Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Sentyabr

2017
10:05
2725
16 İLLİK SİRR - MKİ-nin sabiq əməkdaşı: 11 sentyabrda Ümumdünya Ticarət Mərkəzinin binasını biz partlatmışıq - VİDEO

ABŞ-ın Nyu-York ştatında yerləşən Ümümdünya Ticarət Mərkəzinin partladılmasından 16 il keçir. Hadisənin günahkarı kimi Əl-Qaidə terror təşkilatı göstərilsə də, bu günə kimi əsl səbabkar gizli qalıb. 

Yerli vaxtla saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Həmin qüllələr təyyarə hücumuna qarşı durmaq üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdıldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.

Ümumdünya Ticarət Mərkəzinin 7 saylı binasının partladılması əməliyyatı digərlərindən çox fərqlənirdi, çünki elə iş görülməli idi ki, bu nəzarətli dağıdılma işinə oxşamasın"

Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.

Sözügedən hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması və dünyada intensiv anti-İslam təbliğatının aparılması üçün bəhanə oldu.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin istefada olan  agenti  Malkolm Hovard bu yaxınlarda Nyu-Cersi xəstəxanasında ağır xəstəlikdən müalicə alaraq çıxdıqdan sonra isə bir sıra gözlənilməz bəyanatlar səsləndirib. O bildirib ki, yaşamasına cəmi bir neçə həftə qalıb və buna görə də etiraflar etmək istəyir. FaktXəbər-in "Yournewswire"a istinadən məlumatına görə, Hovard bildirib ki, 11 sentyabr hadisələri zamanı  dağılan  Ümumdünya Ticarət Mərkəzinin 7 saylı binasının «nəzarətli dağıdılması»nda iştirak edib.

MKİ-də 36 il operativ kimi çalışan Hovardın sözlərinə görə, mühəndislik təcrübəsinə və bundan əvvəl biznesdə rekonstruksiya işləri üzrə karyerasına görə MKİ-nin yüksək rütbəli agentləri onu bu layihəyə cəlb ediblər.

Hovard bildirir ki, alışqan ölçüsündən tutmuş 80 mərtəbəli binalara qədər olan yerlərə partlayıcı qurğu  yerləşdirməkdə çox təcrübəlidir. O, 1997-ci ilin may ayından 2001-ci ilin sentyabr ayınad kimi MKİ-nin "Yeni əsr" adlandırılan  əməliyyatı üzərində işləyib: "Bu MKİ-nin hələ "yuxarıdan" fərmanları yerinə yetirdiyi dövrlər idi."

Hovardın sözlərinə görə, binanın uğurlu dağıdılması tapşırılan 4 operativdən ibarət qrupun üzvü olub.

Hovardın sözlərinə görə, Ümumdünya Ticarət Mərkəzinin 7 saylı binasının partladılması əməliyyatı digərlərindən çox fərqlənirdi, çünki elə iş görülməli idi ki, bu nəzarətli dağıdılma işinə oxşamasın.

O bildirir ki, həmin vaxtlar  yalanla bağlı vicdan əzabı çəkməyib: "Siz patriot olanda MKİ, yaxud Ağ Evin  motivasiyasını şübhə altına qoymursuz. Elə düşünürsüz ki, bütün bunlar ümumi mənafe üçündür. Onlar mənim kimi yaxşı, sədaqətli insanlar  seçirlər… Sonradan iyrənc söhbətlər ortaya çıxanda isə qəlbim onlardan qırıldı."

Binanın dağıdılmasına gəldikdə isə Xorvar deyir: "Bu, partlayıcı ilə klassik nəzarətli partlayış idi. Partlayıcı maddə kimi biz çox nazik hərbi nanotermit kompozisiya materialından istifadə etdik. İşin çətinliyi onda idi ki, heç bir şübhə çəkmədən binaya minlərlə funt partlayıcı maddə, qoryucu və yandırma mexanizmləri gətirilməli idi. Ancaq 7 saylı binanın demək olar ki, bütün ofislər  MKİ-nin, Məxfi Xidmətin, yaxud hərbçilər tərəfindən icarəyə göütürülmüşdü ki, bu da işi asanlaşdırdı."

"Bu, yaxşı heç nə ilə nəticələnmədi. Bu bizim arzuladığımız  Amerika deyil", - deyə o, əlavə edib.

Məqalədə : 11 Sentyabr 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru