Bir çox baş nazirin etmədiyini İsmayıl Haniyyə embarqoya məruz qalmış və ağır şərtlər altında həyata keçirib
11-03-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Fələstinin baş naziri İsmayıl Haniyyə Qəzza xalqına gözlənilməz sürpriz edib. Bir çox baş nazirin etmədiyini İsmayıl Haniyyə embarqoya məruz qalmış və ağır şərtlər altında həyata keçirib. Qeyd edək ki, İsmayıl Haniyyə mühazəçiləri ilə birlikdə Qəzza ərazisində gəzinti təşkil edərək, qarşısına çıxan biznesmen, şagird, idmançı və polis əməkdaşları ilə söhbət edib.
Məlumat üçün bildirək ki, gəzinti zamanı futbol oynayan gənclərə yaxınlaşan Haniyyə, adəti üzrə kənarda qalmayaraq onlarla birlikdə futbol oynayıb.
Baş nazir həmçinin gəzintisi əsnasında Qəzza sərhədində keşik çəkən müqavimətçiləri də unutmayıb. Müqavimətçilərlə bir müddət görüşən Haniyyə, onlarla dərdləşib və öz təşəkkürünü bildirib.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"