Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
13:26
987
142 Çağrı mərkəzi 147 zəngi zavablandırıb

2018-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə vətəndaşlar tərəfindən 147 min 484 müraciət daxil olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, vətəndaşlar əsasən sosial təminat növləri, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, pensiya təyinatı, elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı müraciət ediblər.

Ümumi müraciətlərin 95,5 faizi və ya 12 min 218-i sorğu xarakterli olub və sorğuların hər biri ilə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.

Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Görülən tədbirlər barədə də vətəndaşlara məlumatlar verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölkədə yumurta istehsalı artırılacaq

22

May
22:39
İQTİSADİYYAT
631

Onlar ali məktəbə imtahansız qəbul olunacaq

22

May
15:30
ELM / TƏHSİL
1173
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 02:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru