 gün verirdi. Və mən bir az çaşmışdım. Düşünürdüm ki, işğal Türkiyə üzərindən yanvarda olacaq. Yəni nəzarət üçün çox qısa müddət verilmişdi. Bu plan işləmədiyinə görə, əlimizdə 3.5 ay vaxt var idi, amma Türkiyə üzərindən olsaydı işğal daha qısa müddətdə baş tutardı" -deyə əlavə edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.