"Bizim əlimizdə dəqiq məlumatlar var ki, ABŞ Orta Şərq üçün yeni bir ssenari hazırlayıb"
28-07-2010 / 13:56
Faktxeber.com-un Press tv-yə istinadən verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad müsahibəsində bildirib ki, Vaşinqton və İsrailin yaxın aylarda İrana təzyiq etmək üçün Orta Şərqdə üç ayda ən azı iki müharibə başlamağı planlaşdırır: "Bizim əlimizdə dəqiq məlumatlar var ki, ABŞ Orta Şərq üçün yeni bir ssenari hazırlayıb. Yeni ssenaridə əvvəlcə İran əleyhinə təbliğata başlanılacaq. Bu təbliğatda əsasən qonşu dövlətlərdən istifadə ediləcək. ABŞ-ın bu iki müharibədə məqsədi budur ki, İranın inkişafı və yüksəlişinə maneə törətsin. Əgər İran əleyhinə təbliğatlar nəticə verməsə, hərbi əməliyyatlara əl atmaq fikrindədirlər. Bununla da bölgədə İsrail rejimini qorumaq istəyirlər.
ABŞ və İsrail İrana qarşı dövlətlərdən istifadə etmək fikrindədir. Buna nümunə olaraq Rusiya prrzidentinin çıxışını göstərmək olar. Rusiya prezidenti son çıxışında bildirmişdi ki, İran atom silahı əldə etmək ərəfəsindədir. Bu isə ABŞ və İsrailin senarisinin ilk addımıdır. Mən Rusiyaya xəbərdarlıq edirəm ki, Vaşinqtonun əlində oyuncağa çevrilməsin."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.