KOMİTET 300: DÜNYA HÖKÜMƏTİNİN SİRLƏRİ (XXIII yazı)
Böyük Britaniya banklarına nəzarət edən plutokratiya pul cilovlarını əlində tutmuşdu və indi olduğu kimi, o vaxt da özünün çirkli biznesi üçün etibarlı pərdə (örtük) təşkil edirdi. Heç kim heç vaxt onların çirkli əllərindən tuta bilməyib. Əgər iş düzgün getməsə, bu halda həmişə onların günahı öz üzərinə götürən adamları olub və bu indi də belədir. O vaxt da, indi də narkotika ticarəti ilə əlqələr gizlin olub. Böyük Britaniyanın Komitet 300-ə daxil olan "əsl-nəcabətli" ailələrinin üzvlərinin üzərinə heç kim heç vaxt yüngülcə kölgə də sala bilməyib.
Böyük əhəmiyyət kəsb edən məsələ budur ki, bu nəhəng imperiyaya Parlamentin yalnız 15 üzvü nəzarət edirdi; onların içərisində ən görkəmliləri Ser Çarlz Barri və Çemberlenin ailələri idi. Bu maliyyə superlordları əməliyyatları Argentina, Yamayka və Trinidad kimi yerlərdə keçirirdilər ki, buralar narkotika ticarəti sayəsində onlar üçün dibi olmayan qazanc mənbəyinə çevrilmişdi. Britaniyalı plutokratlar quldan azacıq yüksək pul ödəməklə bu ölkələrdə nifrətlə “buyerli” (ruscada “tuzemtsı”) adlandırdıqları adamlar saxlayırdılar. Karib hövzəsi ölkələrində həyata keçirilən narkotika ticarətində çoxları nəhəng varidat toplamışdı.
Plutikratlar “Trinidad Leaseholds Limited” kimi kompaniyaların arxasında gizlənirdilər, lakin onların REAL MƏQSƏDİ həmişə narkotika olub və bu, indi də belədir. Biz heç olmasa bu nümunədə indi də bunu görə bilərik ki, Yamaykanın Ümumi Daxili Məhsulu (ÜDM) demək olar tam həcmdə qanca satışından (qanca – güclü təsirə malik marixuana növü) ibarətdir. Qanca ticarətinin mexanizmi David Rokfeller və Henri Kissincer tərəfindən “Karib hövzəsi təşəbbüsü” adı altında yaradılmışdı.
Çində tiryək ticarəti ilə bağlı əsl həqiqət yaxın vaxtlara qədər tamamilə naməlum idi. Bu hadisə həmişə mümkün qədər məxfi saxlanılırdı. Çinlilərin tiryək çəkməyi nə üçün belə çox sevdiyini keçmiş tələbələrimin bir çoxu məndən tez-tez soruşurdu? Əldə edilməsi mümkün olan ziddiyətli mənbələrə əsaslanaraq onlar Çində əslində nə baş verdiyindən qətiyyən baş çıxara bilməzdilər. Onların əksəriyyəti düşünürdü ki, çinli fəhlələr sadəcə olaraq tiryəki bazardan alıb çəkir, ya da sayı minlərlə olan tiryəkxanadan birinə gedir və öz dəhşətli həyatlarını bu yolla müvəqqəti də olsa unudurdular.
Həqiqət isə ondan ibarətdir ki, Çinə tiryəkin gətirilməsində Britaniya inhisara malik idi. Bu, Britaniya hökümətinin RƏSMİ inhisarı və Britaniyanın rəsmi siyasəti idi. Çində həyata keçirilən Hind-Britaniya tiryək ticarəti ən ciddi sirrlərdən biri idi. Onun ətrafında “Hindistan xəzinələri”, Redyar Kiplinqin gözəl qələmə aldığı kimi, Britaniya ordusunun “İmperiyanın” şərəfinə göstərdiyi şücaətlər haqqında boş əfsanələr və hekayələr, eləcə də viktorian İngiltərəsində yüksək cəmiyyətin qonaq otaqları üçün gətirilən Çin çayı yükü ilə okeanlarda şütüyən “çay klipperləri” haqqında nağıllar qoşulurdu. Gerçəklikdə isə Britaniyanın Hindistanı işğal etməsi və Britaniyanın Çində apardığı “Tiryək Müharibələri” Qərb sivilizasiyasının tarixinin ən qaranlıq səhifələrindəndir.
