Amerikada 11 sentyabr 2001-ci il hadisələrini araşdıran mütəxəssislər, Amerikanın yüksək səviyyəli səlahiyyətlilərini xəyanətdə günahlandırıb
09-03-2010 / 17:11
FaktXeber.com-un verdiyi məlumata görə, Amerikanın "Free Press" jurnalı, "11 sentyabr 2001-ci il hadisələrini araşdıranları Amerikanın yüksək səviyyəli səlahiyyətlilərini xəyanətlə günahlandırır" başlığı ilə dərc etdiyi məqalədə, min nəfər memar və mütəxəssisin hadisəylə əlaqədar Amerika rəhbərliyinin yaydığı məlumatı araşdırdığını, ancaq amerikalı səlahiyyətlilərin açıqlamalarından razı qalmadıqlarını, buna görə də hadisəylə bağlı faktların yenidən araşdırılmasının gərəkliyinə toxunulub.
Məqalədə dünya ticarət mərkəzinin partlayıcı maddələrlə çökdürüldüyünə dair dəqiq məlumatların əldə olduğu, amerikalı memar və mütəxəssislərin ABŞ-ın yüksək səviyyəli səlahiyyətlilərini xain olmaqda günahlandırdığı bildirilir.
Xatırladaq ki, Amerika rəhbərliyi, 11 Sentyabr hücumunu terror hücumu kimi göstərmiş, daha sonra isə bu hadisələrdə Əfqanıstanı günahlandıraraq, sözügedən ölkəni və İraqı işğal etmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.