Ərdoğandan "erməni soyqırımı"nın qəbuluna cavab gəldi
Faktxəbərin verdiyi məlumata görə, Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan, qondarma erməni soyqırımının ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində təsdiqlənməsinə çox sərt reaksiya verib
06-03-2010 / 14:43
Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan, qondarma erməni soyqırımının ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində təsdiqlənməsinə çox sərt reaksiya verib. "Səhv məlumatlarla bir ölkəyə "hücum" edilməz" deyən Ərdoğan bildirib ki, "Orada komik bir ssenariyə səs verilib. Türkiyə bu cür parodiyalara baş qoşmayacaq. Kiçik düşünənlər çox şey itirəcəklər".
İstanbulda olan Ərdoğan bu sözləri, Türkiyə İşadamları və Sənayeçiləri Konfederasiyası Qurultayında çıxış edərkən deyib.
Ərdoğan bildirib ki, ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin, 1915 hadisələrinə bağlı qondarma erməni soyqırımı iddialarını ehtiva edən qanunu qəbul etməsinin Türkiyəyə heç bir şəkildə zərər verməyəcək.
Ərdoğan, "İtirən tərəf biz olmayacağıq. İtirənlər, özlərini aşağılayanlar, yanlış və intiqam hissləri ilə hərəkət edənlər olacaq. Biz yolumuza davam edəcəyik. Biz kinlə, intiqam hissi ilə, qəzəblə deyil, düzgün rəftarla könüllər qazanmağı özümüzü hədəf seçmişik. Dayanmadan yolumuzda irəliləyəcəyik. Xarici Əlaqələr Komitəsinin bu qərarı, açıq söyləyirəm, Türkiyəyə heç bir zərər verməyəcək."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.