Britaniyanın hökmranlığı dövründə Hindistanın gəlirlərinin demək olar 13 %-i Britaniyanın nəzarəti altında Çində fəaliyyət göstərən tiryək yayıcılarına satılan yüksək keyfiyyətli Banqladeş tiryəkindən əldə olunurdu. Müasir “Bitlz” kimi, “Çin Daxili Missiya”sı tiryəkin kasıb çinli fəhlələr (onlar bu adamları kuli adlandırırdılar) arasında istifadəsini dəbə mindirmək istiqamətində çox böyük iş gördü. Eynilə ABŞ-da narkoman-yeniyetmələr kimi, bu narkomanlar da öz-özünə havadan meydana gəlməmişdi. YADDA SAXLAYIN: HƏM BUNLARİ, HƏM DƏ ONLARI MƏQSƏDYÖNLÜ SURƏTDƏ TƏRBİYƏ ETMİŞDİLƏR. Çində əvvəl tiryək bazarı yaradılmış və bundan sonra bu bazar Banqladeşdə istehsal edilən tiryək ilə doldurulmuşdu. Eyni qaydada ABŞ-da da marixuana və LSD bazarı əvvəl yuxarıda göstərilən metodlarla yaradılmış, sonra da britaniyalı plutokratlar və onların amerikalı qohumları Böyük Britaniya bank isteblişmentinin superlordlarının köməyi ilə bu bazarı tutmuşdular.
Gəlirli narkotika ticarəti – bu, insanların bədbəxtliyində pul qazanmağın ən pis nümunələrindən biridir. Başqa bir nümunə - bu, Rokfellerə məxsus olan, lakin əsas kompaniyaları İsveçrədə, Fransada və Böyük Britaniyada fəaliyyət göstərən və “Amerika Səhiyyə Assosiasiyası” (ASA) tərəfindən tam şəkildə dəstəklənən farmasevtik kompaniyalar tərəfindən əsas etbarilə ABŞ-da həyata keçirilən narkotiklərin leqal satışıdır. Dopinq və narkotiklərlə aparılan çrkli sövdələşmələrin verdiyi pullar London Sitisindən, eləcə də Honkonqdan, Dubaydan və İsrailin Livana daxil olması sayəsində yaxın vaxtlardan bu ölkədən axır.
Bütün bunları şübhə altına alanlar da tapılacaq. Onlar deyəcəklər: “Faynenşl Tayms” qəzetindəki işgüzar məqalələrə baxın və deməyin ki, bütün bunların narkotika ticarətinə aidiyyatı var”. ƏLBƏTTƏ VAR, lakin düşünməyin ki, İngiltərənin əsl-nəcabətli lordları və lediləri bu faktı reklam edəcəklər. “Britaniya Ost-Hind Kompaniyası”nı xatırlayırsınızmı? Rəsmi olaraq onun bütün biznesi çay ticarətindən ibarət idi!
Londonun “Tayms” qəzetinin Böyük Britaniya publikasına bunu deməyə heç vaxt cəsarəti çatmayıb ki, çay ticarətində NƏHƏNG GƏLİR qazanmaq mümkün deyil. Eyni ilə bu parlaq qəzet Londonun feşenebelli klublarında vaxt keçirən və ya “Kral Vindzor Klubu”nda polo oynayanların cidd-cəhdlə həyata keçirdikləri tiryək ticarəti və yaxud da İmperiyaya xidmət etmək üçün Hindistana yollanan zabit-centlemenlərin öz maaşlarını İSTİSNASIZ olaraq tiryəkə vərdiş etdirilən milyonlarla çinli kulinin dərdi bahasına əldə olunan böyük gəlirlərdən alması haqqında heç kəkələyə də bilməzdi.
