Qarabağ Azadlıq Təşkilatı (QAT) ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərara etiraz olaraq bəyanat yayıb
09-03-2010
Müəlliflər bu qərarı ədalətsiz saymaqla yanaşı, ABŞ-ın Azərbaycana və Türkiyəyə münasibətdə “ikiüzli və qeyri-şəmimi” siyasətinin göstəricisi kimi dəyərləndirirlər. “ABŞ-ın Ermənistanı işğalçı kimi tanımaq, Xocalı soyqırımını görmək istəməməsi, qondarma “erməni soyqırımı”nı bu qədər qabartması dediklərimizin təsdiqidir”, - deyə müəlliflər fikirlərini əsaslandırırlar.
Daha sonra qərarın qəbul edilməsinə səs verən konqresmenləri ittiham edən müəlliflərə görə, bu şəxsləri erməni lobbisi pul və digər vasitələrlə ələ alıb. “Bu qərar Türkiyə hökumət və diplomatiyasının yanlış yolda olduğunu göstərdi, bu günə qədər ABŞ-ın sifarişlərini yerinə yetirən, ölkə daxilində millətçi qüvvələrə divan tutan, hətta dövlətin mahiyyətini belə dəyişmək istəyən Gül-Ərdoğan-Davudoğlu “üçlüyü”nün siyasəti məhz bu nəyicəyə gətirdi”, - deyə müəlliflər rəsmi Ankaranı da tənqid və ittiham hədəfinə çevirirlər.
Bununla yanaşı, müəlliflər hesab edirlər ki, Azərbaycan və Türkiyə hökumətləri ABŞ-la münasibətlərə yenidən baxaraq, bu münasibətlərdə milli maqarların önə çəkilməsinə nail olmalıdır.
Bundan əlavə, sənəddə rəsmi Ankaraya Qərb dövlətlərinin “erməni soyqırımı”nı tanıma kimi şantajlarına etinasız yanaşmaq, Sürix protokollarının ratifikasiyasından, Ermənistanla münasibətlərin normallaşdırılmasından, rəsmi Bakıya isə ABŞ-ın Minsk qrupundakı həmsədrlik və vasitəçilik missiyasından imtina etmək tövsiyyə edilir. /TURAN/
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"