Ona ingilis klubları ilə yanaşı, "Yuventus"dan da təklif gəlib
27-07-2010
Rusiya yığmasının qapıçısı İqor Akinfeyev karyearsını İngiltərə Premyer Liqasında davam etdirəcək. "Mançester Yunayted" və "Arsenal"dan təklif alan rus qolkiper London klubunun xeyirinə seim edib. "The Sun" qəzetinin xəbərinə görə, həmyerlisi və komanda yoldaşı Andrey Arşavin amilini nəzərə alan Akinfeyev "Arsenal"ın təklifinə müsbət cavab vermək niyyətindədir. Rus qapıçı açıqlamasında "Arsenal"la "Mançester Yunayted"in dünyanın ən böyük klubları olduğunu bildirib və bu klublarda oynamağın qürurverici olduğunu deyib. O, eyni zamanda ingilis klubları ilə yanaşı, "Yuventus"dan da təklif aldığını qeyd edib.
Qeyd edək ki, Akinfeyev 2003-cü ildən Moskva ÇSKA-sının formasını geyinir və indiyədək 180 oyunda komandanın qapısını qoruyub. Moskva klubunun heyətində 3 dəfə Rusiya çempionu, 4 dəfə ölkə kubokunun və 4 dəfə Super Kubokun qalibi olan qolkiper 2004/2005 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırıb. 2004-cü ildən 40 dəfə Rusiya millisinin formasını geyinən Akinfeyev 2008-ci ildə Avropa çempionatının bürünc medalını qazanıb.
Nərgiz Nağıyeva: "İqbal Ağazadə həmişə böyük iddialarla yaşayan və böyük vədlər verib yanlış düşüncə sahibi olan biridir. Bu qədər ciddi işlərə qeyri-ciddi yanaşan adam yalnız cılız düşüncəyə sahib olan biridir"