Tiçarəti məşhur “Britaniya Ost-Hind Kompaniyası” (bundan sonra BOHiK) həyata keçirirdi. BOHiK-in ABŞ-ın siyasi, dini və iqtisadi işlərinə bezikdirici müdaxiləsi 200 il ərzində bizə baha başa gəlib. Kompaniyanın üç yüz üzvü qalan bütün bəşəriyyətdən bir pillə yuxarıda dururdu. Onların qüdrəti elə əzəmətli idi ki, lord Bertran Rassel bununla bağlı belə demişdi: “Allahın göylərdə problemi meydana çıxanda, onlar Allaha da məsləhət verə bilərdi”. Ötən illər ərzində nəyin isə dəyişdiyini ehtimal etməyinə dəyməz. Komitet 300-ün üzvləri EYNİLƏ HƏMİN MÖVQENİ TUTUBLAR və bax buna görə də onlar tez-tez özlərini “Olimpiyaçılar” adlandırırlar.
Bir müddət sonra “Britaniya Ost-Hind Kompaniyası”na Britaniya taxt-taçı, yəni, kral ailəsi də qoşuldu. Taxt-tac, necə deyərlər, “daşınma rüsumları” vasitəsilə, yəni, Kompaniyanın ixracına nəzarət etməklə BOHiK-i Banqladeşdə, eləcə də Hindistanın başqa yerlərində tiryək istehsalı işində istifadə edirdi. Başqa sözlə, taxt-tac dövlət orqanlarında tələb olunan şəkildə qeydiyyata alınan tiryək istehsalçılarından və Çini tiryək ilə təchiz edənlərin hamısından vergi tuturdu.
Ticarətin hələ “qeyri-leqal” olduğu – bu söz tiryək istehsalçılarından daha çox pul qoparmaq üçün istifadə olunurdu - 1896-cı ilə qədər ticarəti dayandırmaq üçün kiçicik belə cəhd də edilmirdi; Hindistandan çox böyük həcmdə tiryək “çay klipperlərində” - yelkənli gəmilər, onların Hindistan və Çindən London birjalarına guya çay daşıdıqları haqda əfsanə və rəvayətlər qoşulmuşdur – daşınmışdı.
Kompaniyanın lordları və lediləri o dərəcədə qudurmuşdilar ki, onlar ABŞ-da Vətəndaş Müharibəsi dövründə bu ölümcül maddəni İttifaqın və Konfederasiyanın ordularına ağrıkəsici vasitə adı altında satmağa da cəhd etmişdilər. Onların planının baş tutacağı təqdirdə nə baş verə biləcəyini təsəvvür etmək çətin deyil! Yüz minlərlə əsgər tiryək dəminə aludə olub döyüş meydanını tərk edərdi. Bir müddət sonra “Bitlz” milyonlarla yeniyetmə və gənc insanın narkomana çevrilməsində daha böyük uğur qazandı.
Bədbəxt çinli kulilərə tiryək satışından “Britaniya Ost-Hind Kompaniyası”nın seyflərinə axan nəhəng pul məbləğləri banqladeşli tacirləri və onların britaniyalı nəzarətçilərini və bankirləri piyləndirib və azğınlaşdırmışdı. BOHiK-in hətta həmin illərdəki qazancı belə “Ceneral Motors”, “Ford” və “Kraysler” kompaniyalarının çiçəkləndikləri dövrdəki birgə qazancından çox idi. 1960-cı illərdə narkotika istehsalından nəhəng gəlir götürülməsi işi LSD-nin istehsalçısı “Sandos” (Sandoz), valiumun istehsalşısı “Hoffman la Roş” (“Hoffman la Roche”) kimi narkotik ölümün “leqal” tacirləri tərəfindən davam etdirilmişdi. “Hoffman la Roş” kompaniyası üçün valiumun xammalı və istehsalı bir kiloqram üçün 3 dollar təşkil edir. Kompaniya məhsulunu distribütorlara kiloqramı 20.000 dollara satır.Valium son istehlakçıya çatanda bir kiloqramının qiyməti 50.000 dollara qədər yüksəlir. ABŞ-da və Avropada valium çox böyük həcmlərdə istifadə olunur. Ola bilsin ki, valium dünyada bu növdən olan ən geniş yayılan narkotikdir.
