Amerikalı əsgərlər, Əfqanıstanın Helmand əyaləti əməliyyatında Amerika əsgərləri tərəfindən öldürülən əfqan uşaq və ya böyüyün qan bahası olaraq 1500-2500 dollar arası bir məbləğ ödəyəcəklərini açıqlayıblar.
FaktXeber.com -un məlumataına görə, amerikalı hərbi səlahiyyətlilər, Əfqanıstanın Helmand əyalətində təşkil etdikləri birgə əməliyyat əsnasında həyatlarını itirən və ya yaralanalar üçün müəyyən qiymətlər təyin etdiklərini açıqlayıblar.
Kabildə nəşr olunan "Sernivişt" qəzeti bu xəbəri yayımlayaraq, Əfqanıstan vətəndaşları üçün Amerika ordusu tərəfindən təyin olunan qanpulu taarifini bu şəkildə göstərib: "Əgər ölən tərəf, əfqanlı bir uşaq və ya yaşı böyük bir şəxsdirsə, (qanpulu olaraq) 1500-2500 dollar, əgər əli və ya ayağını itirmiş, yaxud yaralanmışsa 600-1500 dollar, əgər avtomobil və ya buna bənzər bir nəqliyyat vasitəsi zədələnibsə 500-2500 dollar, əgər tarla korlanmışsa 50-250 dollar ödəniləcək."
Verilən məlumata görə, amerikalı əsgərlərin "əfqanlıların qan pulu" deyə bu şəkildə qiymət təyin etmələri, Əfqanıstan xalqını bərk hirsləndirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.