Faktxeber.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, spirt və siqaretə hər il on minlərlə qurban verən Rusiyanın ən böyük kabuslarından biri də narkotikdir. Rusiya Səhiyyə Nazirliyinin məlumatlarına görə ölkədə 1,5 milyon narkotik aludəçisi var
09-03-2010
Rəsmi rəqəmlər isə 500 mini keçib. Rusiya hər il narkotikə 30 min qurban verir. Rusiya Səhiyyə Nazirliyi narkotik ilə mübarizə bölməsinin mütəxəssisi Yevgeni Briun Ria Novostiyə verdiyi açıqlamada bildirib ki, Rusiyada 1,5 milyondan çox narkotik aludəçisi var. Bunların böyük əksəriyyəti eroindən istifadə edir.
Ən dəhşətli nəticə isə universitetlərdədir. Məktəblərdə oxuyan şagirdlərin 30 faizi narkotik, eroin aludəçisidirlər.
Rusiyalı rəsmilər bildiriblər ki, ABŞ Əfqanıstanı işğal edəndən sonra narkotik alverçiləri artıb. Bölgədə eroin və narkotikdən ən çox təsirlənən ölkələr arasında Rusiyanın adı ilk sırada gəlir.
Spirt və siqaretə bağlı xəstəliklərdən 1 milyon adamın həyatını itirdiyi Rusiyada 30 min qurban da narkotikə verilir.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"