“Hoffman la Roş” eyni şeyi “C” vitamini ilə də edir. Belə ki, onun istehsal xərcləri bir kiloqram məhsul üçün bir sentdən də ucuzdur. Vitamin “C” 10.000 % gəlirlə satılır. Avropa İqtisadi Birliyinin qanunlarına zidd olaraq digər istehsalçılarla inhisar sövdələşməsinə girən bu cinayətkar kompaniya ilə bağlı dostum həyacan təbili vurunda onu İsveçrə-İtaliya sərhəddində tutdular və türməyə saldılar. İsveçrə polisi onun həyat yoldaşını hədə-qorxularla intihara çatdırdı. Onun vəziyyəti haqda məlumat alınandan dərhal sonra o, Böyük Britaniyanın təbəəsi kimi, Böyük Britaniyanın Berndə konsulu tərəfindən xilas olundu; onu azadlığa buraxdılar və ölkədən sürgün etdilər. O, “Hoffman la Roş” kompaniyasının sirrlərini açmağa cəsarət etdiyinə görə öz həyat yoldaşını və təqaüdünü itirdi. İsveçrəlilər sənaye cəsusluğu haqqında öz qanunlarına çox ciddi əməl edirlər.
İsveçrə dağlarının xizək cığırlı yamacları, gözəl keşikçiləri, bakirə dağları və bahalı saatları ilə bağlı al-əlvan reklam prospektlərini görəndə bütün bunları yada salın. Əsl İsveçrə bütün bunlarda deyil. Əsl İsveçrə - ən iri İsveçrə bankları tərəfindən həyata keçirilən saysız milyardlarla çirkli dollarların yuyulması, Komitet 300-ün bayrağı altında “leqal” narkotika istehsalıdır. İsveçrə - qlobal fəlakət dövründə onların pulları və gövdələri üçün əsas “sığınacaqdır”.
Sizi xəbərdar edirəm: bu mənfur fəaliyyətlə bağlı istənilən informasiyanın açılması üçün böyük xoşagəlməs hadisələrə düçar qalmaq olar. İsveçrə bunu “sənaye cəsusluğu” kimi nəzərdən keçirir və buna görə beş illik müddətə türmə nəzərdə tutulur. Daha təhlükəsiz olanı budur ki, İsveçrənin çirkli bank mətbəxinə nəzər salmağa cəhd etmək əvəzinə, onu gözəl təmiz ölkə kimi qəbul etdiyini göstərəsən.
1931-ci ildə Böyük Britaniyanın “Böyük beşlik” adlandırılan kompaniyasını idarə edən direktorlar narkopulların yuylması işində fəaliyyətləri müqabilində İngiltərənin Peri adına layiq görüldülər. Bu qərarı kim çıxartmışdı və onları bu şərəfə kim layiq görmüşdü? Dünya narkoticarətində həlledici mövqe tutan həmin şəxslərə bu iltifatı İngiltərənin kraliçasının özü göstərmişdi. Bu dəhşətli biznesdə iştirak edən Böyük Britaniya banklarının siyahısı burada göstərilmək üçün çox böyükdür, lakin onlardan ən mühümlərinin bir neçəsinin adını çəkmək lazımdır:
“The British Bank of the Middle East” (“Britiş bank of ze Middl İst” — “Britaniya Yaxın Şərq Bankı”).
Sərdar Səlaloğlu: "ATƏT və Avropa Şurası Azərbaycanda demokratikləşməyə heç bir kömək etməyəcək, hələ 2005-ci il parlament seçkiləri Avropa Şurasında müzakirə olunmayıb"