Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
15:40
18 deputat İran parlamentindən istefa verib - FOTO

İran parlamentinin 18 deputatı istefa haqqında qərar imzalayıblar. 

Faktxeber.com məlumat verir ki, səbəb kimi su kəmərlərinin maliyyələşdirilməsinin 2019-cu ilin büdcəsindən çıxarılmasıdır. 

Bu barədə İsfahan şəhəri yaxınlığındakı Firidunşəhrdən millət vəkili seçilmiş Əkbər Türki məlumat verib. 

O, istefa verən deputatların hamısının İsfahanı təmsil etdiklərini söyləyib. Qərar, prezidentin verdiyi sözə əməl etmədiyinə etiraz olaraq verilib. 

İsfahanın digər deputatı Nasir Musəvi Lərgani də Prezident Həsən Ruhaninin su təchizatı məsələsinin həll olunacağı barədə həmyerlilərinə verdiyi vədə əməl etmədiyini və Zəyəndəh çayının qurumasına qarşı heç bir tədbir görülmədiyini vurğulayıb. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : İran parlamenti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 09:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com