Azərbaycan əsgərlərinin bir-birini güllələməsi adi hal alıb
09-03-2010
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını öldürüb. APA-nın məlumatına görə, hadisə bu gün Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Bakı şəhəri, Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Vasif Rasim oğlu Əliyevin əlindəki avtomat silahdan qəflətən açılan atəş onun əsgər yoldaşı, Göyçay rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Elçin Məmmədova dəyib. E. Məmmədov yerindəcə dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, artıq baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"