BMT-nin Haitidəki nümayəndəsi Edmond Mullet adada çadıra tələbatın olduğunu deyib
10-03-2010
FaktXeber.com-un verdiyi məlumata görə, bu il yanvar ayının 12-də baş vermiş zəlzələ nəticəsində Haiti adasında hələdə yardıma ehtiyacılı insanlar mövcuddur. Ərazidə insanlar arasında çadıra, geyimə və ərzaq hələ möhtac olan insanlar vardır. Qeyd edək ki, dünyanın əksər ölkəsindən gələn yardımlara baxmayaraq, Haitidə problemlər tam həll olunmayıb. Nəzərinizə çatdıraq ki, yanvarın 12-də baş vermiş zəlzələ nəticəsində adada həyatını BMT-nin 101 əməkdaşının anma mərasimində iştirak etmək üçün Nyu-Yorka gələn qurum rəsmisi, mövcud vəziyyətlə bağlı məlumat verib. BMT-nin Haitidəki nümayəndəsi Edmond Mullet adada çadıra tələbatın olduğunu deyib və bildirib ki, “Yaxın həftələrdə adada yağış mövsümünün başlayacağı gözlənilir. Zəlzələdən zərərçəkənlərin bir çoxu hələ də çadırla təmin edilməyib. Paytaxt Port-o-Prinsdə evsizlər üçün çadırlardan ibarət 900 “ev” quraşdırılıb”. BMT nümayəndəsi zəlzələ nəticəsində ölənlərin sayını dəqiqləşdirməyə çətinlik çəkdiklərini, ancaq bu rəqəmin 230 mindən az olmadığını qeyd edib.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"