Nigeriyalı futbolçu faciəli şəkildə dünyasını dəyişib
08-03-2010
FaktXəbərin verdiyi məlumata görə, dünya futbol tarixində daha bir faciə baş verib. Yaşıl meydanda həyatını itirənlərin siyahısına bir nəfər də əlavə olunub. Qeyd edək ki, futbol meydanında həyatını itirən futbolçu Sudan liqasında oynayan nigeriyalı futbolçu Endurance İdahor olub. O, ölkə çempionatında keçirilən oyun zamanı rəqib futbolçudan dirsək zərbəsi alıb və daha sonra yerə yıxılaraq huşunu itirib. Meydana həkimlər daxil olub və onu meydandan birbaşa xəstəxanaya aparıblar. Lakin xəstəxanaya gətirilməsinə baxmayaraq nigeriyalı futbolçu faciəli şəkildə dünyasını dəyişib.
Xaliq Bahadır: "Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır"